Şairlər sözə başladılar:
I.
Mollaların hiyləsinin anladıq,
Cinl
əri, şeytanları qırmancladıq.
Falçıların falçasını qırmışıq,
Cüml
ə kitab-dəftərini cırmışıq...
II.
Ayıl qəflət yuxusundan, a yoldaş!
Mollalar d
əyyusdur, seyidlər oğraş.
K
ərbəlayi lotu, Hacı şeyitbaz,
M
əşədi yalançı, alçaq, uşaqbaz...
III.
Bakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı,
T
əri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı...
IV.
Əcəb ağ gündədir mənim vətənim
Günl
ər keçir bayram kimi, el gülür.
R
əngdən-rəngə girir çölüm-çəmənim
Aşığın sazında gülür, tel gülür.
El
azaddır, dil azaddır.
Azad
bağlarda gül azaddır...
V. Kommunizm
canımızdır,
Partiya
imanımızdır.
Stalindir r
əhbərimiz
İrəliyə gedirik biz...
Şairlər bu qisim şerlərdən oxuduqca özləri əl çalır,
tamaşaçılar da onlara qoşulurdu. Sonra onlardan birisi zala
müraci
ətlə soruşdu:
-Bizim
düşmənimiz kimlərdir?
Zaldan s
əslər eşidildi:
-Burjuylar, xanlar, b
əylər, mülkədarlar, qolçomaqlar...
-Mollalar, seyidl
ər, dərvişlər...
~
128
~
-Xalq
düşməni çıxan müsavatçılar, onların quyruğu olan
alim,
şair və yazıçılar...
Şairlərdən birisi sağ əlini yuxarı qaldırdı:
-Sosializmin
düşmənlərinə, xalqımızın düşmənlərinə
ölüm!
İşıqlar söndü, film başlandı.
Cüm
ə.
Anam h
ələ axşamdan hazırlıq görürdü. Səhər Zübeydə
xalanın qızı Nəsibəni Nardarandakı Rəhimə xatun pirinə
aparacaqdılar. Xeyli qadın və uşaq gedəcəkdi. Uzun-uzadı
yalvarandan sonra anam m
əni də aparmağa razı oldu.
S
əhər saat 7-də 20-yə yaxın qadın və uşaq Sabunçu
vağzalına gəlib elektrik qatarına mindik. Təxminən, saat 9-da
Maştağaya gəlib çatdıq. Orada 2 araba kirayələyib Nardarana
getdik. Lakin ziyar
ətgahın qapısının ağzında iri bir qıfıl,
yanında isə əli tüfəngli bir komsomol durmuşdu.
Zübeyd
ə xala nə qədər yalvarıb-yaxardısa ki, qızın ürəyi
gedir, n
əzir eləmişəm, qoy içəri girək, komsomol qulaq asmadı.
Axırda piri də, Zübeydə xalanı da, bizi də elə sözlərlə söyüb-
yamanladı ki, anam dözmədi, dəstəni geri qaytardı, arabaçılara
dedi:
-Ay
qardaşlar, o qədər yolu gəlmişik, boş qayıtmayaq,
haqqınızı verəcəyik, bizi kəndin məscidinə aparın, barı qızı
minb
ərə bağlayaq, namaz qılaq.
Arabaçılar səs-səsə verib dedilər:
-Ay
bacı, bəxtəvərlikdən danışırsan! Bu həndəvərdəki
m
əscidlərin hamısını klub, kinoteatr, bufet, mağaza eləyiblər...
Biz el
ə bilirdik ki, siz kəndə qonaq gəlmisiz. Yoxsa elə
Maştağada deyərdik ki, zəhmət çəkməyin.
Kor-
peşiman geri qayıtdıq. Sabunçu vağzalında düşəndə
arvad-
uşaq hamı bir ağızdan dedilər ki, bəs dəniz qırağında bir
~
129
~
t
əzə, hündür vışka qurublar, adamlar ora çıxıb paraşütlə yerə
atılırlar, barı gedək ona baxaq.
D
əniz kənarına gəldik, azacıq getmişdik ki, gördük
körpünün
qabağında minlərlə adam toplaşıb. Ağlaşma, vay-
şivən, qıy-qışqırıq səsləri bir-birinə qarışmışdı. Milislər
adamları qovalayırdı. Anam özünü irəli atdı. Mən onun əlindən
yapışdım. İrəlidə dəhşətli bir vəziyyət var idi: kişilər bir
t
ərəfdə, qadın və uşaqlar o biri tərəfdə ağlaşır, bir-birinə nəsə
deyirdi;
ağız deyəni qulaq eşitmirdi.
M
əlum oldu ki, bunlar Qarabağ, Lənkəran və Muğan
k
əndlərindən zorla gətirilən adamlardır. Onları gecə ikən
t
ələm-tələsik evlərindən çıxarıb, «Stalin yoldaşın əmrilə sizə
Qazaxstanda
yaxşı yer verəcəyik» deyə, yük qatarına doldurub
buraya g
ətiriblər. İndi də kişiləri ayrı, arvad-uşağı bir ayrı
g
əmiyə mindirdikləri üçün belə vanəfsadır. Bunların heç bir
günahı yoxdur, bütöv kəndlər köçürülür: bolşeviki,
komsomolu, pioneri, staxanovçusu, z
ərbəçisi, ordenlisi, qocası
v
ə cavanı, kişisi və qadını da içində.
Şənbə.
M
əhəllədə hüzür düşmüşdü. Məşədi Qənbər kişinin oğlu
1 ay bundan
əvvəl xalq düşməni kimi həbs edilmiş, dünən isə
g
əlinini sürgünə, 4 balaca nəvəsini isə yetimxanaya
aparmışdılar. Kişi çox yalvarmışdı ki, uşaqları ya qoyun gəlin
aparsın, ya da verin mən saxlayım. NKVD işçiləri razı
olmamışdı. Onlar gedən kimi kişi mətbəxə keçib balta ilə
özünü
öldürmüşdü. Arvadı işi belə görəndə dözməmiş, paltar
asılan ipi açıb pəncərəyə bağlamış və özünü asmışdı.
Meyidl
ər yuyulub həyətin ortasında yan-yana
qoyulmuşdu. Meyid namazı qılmağa molla tapılmırdı, bilənlər
d
ə qorxusundan səsini çıxartmırdı. Çarəsiz qalıb meyidləri
götürüb
namazsız, yasinsiz, duasız basdırmağa apardılar.
~
130
~
H
əyətdə 40-50 arvad dövrə vurub oturdu. Ağlayan
N
ənəbacı irəli keçdi:
-Müsib
ətdi, müsibət!
Arvadlar s
əs-səsə veridilər:
-Olmaz bel
ə müsibət!
-Getdi evin t
ək oğlu!
-Olmaz bel
ə müsibət!
-Getdi cavan g
əlini!
-Olmaz bel
ə müsibət!
-Getdi körp
ə uşağı!
-Olmaz bel
ə müsibət!
-Getdi M
əşədi Qənbər!
-Olmaz bel
ə müsibət!
-Getdi Dürnis
ə xanım!
-Olmaz bel
ə müsibət!
Arvadlardan biri zil s
əslə şaxseyə başladı:
-K
ərbəlada daş ağlar,
Torpaq
ağlar, daş ağlar.
Bel
ə zülüm görənlər
Tök
ər qanlı yaş ağlar.
Ağlayan Nənəbacı təzədən:
-Müsib
ətdi, müsibət! - deyəndə sanki təkcə həyətdəki
arvadlar deyil, bütün dünya s
əs-səsə verib hönkürdü:
-Olmaz bel
ə müsibət!
~
131
~
Dostları ilə paylaş: |