SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə2/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   2   3   4   5   6   7   8   9   ...   56

H
ər  üç professorla Şirvanlı, həmyerli kimi uzun illər 
dost,  qardaş,  yaxın  –  xeyir-şərimizdə  bir ailə  kimi  olmuşuq. 
Xeyir-
şərimiz  bir  olmuşdur.  İndinin  özündə  də  övladları, 
n
əvələri ilə  bir ailə  kimiyik...  Onların  məsləhəti, tövsiyəsi ilə 
Şirvan ədəbi, pedaqoji, musiqi, dini mühiti, tarixinə aid 50-dən 
çox 
kitab yazmışam.  
Onun İran, Türkiyə, Orta Asiya, Leninqrad, Moskvadan 
g
əlmiş qonaqlarını, dostlarını (Yusif Gədikli, Əlirza Minayəli, 
Saplaq, Mariya 
İvanovna, Mahmud Nurəliyev, Niyazi Atayev, 
Sveta Sosiyeva v
ə b.) Şamaxını – Sabir, S.Ə.Şirvani, A.Səhhət 
yurdunu d
əfələrlə gəzdirmiş, tanış etmişəm. 
Bir sözl
ə, uzun illər ərzində üç elm fədaisi – alim, ya-
zıçı,  şair,  pedaqoqlardan  müfəssəl bilgilər  əldə  etmişəm.  Bu 
yaxınlıq,  doğmalığa  görə  alimlərin ömür yolunu “Biz Cəfər-
zad
ələr”  seriyasında  üç  kitab  oxuculara  çatdırmağı  qərara 
almışıq”. 
Dah
a yaxın olduğum, sirlərininin çoxsunun ancaq mənə 
çatdığı  Əhməd  əminin  əzablı  ömür  yoluna  həsr etdiyim 
trilogiyanın  birinci  kitabını  –  “Cəfərzadələr  ocağı  –  Əhməd 
C
əfərzadə”ni oxuculara təqdim etməklə həm qürur duyur, həm 
d
ə bu ocağa olan hörmət, izzətimizi ifadə etməklə sevinirəm...  
 
2004-2010 
Hacı Seyfəddin QƏNİYEV   
 
 
 
 
 
 
 
 



 


BİR NAĞILDI ƏHMƏD CƏFƏRZADƏNİN ÖMÜR 
YOLU... 
 
K
ərbəlayi Məmməd və Böyükxanım Kərbəlayi Əliheydər 
qızının yeddi övladı olmuşdur. Bu barədə Məmməd Cəfərzadə 
yazır:  “Birinci  bacımızın  adı  Nurcahan...  körpə  olanda ölüb. 
İkinci  Əzizədir.  Üçüncü  qardaşımız  Cəfərdir...  İki  il  yaşayıb. 
Dör
düncü uşaq mənəm, beşinci Əhməddir. Sonra gələn Validə 
v
ə  Əliheydər çətin  dövrü  görüb  yaşamaq  istəməyiblər, körpə 
ik
ən həyatdan gediblər”. 
Haşiyə:  Əhmədin atası  Məmməd Cəfər  oğlu  əslən  şa-
maxılıdır, ticarətlə məşğul olmuşdur. Özü də “şeir-sənətə həvəs 
göst
ərmiş, ədəbiyyat və musiqi ilə maraqlanmış, ara-sıra şeirlər 
yazmışdır. Lakin onun şeirlərinin bircə misrası belə bizə gəlib 
çatmamışdır. Məlum 1937-1938-ci il hadisələri zamanı Böyük-
xanım  ərinin  əlyazmalarının  bir  qismini  ələ  keçməmək üçün 
evin  divarına  hörüb  gizlətmiş,  bir  qismini  isə  yandırmışdır. 
Əhmədin  anası  Böyükxanım  da  əslən  Şamaxıdan  olmuşdur... 
Özü d
ə  Şamaxı  xanı  Mustafa  xanın  nəslindəndir.  Əsl  adı 
Zeyv
ənisə xanım olub; “nənəmizin adı Mustafa xan nəslindən 
olan n
ənəsinin adı olduğundan Böyükxanım çağırılıb...” 
Övladlarının hər üçünün tərbiyə və təhsilində onun böyük 
rolu olmuşdur. Eləcə də, ögey  anaları Məşədi Xeyri Xankişi 
qızının da... 
*** 
Əhməd Kərbəlayi Məmməd  oğlu  atası  barədə  xatirələ-
rind
ə  yazır: “Atam doğulanda ona Məmmədbağır adı verirlər. 
Lakin uşaqlıqdan Məmməd çağırılır. Kiçik ikən atası onu özü 
il
ə Məşhədə aparır, sonralar o, Əliheydər babamgillə Kərbəlaya 
gedir. 
Odur  ki,  cavanlıqda  ona  gah  “Məşədi Məmməd”, gah 
da “K
ərbəlayi Məmməd” deyiblər.  
 
 



 


*** 
Əhməd  Məmməd  oğlu  Cəfərzadə  1929-cu ilin  yanvar 
ayında  Bakı  şəhərində  doğulmuşdur.  Əhməd  uşaq  yaşlarında 
Bakıda  anasının  himayəsində  yaşamışdır.  Bu  barədə  o,  yazır: 
“1928-ci ild
ən sonra atamız daimi olaraq Tağılıda, anamız isə 
Bakıda  yaşayıb...  Böyük  yazıçı  C.Məmmədquluzadənin 
“Xatirat
ım”da  yazdığı  kimi,  ilk  eşitdiyim  (və  uzun illər 
eşidəcəyim) söz “Allahu Əkbər”, ilk gördüyüm şey – namaz 
qılınması  olub.  Evimizdə  ancaq hədislər, rəvayətlər  danışılır, 
möcüz
ələr, dini məsələlər  şərh edilir, salavat verilir, şəkkakə 
Yezid
ə, Şümrə, müşriklərə lənət deyilirdi və s. (1, 295)”. 
O, ilk t
ərbiyə  və  təhsilini dini biliklərə  dərindən vaqif 
olan n
ənəsi Seyyid Rübabə
1
 v
ə anasından almışdır. Doğmaları 
folklorumuzun bilicil
əri,  sinədəftər  insanlar  olmuşdur.  Ona 
gör
ə  də  balaca  Əhməd  uşaqlıqdan  onların  söylədiyi  şeirləri 
əzbərləmiş, nağılları öyrənmişdir. Ədəbiyyata marağı və həvəsi 
h
əmin illərdən  başlanmışdır.  Balaca  Əhməd  1934-1936-cı 
ill
ərdə  Bakıda  uşaq  bağçasında  tərbiyə  almış,  sonra  Bakı 
şəhərindəki 13 saylı məktəbin birinci sinfinə daxil olmuşdur. 
Anası Böyükxanım 1937-ci ildə Bakıda “qısa müddətli” 
bağça  müdiri  kursuna  daxil  olur.  Kursu  bitirdikdən sonra o, 
Göyçay rayonunun Yeniarx k
əndindəki  uşaq  bağçasına 
müdir t
əyin  olunur.  Əhməd də  anası  ilə  oraya  gedir.  Əhməd 

əllim bu barədə xatirələrində yazır: “Nahardan sonra anam 
uşaqlara nağıl danışardı. Ana o qədər təbii, sadə, şirin, nəfəsli 
danışardı  ki,  yaşlı  adamların  çoxusu  hər gün gəlib  anamın 
söyl
ədiyi  nağıl,  lətifələrə  maraqla  qulaq  asırdılar...”  (1, 296)
“H
ər  bazar  günü  meşələrə  meyvə  yığmağa  gedirdik.  Onda 
Ucarla  Göyçayın  arası  meşəlik  idi;  alça,  gavalı,  armud,  əzgil, 
alma, zoğal və s. yığardıq. Meşədə vəhşi heyvan çox idi. Ana 
1
 Seyyid Rübab
ə Mirağası qızı – Şirvan xanı Mustafa xanın qız nəvəsi olub 



 
                                                           


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə