SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə6/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   2   3   4   5   6   7   8   9   ...   56

d
əftər  insanlarla  görüşlərin təşkil  edilməsi ilə  Şamaxı  rayo-
nunun    mü
əllimləri arasında seçilməyə, hətta respublikada ta-
nınmağa, təbliğ olunmağa başladı. Mütəxəssislər, pedaqoji sa-
h
ənin kamil biliciləri, məşhur pedaqoqlar, qabaqcıl müəllimlər 
Əhməd müəllimin məktəbinə  təcrübə  əldə  etməyə  gəldilər. 
K
ənd müəlliminin belə  bir təcrübəsi barədə  məlumat  keçmiş 
sovetl
ər ölkəsinin mətbuat  orqanlarında  da  işıqlandırılmağa 
başlandı. Odur ki, Əhməd müəllim Sovetlər İttifaqının müxtəlif 
şəhərlərində  –  Moskva,  Leninqrad,  Aşqabad,  Kiyev,  Daş-
k
ənd, Alma-Ata və Gürcüstanda keçirilən elmi-praktik kon-
franslara, simpoziumlara d
əvət olundu. Onun dəyərli çıxışları, 
m
əruzələri,  təcrübəsi  mərkəzi mətbuat  orqanları  vasitəsi  ilə 
bütün  İttifaqda  yayılmağa  başladı.  Əhməd müəllimin  şəxsi 
arxivind
ə  hifz olunan,  pedaqoji mühitlə  bağlı  məqalələrinin 
sayı 200-ə yaxındır. 
…1967-ci ild
ə  Moskva Dövlət Universitetində  Əhməd 

əllimin elmi-pedaqoji fəaliyyətinə həsr edilmiş sərgi təşkil 
edilir. H
əmin sərgidə  müəllimin 28 elmi əsəri, 200-dən çox 
m
əqaləsi  nümayiş  etdirilir…  Sərgiyə  heyranlıqla  tamaşa  edən 
qazax alimi 
D.Tursunov  demişdir:  “Bu müəllim  elm fədai-
sidir, yaradıcı insandır. Belə adamlar elmimizə çox lazım-
dır”.  
*** 
N
əhayət,  Əhməd müəllim pedaqoji təcrübəsini ümumi-
l
əşdirib maraqlı bir dissertasiya ərsəyə gətirdi. Yuxusuz gecə-
l
ərin, elmi axtarışların bəhrəsi olan namizədlik dissertasiyasını 
o, 1968-ci ild
ə - 39 yaşında uğurla  müdafiə edib pedaqoji elm-
l
əri namizədi alimlik dərəcəsi aldı… 
Alimin  “Az
ərbaycan məktəblərinin V-VIII  sinif  şa-
girdl
əri ilə rus dilində sinifdənxaric aparılmış işlərin təşkili 
v
ə  keçirilməsi  metodikası”  adlı  dissertasiyası  ilə  tanış  olan 
görk
əmli sovet alimlərindən  –  P.İ.Xerakov,  M.Mehdizadə, 
A.Juravlyova, Y.Reçitskaya, N.Kuitski, K.Mukanov  v
ə  b. 

18 

 


h
əmin  əsərə  çox yüksək qiymət  vermişlər. “Qazaxıstan, Öz-
b
əkistan, Türkmənistan,  Başqırdıstan  və  s.  respublikaların 
Elmi-t
ədqiqat  Pedaqoji  İnstitutları  həmin  əsəri  geniş  şəkildə 
müzakir
ə  etmiş,  alimin  iş  təcrübəsi  və  elmi fəaliyyəti barədə 
20-y
ə qədər məqalə yazmışlar. 
 
Əhməd Cəfərzadənin  pedaqoji  təcrübəsinin respublika-
mızda öyrənilməsi,  yayılması  üçün  Azərbaycan SSR  Maarif 
Nazirliyinin tövsiy
əsi ilə  İmran  Məmmədov və  Qriqori 
Qomelski  ma
raqlı  bir  vəsait  hazırlayıb,  1968-ci ildə  çap 
etdirmişlər. Həmin  əsərdə  oxuyuruq:  “Ə.Cəfərzadə  sadə  bir 
k
ənd  müəllimi  olmuşdur.  O,  Tava  kəndində heç kəsin  ağ-
lına gəlməyən möhtəşəm bir muzey yaratmışdır. Bu muzeyə 
Sovet  İttifaqının  ən məşhur  pedaqoqlarından  müntəzəm 
sur
ətdə məktublar gəlməkdə idi. S.Marşak yazırdı: “Əhməd 

əllim, sizə  keçdiyiniz dərslərdə  uğurlar  arzulayıram  və 
tutduğunuz  yolda  müvəffəqiyyətlər diləyirəm”… S.Mixal-
kovun bir m
əktubunda  oxuyuruq:  “Sizin  çalışqanlığınız  sübut 
edir ki, siz sülh carçısısınız”. “Əməyi sevin, ona görə ki, səadət 
v
ə  xoşbəxtlik  yalnız  onun  sayəsində  gəlir” öz məktubunda 
L.Kassiliya yazırdı. “Heç vaxt ruhdan düşməyin. Ruh düşkün-
lüyü uğur gətirməz” fikri isə S.Saratkovun məktubundandır. 
Dağıstan  şairi  R.Həmzətov öz məktubunda  yazırdı: 
“Xalqlar  arasında  yaradılan  dostluq  bütün  dünyaya  sülh 
yay
maqdır”. Bütün bu kəlamlar Tava kənd məktəbinin müəl-
limi, f.e.n. 
Ə.Cəfərzadə və onun şagirdlərinə ünvanlanmışdı. 
Qalina Serebryakova 
Əhməd müəllimə  göndərdiyi 
m
əktubda  yazırdı:  “Qoy,  sizin  bu  işləriniz  sizə  dahilik gə-
tirsin. Vaxt olar sizin 
adınız  tarixi  şəxsiyyətlərlə  birgə  çə-
kil
ər”...  
***  
Əhməd müəllimin  şagirdləri hər gün belə  məktubları 
s
əbirsizliklə  gözləyirdilər. Məktub  axını  isə  İttifaqın  hər 
yerind
ən gəlirdi  Şamaxının  ucqar Tava  kəndinə,  Əhməd 

19 

 



əllimin  ünvanına.  Daha  kimlərin böyük sevgi, məhəbbət 
hissi, xüsusi şövqlə dediyi fikirləri özündə yaşadan məktubları 
indi d
ə  çoxdu  Əhməd müəllimin  şəxsi arxivində.  Görkəmli 
Sovet  pedaqoqları,  şair  və  yazıçıları  –  A.Barto,  M.Şoloxov, 
N.Tixonov, B.Kerbabayev, A.Tvardovski, M.Tursunzad
ə, 
M.Mirşəkər, A.Vensilova, Q.Qulam, M.Kərim, A.Yakobson 
v
ə  başqa  məşhurlar  Əhməd Cəfərzadə  ünvanına  və  onun 
şagirdlərinə  onlarla  belə  minnətdarlıq  məktubları  göndər-
mişlər… 
H
əm də  bir  çox  yazıçılar  məktubları  ilə  bərabər, öz 
kitablarını,  şəkillərini  hədiyyə  olaraq  Əhməd Cəfərzadəyə  və 
onun d
ərs dediyi məktəbə göndəriblər. 
V.Panovanın “Seryoja”, V.İnbirin “Aprel”, M.Mirşə-
k
ərin  “Poemalar”,  Berdı  Kerbabayevin  “Ağ  qızıl  torpa-
ğından  olan  Aysoltan”  və  s.  kitabları  indinin  özündə  həmin 
m
əktəbdə yadigar, xatirə kimi saxlanılır.  
Ümumiyy
ətlə, bu ünvana 82 yazıçının, 172 artist, rəssam 
v
ə  bəstəkarın  göndərdiyi məktublar  əlli ildən  artıqdır  ki, 
m
əktəbin  ən dəyərli  eksponatı  olaraq  keçmiş  illərdən soraq 
verir günümüz
ə, Əhmədsevərlərə… 
Atasından sonra həmin məktəbin direktoru olmuş Aydın 
C
əfərzadə  böyük qürur və  fərəh hissi ilə  deyir:  “Sovet 
İttifaqının  147  şəhərindən gələn məktubların  ümumi  sayı 
456-
ya  çatmışdır.  Atamın,  görkəmli pedaqoq Əhməd müəl-
limin r
əhbərliyi  altında  bu  məktəbdə  “Xalqlar  dostluğu” 
klubu  yaradılmış  və  5 il ərzində  bu klubda 3 mindən çox 
eksponat 
yığılmışdır… Atam vəfat edəndən sonra da onun bir 
çox  dostlarından  məktublar gəlməkdə  idi…  Dostlarına  cavabı 
biz yazdıq. 
A
tamın vəfatını bildirdik… Keçmiş SSRİ-nin çox yerin-
d
ə  yaşayan dostlarına, qardaşlarına, ağır  günlərin sirdaşlarına. 
Sonra çox yerl
ərdən başsağlığı məktubları, teleqramlar aldıq… 

20 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə