SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə4/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   2   3   4   5   6   7   8   9   ...   56

minimum 
əmək gününü yerinə yetirmədiyinə görə Qazaxıstana 
sürgün edilm
əlidir. Bu qərarı  səsə  qoyanda, “Kim “vısılka” 
t
ərəfdarıdırsa,  əlini  qaldırsın!”  “Vısılka”  sözünün mənasını 
başa  düşməyən kənd  camaatı  bir-birinə  baxıb  yuxarıdan  gə-
l
ənlərə hörmət əlaməti olaraq əllərini qaldırırlar. O saat Seyid 
Mir Sadıq Ağanı tutub  maşına sarı aparanda Əhməd müəllim 
heç n
əyi fikirləşmədən tez özünü irəli atır.  Yuxarıdan  gələn-
l
ərin birinin qolundan tutub çəkinmədən, cürətlə deyir:  
– “Bu s
əsvermə düz olmadı. Avam kənd camaatı “vısılka 
t
ərəfdarıdır” ifadəsinin mənasını başa düşməyib əl qaldırıblar. 
Qoyun, camaatı mən öz dillərində başa salım”. Bunu gözləmə-
y
ən rəhbərlər çaşıb qalırlar. Bu zaman Əhməd müəllim üzünü 
camaata tutub x
əbər alır:  
“Ay 
əziz camaatım, siz istəyirsiniz ki, el ağsaqqalımızı – 
Seyid  Mir  Sadıq  Ağanı  tutub həmişəlik kəndimizdən 
Qazaxıstana qovsunlar”? 
Camaat  donub  qalır.  Onda  Əhməd  müəllim daha cəsa-
r
ətlə deyir: “Kim Seyid Mir Sadıq Ağanın kənddən qovulma-
sını  istəyirsə,  əlini  qaldırsın”.  İşi  başa  düşən insanlardan heç 
kim 
əl qaldırmır...  
Bel
əliklə, Əhməd müəllim bu ədaləti ilə özünə kənd ara-
sında böyük hörmət, aktivlər içində düşmən qazanaraq qəs-
d
ən təşkil olunmuş iclasın işini pozur... Əhməd müəllimi alqış-
layanlar çox olur...  
...Bu hadis
ədən sonra kəndin, rayonun “rəhbərləri” tərə-
find
ən Əhməd müəllim daha ciddi şəkildə qaralanmağa, təqib 
olunmağa  başlayır.  Hətta kənd sovetinin “pul ilə  ələ  aldığı 
adamlar” 
Əhməd müəllimə  rus dilini bilmədikləri üçün öz 
adlarından  yuxarılara  rus  dilində  şikayət  ərizələri  yazdırırlar. 
Komissiya g
əlib həmin  insanları  dindirəndə  onlar:  “Ərizəni 
Əhməd müəllim  yazıb,  biz  rus  dilini  bilmirik,  aldadıb  qol 
ç
əkdirib”. Bir sözlə, bütün  bunlar  Əhməd müəllimi  tutmaq 
üçün q
əsdən təşkil olunmuş böhtanlar idi... 

11 

 


***  
Bu ill
ərdə Əhməd müəllim 18-20 yaşında cavan rus dili 

əllimi idi. Rus dilini Udulu sovetliyində, o zaman bir-iki, 
az-maz adam bil
ərdi, ya yox. Əhməd müəllim isə bu dili nisbə-
t
ən  yaxşı  bilirdi.  Ona  görə  də  rayon rəhbərliyi müəllimdən 
ehtiyat edirdi.  K
ənddə iclasın “baykot” edilməsinə görə kənd 
aktivl
ərinin də rayon rəhbərliyi yanında hörməti heçə enmişdi. 
Odur ki, k
ənd aktivləri belə qərara gəlirlər ki, Əhməd müəllim 
aradan götürülm
əli  və  ya  “başı  qarışdırılmalıdır”.  Odur ki, 
h
əmin insanlar ilk əvvəl  Əhməd müəllimin  “dostlarından” 
kimis
ə  ələ  almağı  qərara  alırlar...  Ən  nəhayət, kənd soveti əl 
altından öyrənə bildi ki, Əhməd müəllim quruluşu, hətta ölkə 
başçısını  da  dolayı  yolla  tənqid edən  şeirlər  yazır.  Odur  ki
çalışırlar  namərdlər  həmin  şeirlərdən,  heç olmasa,  bir-ikisini 
əldə etməyə. Ən nəhayət, istəklərinə çata bilirlər... 
Haşiyə:  Əhməd müəllimin dediyi kimi, o da əvvəllər 
S
əməd  Vurğun  üslubuna  üstünlük  vermişdir.  Saf məhəbbətin 
t
ərənnümü, təbiətin gözəlliyi  onun  şeirlərinin  əsas mövzusu 
olmuşdur. Amma Böyük Vətən müharibəsindən sonra  müəl-
limliy
ə  başlayan  şairin  poeziyasının  mövzusu  da  yavaş-yavaş 
d
əyişir; kənddə əhalinin pis güzəranı, yaşayış tərzi şairin şeir-
l
ərinin tənqid hədəfi olur.  Ona görə  şair  quruluşa  qarşı  etiraz 
s
əsini ucaltmaqdan çəkinmir...     
Əhməd müəllim Stalin rejiminin hələ  də  tüğyan  etdiyi 
1948-50-ci ill
ərdə  öz tənqidi fikirlərindən  əl çəkmirdi. 
Şeirlərində Stalini “Yusif” adı ilə tənqid etməkdən qorxmurdu. 
“Qardaşlarım” rədifli qoşmasında olduğu kimi: 
N
ə vəd etsələr bizə yalandı, qardaşlarım, 
Oyanın, vaxt yetişib, amandı, qardaşlarım. 
Onlar talan etdil
ər Şəki, Şirvan mülkünü, 
Onlar yasaq etdil
ər muğamatı, türkünü, 
Onlar “dahi” etdil
ər Yusif kimi tülkünü. 
V
ətənin hər guşəsi zindandı, qardaşlarım, 

12 

 


Elin vari-dövl
əti virandı, qardaşlarım. 
v
ə ya:  
 
Tapdanırıq hər zaman
Ayaqlarda nalıq biz. 
Yoxdur hüquq dill
ənək, 
El
ə bil ki, lalıq biz. 
 
v
ə yaxud: 
 
Çürüyür çoxları indi Sibirdə, 
Keçir ömürl
əri cövrü cəbrdə, 
Öls
ək rahat olaq bəlkə qəbirdə, 
N
ə vuruşma qalıb, nə üsyan qalıb, 
N
ə təşkilat qalıb, nə meydan qalıb. 
 
yaxud da: 
 
İndi nə eləsən özün bilərsən, 
Əhmədin qətlinə fərman verərsən, 
Zaman keç
ər, bir də baxıb görərsən, 
Taxtın sənin lap tarac olubYusif
 
*** 
Əhməd müəllimin şəxsi arxivində saxlanılan şeirlərindən 
aydın olur ki, özünə bu qədər düşmən qazanmış müəllim gec-
tez h
əbs  olunacağını,  “gedər-gəlməzə”  göndəriləcəyini  yaxşı 
bilirdi. Amma o, 
camaatın, elin-obanın danışan dili olmaqdan, 
20-22 
yaşı olmasına baxmayaraq, yeri gələndə onların sözünü, 
d
ərd-sərlərini bir ziyalı, müəllim kimi deməkdən çəkinmə-
miş… Səsini daha ucadan qaldırmışdır…  

13 

 


Əhmədi, cavan müəllimi gözü götürməyən “yerli ağaların 
qulları” nəhayət, həmin şeirlərdən əllərinə keçirə və yuxarılara 
çatdıra bilirlər… 
*** 
Əhməd müəllim  tam  günahsız  həbs  olunması  barədə 
vaxtil
ə belə deyirdi: 
–  Ür
əyimdə  bu rejimə  qarşı  böyük  nifrət  hissi  vardır. 
Düzü bu nifr
əti rayon rəhbərləri, eləcə  də  yaxınlar  da  bilirdi. 
Nifr
ətimi, narazılığımı şeirlərimdə çox aydın ifadə edə bilmiş-
dim. Bilirdim ki, gec-tez m
əni tutacaqlar. Belə  qərara gəldim 
ki, heç olmasatutulana q
ədər şeirlərimi çap etdirim, yoxsa 
1937-1938-ci ild
ə  məhv edilən  qardaşlarımın  əsərləri kimi 
bunları  da  yox  edəcəklər.  Bakıya  yolum  düşəndə  məsləhət 
almaq üçün bir 
ziyalı ədibin yanına getdim. Bu insanı xalqını, 
v
ətənini sevən bir insan bilirdim. O, məni  ətraflı dinləyəndən 
sonra şeirlərimlə yaxından tanış olmaq üçün şeirlər qovluğumu 
özünd
ə saxladı. Sən demə, bu insan üzdə “xalqını sevsə” də, 
əslində  bolşeviklərin  agenti  imiş  (Əhməd müəllim  həmin 
yazıçının  adını  doğmalarına  bildirmiş,  Dövlət  Təhlükəsizlik 
Komit
əsinin arxivləri  açılandan  sonra  həmin  adamın  Əhməd 
bar
ədə  ərizəsi ilə  çoxları,  eləcə  də  Cəfərzadələr  tanış  olmuş-
dur… M
ənə də bu hadisəni danışarkən “gör nə qədər sadəlövh 
olmuşam”,  -  deyə  kövrəldi. Dönə-dönə  onun  adını  heç  vaxt, 
heç kim
ə  açıqlamamağı  mənə  də  tapşırdı.  Mən də  indiyədək 
hamı  kimi  susmuşam.  Amma  işarə  ilə  də  olsa,  onun kim 
olduğunu  oxuculara  deyəcəyəm  –  (S.H.R.)). Sən demə, elə 
s
əhəri gün o, ərizəsi ilə  birlikdə  şeirlər  qovluğunu  DTK-ya 
t
əqdim edir… Odur  ki, bir neçə  gün sonra DTK əməkdaşları 
Əhməd müəllimi  (1953-cü  ilin  mart  ayında)  həbs edir. Onu 
dindir
ənlər  əsasən ermənilər  –  Abramov, Zaxaryan, 

14 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə