SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə3/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   2   3   4   5   6   7   8   9   ...   56

çox c
əld idi; ən  hündür  ağaclara  çıxıb  qoz  çırpardı.  Xeyli 
lavaşana,  quru  turşu,  qax,  qoz  və  mət  turşu  düzəltmişdik,  bir 
q
ədər yarma, quyruq yağı, yemiş qurusu və s. əldə etmişdik... 
Bunlar  hamısı  qış  ehtiyatı  idi.  Yaxşı  yadımdadı,  həmin yay 
Əzizə Gəncədə qiyabi pedaqoji texnikumda sessiyada idi. Bir 
d
əfə  yanımıza  gəlib 1-2  gün  qaldı.  Beləcə  beş  ay  keçdi.  Ana 
darıxdı,  payızda  kənd  şəraiti  ağır  oldu,  dözə  bilmədi və  biz 
Bakıya qayıtdıq” (1, 297)...  
...
Əhməd 1940-cı ildə bacısı və  yeznəsilə birlikdə Uzaq 
Şərqin Xabarovsk  şəhərinin  yaxınlığındakı  hərbi  şəhərciyə 
gedir. O, 1940-1941-ci t
ədris ilində  oradakı  rus  məktəbində 
t
əhsil  alır.  Nəhayət,  Əhməd  1941-ci  ilin  iyun  ayında  bacısı 
Əzizə  xanımla  Bakıya  qayıdır,  173  saylı  orta məktəbdə  təh-
silini davam etdirir. Bir q
ədər sonra  Əzizə  xanımı  Ağsu 
rayonunun Çaparlı kəndinə müəllim təyin edirlər. Əhməd də  
ail
ələri ilə  birlikdə  həmin kəndə  köçür və  bir müddət həmin 
m
əktəbdə oxuyur. 1944-cü ildə onların ailələri yenidən Bakıya 
qayıdır.  Əhməd bu illərdən bədii  yaradıcılıqla  məşğul  olur  – 
şeir yazmağa başlayır. 
1945-ci ild
ə  Bakı  teatr  texnikumuna daxil olur. Bu o 
zamanlar idi ki, Az
ərbaycan teatr tarixində önəmli yer tutmuş 
görk
əmli sənətkarlar  –  Kazım  Ziya,  Fatma  Qədri, Mehdi 
M
əmmədov, Kərim Həsənov,  Əjdər Sultanov  və  başqaları 
h
əmin texnikumda dərs deyirdilər.  Əhməd  bu  qüdrətli 
s
ənətkarlardan  ilk  dərs  alır,  onlardan  teatr sənətinin sirlərini 
öyr
ənir.  Ən  nəhayət,  o,  Gənc Tamaşaçılar  Teatrında  təcrübə 
keçir v
ə 1948-ci ildə Teatr texnikumunda təhsilini başa vurur... 
Amma teatrda çalışmır... 
Haşiyə:  Əhməd Cəfərzadənin  şəxsi arxivində  çox  ma-
raqlı  və  dəyərli  bir  siyahı  da  vardır.  Həmin  siyahıda  Əhməd 
C
əfərzadənin  teatr  texnikumundan  başlayaraq  sonrakı  illər 
ərzində tanış olduğu,  yoldaşlıq etdiyi,  elmi əlaqələr saxladığı, 
m
əktublaşdığı  şair, yazıçı, aktyor, aşıq, xanəndə, alim, jur-



 


nalist, xan
əndə, din xadimləri, müəllimlər, vəzifəli  şəxslər, 
sin
ədəftər insanlardır: Həmin insanların yazdığı məktubların 
h
əcmi azı iki yüz səhifəlik kitaba bərabər olar. Aktyorlardan – 
Kazım  Ziya,  Fatma  Qədri,  Əjdər Sultanov, Mehdi 
M
əmmədov,  Ağadadaş  Qurbanov,  Susanna  Məcidova, 
Osman  Hacıbəyov,  Sidqi  Ruhulla,  Tamara  Paşazadə, 
Əliağa  Ağayev,  Kərim Həsənov,  Sona  Hacıyeva,  Əzizə 
M
əmmədova,  Hüseynağa  Sadıqov,  Cəvahir  İsgəndərova, 
Süleyman  Ələsgərov, Münəvvər  Kələntərli, Qənbər Züla-
lov, Lütf
əli Abdullayev...  Alim,  şair  və  yazıçılardan  – 
B
əxtiyar Vahabzadə,  Qasım  Qasımzadə, Novruz Gəncəli, 
Adil  Babayev,  İsmayıl  Soltan,  Mehdi  Hüseyn,  İlyas 
Əfəndiyev,  Nəsibə  Zeynalova,  Ilyas  Tapdıq,  Ibrahim 
Göyçaylı,  Süleyman  Rəhimov, Səməd  Vurğun,  Abdulla 
Şaiq,  Əli  Tudə,  Balaş  Azəroğlu,  Mədinə  Gülgün, Zeynəb 
Xanlarova, Maral R
əhmanzadə, Nəcəfqulu, Güllü 
Mustafayeva,  İsgəndər Etibar, Hökumə  Sultanova, Həmid 
Araslı,  Feyzulla  Qasımzadə, Məmməd Arif, Cahangir 
Q
əhrəmanov, Budaq Budaqov, Kamal Talıbzadə, Kamran 
M
əmmədov,  Əkrəm Cəfər, Məmmədhüseyn Təhmasib, 
M
əmmədağa  Sultanov,  Fazil  Seyidov,  Ələviyyə  Babayeva, 
Əvəz  Sadıq,  Əbülhəsən, Qulam Məmmədli,  Aşıq  Hüseyn 
Cavan, Abbas Zamanov, B
əkir Nəbiyev, Əziz Şərif, Qurban 
Musayev, Qulamrza C
əmşidi, Əzizağa Məmmədov, Əyyub 
Abbasov,  Əli  Sultanlı,  Ənvər  Əlibəyli,  Əlfi  Qasımov, 
M
əmməd Aslan, Mövlud Süleymanlı, Gəray Fəzli, İbrahim 
K
əbirli, Rəfiqə  Hüseynova, Mirvarid Dilbazi, Məmmədəli 
Əsgərov,  Mikayıl  Rzaquluzadə, Mirzə  Müştaq,  Mir  Cəlal, 
F
əridə  Əliyarbəyli, Tərlan bəy  Əliyarbəyov, Fikrət Qoca
Fikr
ət  Sadıq,  Cahangir  Məmmədov,  Xalid  Əlimirzəyev, 
H
əsən  Qasımov,  Hüseyn  Abbaszadə, Cəfər Xəndan, Cəlal 
M
əmmədov.  Aşıqlardan  –  Pənah,  Şakir,  Şamil,  Barat, 
Əliağa,  Qurbanxan,  Bəylər,  Abbas,  Şahpələng, Baba, 



 


Əhməd, Rza, Bəybala, Yanvar, Məmmədağa,  Xanmusa, 
Xanış,  Şərbət  və  başqalarından  alınan  məktublar  hazırda  ali-
min şəxsi arxivinin ən dəyərli eksponatlarındandır.  
Əhməd elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnsti-
tutunun 
ədəbiyyat fakültəsinə daxil olur. Birinci kursu bitirəndə 
Şamaxı  rayonunun  Tava kəndində  mütəxəssis  olmadığı  üçün 
onu h
əmin məktəbə rus dili müəllimi göndərirlər.  
Ədəbi  yaradıcılıqla  məşğul  olan  müəllim  1951-ci ildə 
rayonun  C
əngən kənd məktəbinə  köçürülür. O, 1953-cü ilin 
mart ayına kimi orada işləyir... 
*** 
Haşiyə:  Böyük Vətən müharibəsindən sonra əyalətlərdə 
özbaşınalıq,  haqsızlıq  hökm sürürdü, kəndlilər  əzab-əziyyət 
içind
ə  yaşayırdılar.  Xalqın  sözünü  deyən, onun  səsini yuxa-
rılara  çatdıran  ziyalılar  yerlərdə  təqib  olunmağa  başlayır. 
Əhməd müəllim də  belə  insanlardan  idi. Bu dövrdə  Əhməd 

əllimin  yazdığı  şeirlərdə  kəndlərində  insanlara  adicə 
qayğının olmaması – kitabxana, xəstəxanaya ehtiyacın olması 
t
ənqid olunurdu və yaxud, elin belə dərd-sərlərini yeri gələndə 
Əhməd müəllim  “yuxarılara”  çatdırırdı. Kənddə  savadlı 
insanlar olmadığı üçün, çoxları ona müraciət edir və ərizələrini 
d
ə ona yazdırırdılar. Ona görə də kənd aktivləri – sədr, kom-
somol, partkom, briqadir  v
ə b. Əhməddən narazı idilər. Əh-
m
ədin  adının  ləkələnməsi, camaat arasında  nüfuzdan  düşməsi 
üçün “d
əridən-qabıqdan” çıxırdılar. 
Əhməd müəllim vaxtilə  kənddə  baş  vermiş  bir  özbaşı-
nalıq haqqında həmişə ürək ağrısı ilə danışardı:  
“...Bir neç
ə  ay əvvəl kənd camaatı  yığılıb  raykom  kati-
binin özbaşına hərəkətlərindən MK-ya şikayət ərizəsi yazmış-
dılar. Arxası bağlı olan raykom katibi əhalinin gözünün odunu 
almaq,  ağızlarını  bağlamaq  üçün  bir  komissiya  çağırtdırır  və 
k
əndin  ağsaqqalı,  hörmətli  Seyid  Mir  Sadıq  Ağanı  qaralayır. 
Bel
əliklə,  iclas  çağırıb  qərar  çıxarırlar  ki,  Seyid  Mir  Sadıq 

10 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə