qoyub başqalarına kömək göstərməkdə haqlı idikmi? Axı
bizim evə gələn nəzir və paylar bizim gen-bol dolanaışığımıza
kifayət edərdi? Nə üçün, hansı amal, hansı ideya xatirinə nənə
və onun müti qulu olan ana bizi həm özlərini, həm də
başqalarına xidmət etməyə, əlindəki sonuncu tikəsini özgələrə
verməyə vadar edirdilər? Axı nənə və ananı bu işə təhrik edən
yox idi! Bəs insanlara bu qədər rəhm, səxavət, əl yetirmək hissi
hansı tərbiyənin nəticəsi idi? Elə bu tərbiyənin nəticəsi deyilmi
ki, biz indi də insanlara təmənnasız xidmət edir, “çox sağ ol”
kəlməsini də eşitmək istəmirik?
Bəli, məhz bu tərbiyənin nəticəsidir ki, biz həyatda alışan
imarətlər, qızıl- gümüşlər toplaya bilmədik. Lakin nənə, ata və
anamızın adından heç də geri olmayan ad-san, şöhrət qazandıq.
Adımız hər yerdə hörmətlə çəkildi.
Övladlarımız da yaxşı oldu: sənət sahibi, ev-eşik sahibi, özünə
görə hörməti və dolanacağı.
Ömür keçir, bəlkə də keçib... Bu gün geriyə, 60-65 il əvvələ
nəzər salanda görürəm ki, nənə, ata və anamız deyəsən elə
düzgün yol tutublarmış. Həyatın mənası insanlara xidmətdə,
tərbiyəli övladlar yetişdirməkdə imiş.
~
118
~
1937-
Cİ İLİN YEDDİ GÜNÜ
Bazar günü.
Gecədən xeyli keçmiş küçədə qıy-qışqırıq səsləri eşidib
özümü həyətdən çölə atdım. Bizim daş qayadan çapılıb
düzəldilmiş ensiz dalanımız adamla dolu idi. Hamı vahiməli bir
şəkildə küçəyə tərəf baxır, lakin nədənsə dalandan çıxmağa
cəsarət etmirdi. Mən onların arasından güclə keçərək dalanın
ağzına tərəf gəldim. Dalanın girəcəyində durmuş Əsgər kişi
məni küçəyə çıxmağa qoymadı. Güclə onun böyrünə sıxılıb
küçədə toplaşanlara baxmağa başladım.
Bizim dalandan 10-
15 metr aralıda hündür, üstü örtülü bir
maşın dayanmışdı. Bu maşın adi maşınlardan deyildi. Bəziləri
bu maşina «it maşını», bəziləri isə «qara qarğa» deyirdilər.
M
əhəllədəki evlərin qapı və pəncərələrindən adamların
başı görünsə də, küçədə adam gözə dəymirdi.
Bird
ən dalanımızdan iki qapı o yana olan böyük həyətdən
van
əfsa səsi ucaldı. NKVD forması geymiş dörd nəfər kişi
hansısa bir idarədə işləyən Səkinəni qabaqlarına qatıb maşina
doğru aparmağa başladılar.
S
əkinənin dalınca onun qayınanası Umleyla xala başı açıq,
ayaqyalın yüyürürdü. Onun tumanının balağından birisi 3-4, o
birisi 5-
6 yaşlı iki qız uşağı tutmuşdu. Umleyla xalanın
qucağında tutduğu bələkdəki uşaq isə çığırırdı.
NKVD
əsgərləri maşının arxa qapısını açıb Səkinəni ora
mindirdil
ər. Umleyla xala işi belə görəndə özünü irəli atıb
qışqırdı:
-
Ay balam, siz Allah, qoyun barı uşaqlarını da özü ilə
aparsın!
S
əkinə bu səsi eşidib geri döndü və özündən asılı
olmayaraq yer
ə düşməyə cəhd göstərdi. Qapı ağzında duran
əsgər tüfəngin qundağı ilə Səkinənin sinəsindən zərblə vurdu.
~
119
~
S
əkinə özünü saxlaya bilməyib arxası üstə maşının içinə
yıxıldı.
Umleyla xala bunu görc
ək hər şeyi unutdu, özünü irəli
atıb:
-Vaxsey, vaxsey! – dedi. – Siz Allah, qoyun
balalarını
özün
ə verim. Mən bu qundağ uşağı, bu dilsiz-ağızsız körpələri
nec
ə ovundurum?
Zabitl
ərdən birisi arvadı maşından geri itələdi:
-Von otsyuda!
Umleyla xala
qundağı bir qoltuğuna vurub o biri əli ilə
zabitin qolundan
yapışdı:
-S
əni and verirəm Həzrət Abbasın düşən qollarına, qoy
g
əlin uşaqlarını aparsın. Zabit dartınıb qolunu Umleyla xalanın
əlindən çıxartdı, təpiyi ilə onun qarnına vurub çığırdı:
-Otstan, suka!
Umleyla xala
yerə yıxıldı. Qundağ bir tərəfə düşdü, çığıra-
çığıra qaldı. Arvad öz ağrısını, uşağın ağlamağını unudub bu
dəfə sürünə-sürünə o biri zabitin ayağına yapışdı:
-
Gətir ayağından öpüm!
Bu zabit tüf
əngi arvada tərəf tuşladı. Lakin Umleyla xala
bunun n
ə ilə nəticələnəcəyini bilmədiyindənmi, qorxudan çaş-
baş olduğundanmı, nədənsə geri çəkilmədi. Əksinə, dikəlib
zabitin
əlindən tutmağa çalışdı. Onda maşının qapısını
bağlayan NKVD işçiləri arvadı zabitdən aralayıb təpiklə
döym
əyə başladılar.
Bir neç
ə təpik dəyəndən sonra Umleyla arvad yerdə sərili
qaldı. Qundağ bir tərəfdə çığırır, o biri uşaqlar isə əti kəsilmiş
kimi qiyy
ə çəkirdilər. Bütün məhəllə gözə görünməkdən
qorxaraq evl
ərdə, həyətlərdə, dalanlarda, damların üstündə
ağlaşırdı.
Bird
ən bizim dalanda yaşayan qoca Xədicə arvad özünü
küç
əyə atıb qışqırmağa başladı:
~
120
~
-Ay Allah! Hardasan? Bu zülmü nec
ə götürürsən?
Dağılsın belə zəmanəni! Belə də od olar? Belə də yalo olar?
Bir neç
ə kişi irəli atılıb arvadı dalana çəkdilər. Maşın
getdi.
S
əhərə az qalmışdı. Bərk qıy-qışqırıq səsinə ayıldım.
Anam
çarşabını başına atıb qapıdan çıxanda alt paltarında
yüyürüb ona
çatdım. Küçə qapımız açıq idi. Qonşularımız açıq
qapıdan dalana baxır, astadan nəsə deyirdilər. Üzbəüz qapıdan
qıy-qışqırıq eşidilirdi. Sonra qapı açıldı, üç nəfər NKVD işçisi
X
ədicə xalanı itələyə-itələyə dalana çıxartdılar. Arvad ağlayır,
yalvarır, ayağını yerə verib getmək istəmirdi. NKVD işçiləri
onu ir
əliyə çəkəndə Xədicə xala ucadan qiyyə çəkdi, hər əlini
dalanın bir tərəfinə söykədi, ət ürpəşdirən bir səslə üç dəfə
çığırdı:
-Ya H
əzrət Abbas! Ya Həzrət Abbas! Ya Həzrət Abbas!
NKVD
əsgərləri tüfəngin qundağı ilə onun qollarına
vurmağa, əllərini daş divarlardan qoparmağa başladılar.
X
ədicə xalanın əri alt paltarında olduğu üçün
utandığındanmı, yoxsa NKVD əsgərlərindən qorxduğundanmı,
bir t
ərəfdə dayanıb gözünün yaşını tökür, döyülən, çığırıb
imdada s
əsləyən arvadına yaxın gedə bilmirdi.
N
əhayət arvadın qolları sustaldı, növbəti zərbələrə dözə
bilm
əyib arxası üstə dalana döşənmiş qəmbər daşların üstünə
yıxıldı. Bir an içərisində başı yarıldı, ağ saçları qana boyandı.
NKVD
işçiləri huşsuz arvadı sürüdə-sürüdə aparıb
dalanın ağzında dayanmış qara maşina atdılar.
Q
əribədir. Bütün qonşular ağlasa da, bəziləri üz-gözünü
yolsa da, heç kim X
ədicə xalanın həyətinə keçmədi, onun
haraya v
ə nə üçün aparıldığını soruşmadı.
Bazar ert
əsi.
~
121
~
Dostları ilə paylaş: |