Ön söz
Min ild
ən artıq qüdrətli Şirvanşahlar dövlətinin paytaxtı
olmuş qədim Şamaxı şəhəri həm poeziya, muğam, aşıq, dini,
pedaqoji, ticar
ət və həm də elmi mühit kimi bütün Yaxın
Şərqdə məşhur olmuşdur. Apardığımız araşdırmalar nəticəsin-
d
ə mənbələr, şəxsi arxivlər, qədim əlyazmalar əsasında müəy-
y
ənləşdirmişik ki, XI əsrdən üzü bu yana Şirvan bölgəsində
yaşayıb-yaratmış elm adamlarının sayı min nəfərdən artıq
olmuşdur. XII-XIX əsrlərdə yaşamış Şirvan nisbəli
alimlərin
bir çoxunun sorağı Yaxın Şərq, Orta Asiya və Misirdən, hətta
uzaq Hindistandan g
əlir. Müxtəlif səbəblər ucundan qərib
ölk
ələrdə məskunlaşmış həmin istedad sahibləri uzaq ellərdə
“Şirvani” nisbəsi
ilə məşhur olmuş, sevilmişlər. Şamaxının
bel
ə istedadlı övladları barədə vaxtilə yazdığımız
“Şamaxı”,
“Şamaxı alimləri, elm fədailəri”, “Şirvanilər” seriyası ilə
çap etdirdiyimiz otuz kitabda b
əhs etmişik.
Apardığımız tədqiqatlar zamanı onu da müəyyənləşdir-
mişik ki, elm mərkəzi olan Şamaxıda elə ailələr olmuşdur ki,
h
əmin evdə-ocaqda iki-üç, bəzən də daha çox elm biliciləri,
s
ərrafları yetişmişdir. Kafiyəddin Ömər ibn Osman, oğlu
V
əhiyyəddin, Hacı Zeynalabdin Şirvani, qardaşı Hacı Məm-
m
ədəli Şirvani;
Ünsizadə qardaşları – Səid, Cəlal, Kamal;
Mahmudb
əyovlar – Mahmud bəy, Həmid bəy, Böyük bəy,
Ağalar bəy, Şamil bəy, Bəylər bəy;
Əlizadələr – Ağasəməd,
Əliəşrəf, Sənan;
Salamzadələr – Əbdulvahab, Musa;
Abdul-
layevl
ər – Əlövsət, Şakir, Sənubər,
Mikayılovlar – Nurqələm,
Al
əm, Elxan və başqaları öz dəyərli
elmi əsərləri, ixtiraları,
imzaları ilə təkcə Azərbaycanda deyil, hətta xarici ölkələrdə də
tanınmışlar...
Öz t
ədqiqatları ilə elmimizə töhfələr verən belə alimlər
ocaqlarından biri də
Cəfərzadələr ocağıdır; Əzizə Cəfərzadə,
M
əmməd Cəfərzadə, Əhməd Cəfərzadə. Bu ziyalılar ötən əsrin
~
3
~
40-
cı illərindən sonra Şirvan ədəbi, elmi, folklor mühiti ilə
bağlı ciddi tədqiqatlar aparmış, neçə-neçə monoqrafiyalar yaz-
mışlar. Həmin istedadların həyatı, ömür yolu, elmi,
pedaqoji
f
əaliyyəti, araşdırmaları barədə ayrı-ayrı üç monoqrafiya ha-
zırlamış, qədirbilən oxuculara alimlərin doğmalarına tezliklə
çatdırmağı nəzərdə tutmuşuq:
1. C
əfərzadələr ocağı – Əzizə Cəfərzadə
2. C
əfərzadələr ocağı – Əhməd Cəfərzadə
3. C
əfərzadələr ocağı – Məmməd Cəfərzadə
İlk əvvəl bu monoqrafiyanın birini – “Cəfərzadələr
ocağı – Əhməd Cəfərzadə”ni oxuculara təqdim edirik...
Haşiyə: Qədim Şamaxıdan, təxminən, 40 km cənub
m
əsafədə, Pirsaat çayının Ləngəbiz dağı ilə salamlaşan, görü-
şən yerində, Güngörməz dağına baxan səmtində bir kənd
bardaş qurmuşdur – Tağılı kəndi... Türk-müsəlman ənənələri
il
ə oturub-duran bu eldə belə istedadlı insanlar çox olmuşlar.
Öt
ən əsrin ikinci yarısından
Azərbaycan elmi, ədəbi
mühiti, dilçiliyi, pedaqoji al
əmdə xüsusi çəkisi olan, elin-
obanın adına-sanına şərəf gətirmiş bu alimlər sırasında Cəfər-
zad
ələr xüsusi yer tutmuşlar. Respublikamızın bu qüdrətli alim-
l
əri – iki qardaş və bir bacı neçə ki, qədim Tağılı kənd qəb-
ristanlığında uyuyurlar. Bu üç alimdən sözsüz ki, azı birinin –
xalq yazıçısı, professor, “Şərəf” nişanı, “Şöhrət” ordenli Əzizə
xanımın da Bakıda Fəxri xiyabanda dəfn olunmağa statusu
çatırdı. Amma o, gözü-könlü tox, şöhrət nə olduğunu bilməyən
Əzizə xanım bütün doğmalarına çox əvvəldən vəsiyyət etdi:
“M
əni Fəxri xiyabanda (təkid etsələr də) yox, doğma torpağım,
tutiy
ə bildiyim Şirvanda – ata-anamın, alim qardaşlarımın
uyuduğu Tağılı qəbristanlığında dəfn edərsiniz. Yoxsa, ruhum
sizl
əri bağışlamaz...”
B
əli, hər birinin ömür yolu maraqlı bir dastan olan üç
alim –
Əzizə xanım, Əhməd, Məmməd hal-hazırda bu qədim
q
əbiristanlıqda yan-yana uyuyurlar...
~
4
~