H
ər üç professorla Şirvanlı,
həmyerli kimi uzun illər
dost, qardaş, yaxın – xeyir-şərimizdə bir ailə kimi olmuşuq.
Xeyir-
şərimiz bir olmuşdur. İndinin özündə də övladları,
n
əvələri ilə bir ailə kimiyik... Onların məsləhəti, tövsiyəsi ilə
Şirvan ədəbi, pedaqoji, musiqi,
dini mühiti, tarixinə aid 50-dən
çox
kitab yazmışam.
Onun İran, Türkiyə, Orta Asiya, Leninqrad,
Moskvadan
g
əlmiş qonaqlarını, dostlarını (Yusif Gədikli, Əlirza Minayəli,
Saplaq, Mariya
İvanovna, Mahmud Nurəliyev, Niyazi Atayev,
Sveta Sosiyeva v
ə b.) Şamaxını – Sabir, S.Ə.Şirvani, A.Səhhət
yurdunu d
əfələrlə gəzdirmiş, tanış etmişəm.
Bir sözl
ə, uzun illər ərzində üç elm fədaisi – alim, ya-
zıçı, şair, pedaqoqlardan müfəssəl bilgilər əldə etmişəm. Bu
yaxınlıq, doğmalığa görə alimlərin
ömür yolunu “Biz Cəfər-
zad
ələr” seriyasında üç kitab oxuculara çatdırmağı qərara
almışıq”.
Dah
a yaxın olduğum, sirlərininin çoxsunun ancaq mənə
çatdığı Əhməd əminin əzablı ömür yoluna həsr etdiyim
trilogiyanın birinci kitabını – “Cəfərzadələr ocağı – Əhməd
C
əfərzadə”ni oxuculara
təqdim etməklə həm qürur duyur, həm
d
ə bu ocağa olan hörmət, izzətimizi ifadə etməklə sevinirəm...
2004-2010
Hacı Seyfəddin QƏNİYEV
~
5
~
BİR NAĞILDI ƏHMƏD CƏFƏRZADƏNİN ÖMÜR
YOLU...
K
ərbəlayi Məmməd və Böyükxanım Kərbəlayi Əliheydər
qızının
yeddi övladı olmuşdur. Bu barədə Məmməd Cəfərzadə
yazır: “Birinci bacımızın adı Nurcahan... körpə olanda ölüb.
İkinci Əzizədir. Üçüncü qardaşımız Cəfərdir... İki il yaşayıb.
Dör
düncü uşaq mənəm, beşinci Əhməddir.
Sonra gələn Validə
v
ə Əliheydər çətin dövrü görüb yaşamaq istəməyiblər, körpə
ik
ən həyatdan gediblər”.
Haşiyə: Əhmədin atası Məmməd Cəfər oğlu əslən şa-
maxılıdır, ticarətlə məşğul olmuşdur. Özü də “şeir-sənətə həvəs
göst
ərmiş, ədəbiyyat və musiqi ilə maraqlanmış, ara-sıra şeirlər
yazmışdır. Lakin onun şeirlərinin bircə misrası belə bizə gəlib
çatmamışdır. Məlum 1937-1938-ci il hadisələri zamanı
Böyük-
xanım ərinin əlyazmalarının bir qismini ələ keçməmək üçün
evin divarına hörüb gizlətmiş, bir qismini isə yandırmışdır.
Əhmədin anası Böyükxanım da əslən Şamaxıdan olmuşdur...
Özü d
ə Şamaxı xanı Mustafa xanın nəslindəndir. Əsl adı
Zeyv
ənisə xanım olub; “nənəmizin adı Mustafa xan nəslindən
olan n
ənəsinin adı olduğundan Böyükxanım çağırılıb...”
Övladlarının hər üçünün tərbiyə və təhsilində onun böyük
rolu olmuşdur. Eləcə də, ögey anaları
Məşədi Xeyri Xankişi
qızının da...
***
Əhməd Kərbəlayi Məmməd oğlu atası barədə xatirələ-
rind
ə yazır: “Atam doğulanda ona Məmmədbağır adı verirlər.
Lakin uşaqlıqdan Məmməd çağırılır. Kiçik ikən atası onu özü
il
ə Məşhədə aparır, sonralar o, Əliheydər babamgillə Kərbəlaya
gedir.
Odur ki, cavanlıqda ona gah
“Məşədi Məmməd”, gah
da
“K
ərbəlayi Məmməd” deyiblər.
~
6
~
***
Əhməd Məmməd oğlu Cəfərzadə 1929-cu ilin yanvar
ayında Bakı şəhərində doğulmuşdur. Əhməd uşaq yaşlarında
Bakıda anasının himayəsində yaşamışdır. Bu barədə o, yazır:
“1928-ci ild
ən sonra atamız daimi olaraq Tağılıda, anamız isə
Bakıda yaşayıb... Böyük yazıçı C.Məmmədquluzadənin
“Xatirat
ım”da yazdığı kimi, ilk eşitdiyim (və uzun illər
eşidəcəyim) söz
“Allahu Əkbər”, ilk gördüyüm şey – namaz
qılınması olub. Evimizdə ancaq hədislər, rəvayətlər danışılır,
möcüz
ələr,
dini məsələlər şərh edilir, salavat verilir, şəkkakə
Yezid
ə, Şümrə, müşriklərə lənət deyilirdi və s.
(1, 295)”.
O, ilk t
ərbiyə və təhsilini dini biliklərə dərindən vaqif
olan n
ənəsi Seyyid Rübabə
1
v
ə anasından almışdır. Doğmaları
folklorumuzun bilicil
əri,
sinədəftər insanlar olmuşdur. Ona
gör
ə də balaca Əhməd uşaqlıqdan onların söylədiyi şeirləri
əzbərləmiş, nağılları öyrənmişdir. Ədəbiyyata marağı və həvəsi
h
əmin illərdən başlanmışdır. Balaca Əhməd 1934-1936-cı
ill
ərdə Bakıda uşaq bağçasında tərbiyə almış, sonra Bakı
şəhərindəki
13 saylı məktəbin birinci sinfinə daxil olmuşdur.
Anası Böyükxanım 1937-ci ildə Bakıda “qısa müddətli”
bağça müdiri kursuna daxil olur. Kursu bitirdikdən sonra o,
Göyçay rayonunun Yeniarx k
əndindəki uşaq bağçasına
müdir t
əyin olunur. Əhməd də anası ilə oraya gedir. Əhməd
mü
əllim bu barədə xatirələrində yazır: “Nahardan sonra anam
uşaqlara nağıl danışardı. Ana o qədər təbii, sadə, şirin, nəfəsli
danışardı ki, yaşlı adamların çoxusu hər gün gəlib anamın
söyl
ədiyi nağıl, lətifələrə maraqla qulaq asırdılar...”
(1, 296).
“H
ər bazar günü meşələrə meyvə yığmağa gedirdik. Onda
Ucarla Göyçayın arası meşəlik idi; alça, gavalı, armud, əzgil,
alma, zoğal və s. yığardıq. Meşədə vəhşi heyvan çox idi. Ana
1
Seyyid Rübab
ə Mirağası qızı – Şirvan xanı Mustafa xanın qız nəvəsi olub
~
7
~