EY DOST
Oxu, s
ənin son nəğməni eşidim,
Arzum ür
əyimdə qalmasın, ey dost!
Q
əlbimdə matəmdir, söylə tarizən,
Bir daha musiqi çalmasın, ey dost!
Bülbül atsın özün yol ortasına,
Güll
ər dəstə-dəstə gəlsin yasına,
R
əqqaslar bürünsün qəm libasına,
Əlinə çarpara almasın, ey dost!
M
əhbus Əfqaniyəm, eylərəm əfqan,
Gözümd
ən tökərəm şur ilə yaş-qan,
Ağlasın mənimlə yer və asiman,
Şadlığı yadına salmasın, ey dost!
1947
BU GÜN
F
ələk məni yaman yerdə qarğadı,
Vuruldum dilbilm
əz nadanə bu gün.
D
ərdimi demədim, tənha dolandım,
M
əni zənn etdilər divanə bu gün,
Vuruldum dilbilm
əz nadanə bu gün.
Eld
ən gizli gəzdim, gizli dolandım,
H
əsrət çəkdim, eşq oduna qalandım,
Uçdu könül quşu, qəfil talandım,
Laçın idim, oldum pərvanə bu gün.
~
72
~
Yalan sözdür, kim söyl
əsə tarı var,
H
ər ürəyin min cür ahu-zarı var,
Xoşbəxt odur, qəlbən sevən yarı var,
S
əadət yox imiş Əfqanə, bu gün,
Dedil
ər, eşqimə əfsanə, bu gün.
BÜLBÜL
Z
əmistan fəslidir yenə dağlarda,
Bilir
əm gəlmisən fəğanə, bülbül.
S
ənin də gülşənin mənimki kimi,
Gör nec
ə dönübdür xəzanə, bülbül!
Bu zülmü görm
əyib Rum ilə Ədən,
Çatlayır bağrımız qəmdən, qüssədən,
Bir günah etm
əmiş bilmirəm nədən,
Biz
ə gün verməyir zəmanə, bulbul?
Yalandır, hər bəndi şah fərmanının,
Yoxdur etibarı el dövranının,
N
ə dərddir, həm sənin, həm Əfqaninin,
Dönd
ərib belini kəmanə, bülbül?
03.01.1955
A DAĞLAR
Yen
ə də qəflətən düşdüz yadıma
Bu q
ərib ölkədə, aman, a dağlar!
V
ətən həsrətində üzülmüş canım,
Qalmayıb etiqad, iman, a dağlar.
~
73
~
Zalım cəllad öz zülmünü bildirir,
Ağladıban düşmənlərim güldürür,
R
əhm etməyib bu qurbətdə öldürür,
Eyl
əyir halımı yaman, a dağlar!
Alıbdır əlimdən mülkü varımı,
Qaldırıbdır ərşə ahu-zarımı,
Alıb hər hüququm, ixtiyarımı,
M
ənə gün verməyir zaman, a dağlar!
H
ər saatda alır mənim canımı,
Qarovullar tutur dö
rd bir yanımı,
Öldürür zindanda g
ənc Əfqanımı,
Çıxmağa verməyir güman, a dağlar!
12.01.1955
OLMAZ
Q
əmli könlüm, nə ağlarsan, sızlarsan?
H
ər dəm xəzan olmaz, zimistan olmaz.
Uçular hasarlar, bit
ər ayrılıq,
Dilind
ə nə nalə, nə əfqan olmaz.
Unutma quyuda qalan K
ənanı,
D
əryadə Yunisi, Şeyx Sənanı,
Neç
ələr tərk etdi fani dünyanı,
Darıxma, cəbr edən natəvan olmaz.
Düşünmə dostları, yaru yoldaşı,
Axıtma sübhü şam qanlı göz yaşı,
A
xtarma, tapmazsan doğru sirdaşı,
Pis gününd
ə sənə pasiban olmaz.
~
74
~
N
ə qədər əlində vardır ixtiyar,
Düşmənin də olar sənin də qəmxar,
El
ə ki, yıxıldın, olarlar kənar,
Qohumundan başqa bir yanan olmaz.
Dinl
ə Əfqaninin ürək sözünü,
V
ətən yollarına tikmə gözünü,
İtirmə həsrəti-qəmdən özünü,
Havalar h
ər zaman qar,duman olmaz.
1955
MƏNƏM, MƏN
Qaranlıq meşənin dərinliyində,
T
ənha ağac qıran bil ki, mənəm, mən.
Sübhd
ən şamadək ahu-zar edən,
Ağır balta vuran bil ki, mənəm, mən.
Daima yağışlar yağan başına,
Azadlıq günləri düşən xaşına
1
,
H
ər an həsrət çəkib yar-yoldaşına,
M
əzlum boyun buran bil ki, mənəm, mən.
D
aha can qalmayıb miskin Əfqanda,
D
oğru bir azadlıq yoxdur cahanda,
İllərlə çürüyüb qara zindanda,
Yen
ə də dağ kimi duran mənəm, mən.
05.11.1955
1
Xaş – arzu, meyil
~
75
~
QADASIN ALDIĞIM
N
ə müddətdir məndən uzaq gəzirsən,
İnsaf elə, ay qadasın aldığım.
Zülm el
əyib cavan canım üzürsən,
Vaxtsız oldum zay, qadasın aldığım.
Lal
ə rəngin alır al yanağından,
Abi-h
əyat axır bal dodağından,
R
əhm elə, qovlama öz otağından,
Deyil
əmmi tay, qadasın aldığım?
M
əhbus Əfqaniyəm, eylərəm əfqan,
Gözümd
ən tökərəm şur ilə yaş-qan,
Sail
əm, istərəm səndən bir ehsan,
Ver q
əlbini pay, qadasın aldığım.
1953
GƏLMİŞƏM
Ay nainsaf, bir aç görüm üzünü,
Al yanaqda xal
almağa gəlmişəm.
Uzaq g
əzib nahaq yorma özünü,
İpək, tirmə, şal almağa gəlmişəm.
Siyah zülfün qonça güln
ən hörülüb,
Bel
ə zillət hansı yerdə görünüb,
M
ən qalmışam, paltar sənə bürünüb,
Bu vilad
ən yol almağa gəlmişəm.
~
76
~
Dostları ilə paylaş: |