SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə18/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

EY DOST 
 
Oxu, s
ənin son nəğməni eşidim
Arzum ür
əyimdə qalmasın, ey dost! 
Q
əlbimdə matəmdir, söylə tarizən, 
Bir daha musiqi çalmasın, ey dost! 
 
Bülbül atsın özün yol ortasına, 
Güll
ər dəstə-dəstə gəlsin yasına, 
R
əqqaslar bürünsün qəm libasına, 
Əlinə çarpara almasın, ey dost! 
 
M
əhbus Əfqaniyəm, eylərəm əfqan, 
Gözümd
ən tökərəm şur ilə yaş-qan
Ağlasın mənimlə yer və asiman, 
Şadlığı yadına salmasın, ey dost! 
 
 
 
 
 
 
1947 
 
 
BU GÜN  
 
F
ələk məni yaman yerdə qarğadı, 
Vuruldum dilbilm
əz nadanə bu gün. 
D
ərdimi demədim, tənha dolandım, 
M
əni zənn etdilər divanə bu gün
Vuruldum dilbilm
əz nadanə bu gün. 
 
Eld
ən gizli gəzdim, gizli dolandım, 
H
əsrət çəkdim, eşq oduna qalandım,  
Uçdu könül quşu, qəfil talandım, 
Laçın idim, oldum pərvanə bu gün.  
 
 

72 

 


Yalan sözdür, kim söyl
əsə tarı var, 
H
ər ürəyin min cür ahu-zarı var, 
Xoşbəxt odur, qəlbən sevən yarı var, 
S
əadət yox imiş Əfqanə, bu gün, 
Dedil
ər, eşqimə əfsanə, bu gün. 
 
 
BÜLBÜL  
 
Z
əmistan fəslidir yenə dağlarda, 
Bilir
əm gəlmisən fəğanə, bülbül. 
S
ənin də gülşənin mənimki kimi, 
Gör nec
ə dönübdür xəzanə, bülbül! 
 
Bu zülmü görm
əyib Rum ilə Ədən, 
Çatlayır bağrımız qəmdən, qüssədən, 
Bir günah etm
əmiş bilmirəm nədən, 
Biz
ə gün verməyir zəmanə, bulbul? 
 
Yalandır, hər bəndi şah fərmanının, 
Yoxdur etibarı el dövranının, 
N
ə dərddir, həm sənin, həm Əfqaninin
Dönd
ərib belini kəmanə, bülbül? 
 
 
 
 
 
 
 
03.01.1955 
 
A DAĞLAR 
 
Yen
ə də qəflətən düşdüz yadıma 
Bu q
ərib ölkədə, aman, a dağlar! 
V
ətən həsrətində üzülmüş canım, 
Qalmayıb etiqad, iman, a dağlar. 
 

73 

 


Zalım cəllad öz zülmünü bildirir, 
Ağladıban düşmənlərim güldürür, 
R
əhm etməyib bu qurbətdə öldürür, 
Eyl
əyir halımı yaman, a dağlar! 
 
Alıbdır əlimdən mülkü varımı, 
Qaldırıbdır ərşə ahu-zarımı, 
Alıb hər hüququm, ixtiyarımı, 
M
ənə gün verməyir zaman, a dağlar! 
 
H
ər saatda alır mənim canımı, 
Qarovullar tutur dö
rd bir yanımı, 
Öldürür zindanda g
ənc Əfqanımı
Çıxmağa verməyir güman, a dağlar! 
 
 
 
 
 
 
 
12.01.1955 
 
OLMAZ  
 
Q
əmli könlüm, nə ağlarsan, sızlarsan? 
H
ər dəm xəzan olmaz, zimistan olmaz. 
Uçular hasarlar, bit
ər ayrılıq, 
Dilind
ə nə nalə, nə əfqan olmaz. 
 
Unutma quyuda  qalan K
ənanı, 
D
əryadə Yunisi, Şeyx Sənanı, 
Neç
ələr tərk etdi fani dünyanı, 
Darıxma, cəbr edən natəvan olmaz. 
 
Düşünmə dostları, yaru yoldaşı, 
Axıtma sübhü şam qanlı göz yaşı, 
A
xtarma, tapmazsan doğru sirdaşı, 
Pis gününd
ə sənə pasiban olmaz. 

74 

 


N
ə qədər əlində vardır ixtiyar, 
Düşmənin də olar sənin də qəmxar
El
ə ki, yıxıldın, olarlar kənar, 
Qohumundan başqa bir yanan olmaz. 
 
Dinl
ə Əfqaninin ürək sözünü, 
V
ətən yollarına tikmə gözünü, 
İtirmə həsrəti-qəmdən özünü, 
Havalar h
ər zaman qar,duman olmaz. 
 
 
 
 
 
 
 
1955 
 
MƏNƏM, MƏN 
 
Qaranlıq meşənin dərinliyində, 
T
ənha ağac qıran bil ki, mənəm, mən. 
Sübhd
ən şamadək ahu-zar edən, 
Ağır balta vuran bil ki, mənəm, mən. 
 
Daima yağışlar yağan başına, 
Azadlıq günləri düşən xaşına
1

H
ər an həsrət çəkib yar-yoldaşına, 
M
əzlum boyun buran bil ki, mənəm, mən. 
 
D
aha can qalmayıb miskin Əfqanda
D
oğru bir azadlıq yoxdur cahanda, 
İllərlə çürüyüb qara zindanda, 
Yen
ə də dağ kimi duran mənəm, mən. 
 
 
 
 
 
 
 
05.11.1955 
1
 Xaş – arzu, meyil 

75 

 
                                                           


 
QADASIN ALDIĞIM  
 
N
ə müddətdir məndən uzaq gəzirsən,  
İnsaf elə, ay qadasın aldığım. 
Zülm el
əyib cavan canım üzürsən, 
Vaxtsız oldum zay, qadasın aldığım. 
 
Lal
ə rəngin alır al yanağından, 
Abi-h
əyat axır bal dodağından, 
R
əhm elə, qovlama öz otağından, 
Deyil
əmmi tay, qadasın aldığım? 
 
M
əhbus Əfqaniyəm, eylərəm əfqan, 
Gözümd
ən tökərəm şur ilə yaş-qan, 
Sail
əm, istərəm səndən bir ehsan, 
Ver q
əlbini pay, qadasın aldığım. 
 
 
 
 
 
 
 
1953 
 
GƏLMİŞƏM  
 
Ay nainsaf, bir aç görüm üzünü, 
Al yanaqda xal 
almağa gəlmişəm. 
Uzaq g
əzib nahaq yorma özünü, 
İpək, tirmə, şal almağa gəlmişəm. 
 
Siyah zülfün qonça güln
ən hörülüb, 
Bel
ə zillət hansı yerdə görünüb, 
M
ən qalmışam, paltar sənə bürünüb
Bu vilad
ən yol almağa gəlmişəm. 
 
 

76 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə