SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə17/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

EY DOST 
 
Bilir
əm ki, bir azadlıq ucundan, 
S
ən düşmüsən dərin zindanə, ey dost! 
M
əskənin olubdur diyari-qürbət, 
S
əsin yetmir heç bir insanə, ey dost! 
 
Dünyada axtarma etibar, v
əfa, 
Yoxsa ki, görm
əzsən bircə gün səfa, 
Dostların yetirər sənə çox cəfa, 
Olarsan bir növü divan
ə, ey dost! 
 
H
əqiqət kəlməsi axtarma, bala, 
Çünki yetişərsən dövrü-zavala, 
O söz 
əfsanədir, gəlib bu hala, 
Nahaqdan yayılıb cəhanə, ey dost! 
 
Ədalət sözünün yoxdur əsası, 
Kağız üstündədir onun mənası, 
H
ələ olacaqsan Allaha ası, 
Yadına düşəndə tək ana, ey dost! 
 
Bu dünya dediyin ibr
ətxanədir, 
Onun h
ər guşəsi, eşq viranədir
S
əadət kəlməsi lai əfsanədir, 
H
ərçəndi yazılıb “Quran”ə, ey dost! 
 
T
əbii qanundur bil ki, əzəldən, 
D
əstə bağlanılmaz solğun xəzəldən, 
Uzaq d
ur ağılsız, bivec gözəldən, 
Yetişirsən onda ad-sanə, ey dost! 
 
 

67 

 


Kimi şadlıq edir, kimi ağlayır, 
Kimi q
əmgin olub qəlbin dağlayır, 
Kimi d
ərya kimi coşub-çağlayır, 
Qovuşur lənəli ümmanə, ey dost! 
 
Çox da fikir eyl
əmə, ey könlü talan
Eşitsən hər ləhzə min cürə yalan,  
Ümiddir yaşadan insanı hər an, 
Dünyaya g
əlmisən mehmanə, ey dost! 
 
Qocalsan ö
vladın baxmaz üzünə, 
Dostların etibar etməz sözünə, 
O vaxtı vurarsan bərkdən dizinə, 
Çünki yetm
əz əlin bir yanə, ey dost! 
 
N
ə qədər dövlətin olarsa sənin, 
Axır qara torpaq olar məskənin, 
Eşitmə sözünü əsla kimsənin, 
Tez coşub oxşama tufanə, ey dost! 
 
Çalış ki, qəlbində olmasın ləkə, 
Bir kims
ə işindən düşməsin şəkə, 
Bilm
ədiyin şeydən etmə səksəkə
B
ənzəmə zülmkar sultanə, ey dost! 
 
Bu dünya işinə etmə etibar, 
Bil ki, h
ər güncündə min bir sirr var, 
S
əbr elə, qönçə tək olmaginan xar, 
Uğrama səbəbsiz xəzanə, ey dost! 
 
G
ələcək gününü düşün hər zaman, 
Heç vaxtı yaxşını eyləmə yaman, 
 

68 

 


S
əni aldatmasın hər qaşı kaman, 
Yoxsa ki, dözm
əzsən hicranə, ey dost! 
 
Paxıllıq eləmə hərgiz bir kəsə, 
Heç d
ə qulaq asma hər gələn səsə
Aldanma x
əbisə, uyma nakəsə, 
İnanma verilən fərmanə, ey dost! 
 
Xoşbaxtlıq sözünün əslini unut, 
Başını dağ kimi ucalıqda tut, 
Əğlini itirmə görcəyin bulud, 
Başlama naləvü əfqanə, ey dost! 
 
Kişinin həvəsi şöhrət üçündür, 
Qadının səyləri şöhrət üçündür, 
Yaxşılıq, öldüyün səadət üçündür, 
Daxil olur h
ər bir imanə, ey dost! 
 
Kimisi yem
əyə tapmayır nani, 
Kimisi tutubdur cüml
ə cahani, 
Çürüyür zindanda m
əzlum Əfqani
Ona gün verm
əyir zəmanə, ey dost! 
 
 
*** 
S
ənə üz tutanda xah, ya naxah, 
Hamı söyləyir ki, “ey adil Allah”, 
Doğrusu düşmürəm bu şeyi başa, 
Xaliqim, t
əkmisən yoxsa ki, qoşa? 
 
Kim
ə ki, vermirsən sim ilə zəri, 
Onda yox s
əxanın, rəhmin əsəri,  
 

69 

 


Kim
ə ki, kəramət etmisən səxa, 
Onun simü z
əri çıxıbdı yoxa. 
 
Əgər “vahidsənsə” bütün dünyada, 
Neçin ömrümüzü verirs
ən bada? 
Əgər “vaqif” sənsə cümlə cahana
Neçin ç
əkdirirsən cürmü insana? 
 
Əgər “kərim”isən, kəramət eylə, 
Əgər “rəhim”isən, mərhəmət eylə, 
Əgər “sabit”sənsə neçin böylə sən, 
Mövcud c
əmiyyəti dəyişdirirsən? 
 
 
Əgər “şamil”sənsə fikrim bilirsən, 
 
Əgər “kamil”sənsə neçin gülürsən? 
 S
ən “sabir” olsan da tükəndi səbrim, 
 
Ya ver yaşayışım, ya da ki, qəbrim. 
 
Əgər “adil” sənsə göstər ədlini, 
Apar yer üzünd
ən insan qətlini
Əgər “qadir”sənsə zülmə ver xitam, 
Əfqan ağlamasın hər səhər-axşam. 
 
03.11.1957 
 
AY DƏLİ 
 
Birc
ə il mənimlə dost oldun, amma, 
El
ədin adımı bədnam, ay dəli. 
Daha keçib, n
ə alışma, nə yanma, 
El
ədin adımı bədnam, ay dəli. 
 
 

70 

 


M
ən səni özümə ilahi sandım, 
Sübhü şam həsrətlə oduna yandım, 
Düşməndən dost olmaz, indicə qandım, 
El
ədin adımı bədnam, ay dəli. 
 
Dağların başında qar olmaz imiş, 
Müx
ənnətdə namus, ar olmaz imiş, 
S
əndən Əfqaniyə yar olmaz imiş, 
El
ədin adımı bədnam, ay dəli. 
 
 
XƏRABƏ YOLLAR  
 
O görün
ən İncəbelin
1
 yoludu, 
Ora yağan qar-yağışdı, doludu. 
Baxt var idi orda karvan bol idi, 
Niy
ə siz qaldınız xərabə, yollar? 
 
Körpünüz, b
əndiniz tamam sökülüb, 
Aranıza qaya daşlar tökülüb, 
H
ər yeriniz arpa, buğda əkilib, 
Niy
ə siz qaldınız xərabə, yollar? 
 
Eniş, yoxuşunuz olubdur xarab, 
Əbədi yolçunuz qarışqa, qurab, 
Əfqanın göz yaşın eylədiz sirab, 
Niy
ə siz qaldınız xərabə, yollar? 
 
 
 
 
 
 
1947 
 
 
1
 
İncəbel – Udulu ərazisinə yaxın yer 

71 

 
                                                           


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə