SeyfəDDİn qəNİyev tariyel qəNİ


EŞİTDİKLƏRİMDƏN, GÖRDÜKLƏRİMDƏN



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə25/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

EŞİTDİKLƏRİMDƏN, GÖRDÜKLƏRİMDƏN 
YADIMDA QALANLAR 
Bacım və qardaşım məni çətin vəziyyətə salıblar. Çünki, 1) 
özləri  bu  mövzunu  yazandan  sonra  mənə  də  yazmağı  təklif 
ediblər,  2)  məndən  nisbətən  yaşlı  olduqları  üçün  ailə  tarixini 
daha yax
şı bilirlər. 
Nə isə, çarə üoxdur, gərək mən də yazam. 
Bəli,  atamız  Kərbəlayi  Məmməd  Məşhədi  Cəfər  oğlunun 
atası  Tağılı,  anası  Şamaxı  əhli  olb.  Atam  mənim  yadıma 
gəlmir,  çünki  o  kənddə,  mən  şəhərdə  yaşamışam  və  o  vəfat 
edəndə  10  yaşım  olub.  Atamın  ana  qohumlarmdan  dayısı 
oğlanları  -  Məşhədi  Böyükağa  (Tofiqin  atası),  Məşhədi 
Əliyusif  (Məmədseyinin  atası),  Məşhədi  Kazım  (Ələsgərin 
atası),  molla  Hacağa  (Ələkbər  və  Süleymanın  atası),  dayısı 
qızları Badam bibi və Bgyükxanım bibini (Əliheydərin anası) 
görmüşəm.  Ata  qohumlarımdan  yalnız  Məşhədi  Cavadı 
görmüşəm. (O biriləri yadıma düşmür). 
Anamın  atası  Kərbəlayi  Əliheydər  Kərbəlayi  Vəliyar  oğlu 
əslən Ağsunun Garıs elatındandır, XIX əsrin təxminən, 70-80-
cı illərində atası ilə köçüb Şamaxıya gəlib. Garısın Curuğlu və 
Maşad  Qanılı  kəndlərində  bəzi  qohumabənzərləri  qalıb. 
Babamın bir bacısı olub, uşaqları ölüb, Ağarza adlı bir qardaşı 
olub (İzzət bacınm atası), o da çox cavan ölüb. Babamın anası 
da çox cavan ikən ölüb. Atası Püstə adlı bir arvad alıb. 
Babamın babası Alı bəy olub və çar hökuməti bəyləri qeydə 
alarkən  qorxub  və  deyib  ki,  mənim  adım  Alı  bəy  yox, 
Bəyalıdır. 
Anamın  anası  Seyid  Rübabə  Mirağası  qızı  Şamaxmm 
məşhur,  dövlətli,  ziyalı  bir  ailəsində  anadan  olub.  (Babası 
Mirələsgər,  ulu  babası  Mir  Haşim).  Anamızın  dediyinə  görə 
Seyid  Rübabənin  anası  Zeyvənisə  xanım  Şirvanm  sonuncu 
Xanı Mustafa xanın qızı olub. (Məncə o, qızı yox, nəvəsi ola 

109 

 


bilərdi) 
Anamızın  admı  Zeyvənisə  qoyublar,  lakin  Böyükxanım 
çağırıblar,  heç  bir  bacı-qardaşları  yaşamayıb,  hamısı  körpə 
ikən vəfat edib. 
Seyid Rübabə nənə ilə atamızın bacısı Şərəfnisə bibi yaxın 
dost olublar. Bu səbəbdən nənə onu evdə tərifləyib və qardaşı 
Mir Seyfullaya alıblar. (Sonralar Mir Seyfulla tez ölüb, bibimi 
kiçik  qardaşı  Mir  Əsədullaya,  o  da  öləndən  sonra  ən  kiçik 
qarda
şı  Mir  Kərimə  alıblar.)  Bibimin  2-ci  ərindən  1  oğlu  - 
Mirağa, 3-cü ərindən də bir oğlu - Mirabtalıb olub. Bibimizin 
nəvələri  İranın  Tehran,  Kərəc  və  Məşhəd  şəhərlərində,  ABŞ, 
İngiltərə, İspaniya və s. yaşayırlar. 
Seyid  Rübabə  ilə  Şərəfnisənin  dostluğu  nəticəsində 
Şərəfnisə bibi öz yeganə qardaşma (atamıza) Seyid Rübabənin 
qızı  Güllübəyimi  alır,  nişan  verilir,  lakin  Güllübəyim  vəfat 
edir.  Bu  zaman  anamız  4  yaşında  olur.  Şərəfnisə  və  Seyid 
Rübabə qohumluğu pozmamaq üçün səbrlə gözləyir və ana bir 
qədər böyüyəndən sonra onu atamıza verirlər. 
Atamız  anamızdan  17-18  yaş  böyük  olub.  Hər  ikisi  ata-
anasmm əziz övladı, ərköyün böyümüş, “düşmə yerə smarsan” 
olmuş, bəlkə elə bu səbəbdən də ömür boyu bir-birinə isnişə-
uyuşa bilməmişlər. 
Sovet  hakimiyyəti  qurulan  zaman  atamız  Tağılıya  gəlir, 
burada Xeyri adlı bir qadınla evlənir, 5-6 il müxtəlif yerlərdə 
işləyir. 1927-ci ildə Ata, ana, Xeyri, Seyid Rübabə nənə, Əzizə 
və  Məmməd  daimi  yaşamaq  üçün  İrana  -  Məşhəd  şəhərinə 
köçürlər.  Lakin  atamız  və  xüsusilə  Meşədi  Xeyri  bu  yerlərin 
adətinə, dilinə, qaydalarma uyuşa bilmir, tezliklə əllərində olan 
az  - 
para  da  qurtarır,  narazılıq  başlanır  və  1928-ci ilin 
payızmda Vətənə qayıdırlar. 
Atamız  və  Meşədi  Xeyri  kəndə  dönür,  Tağılı  camaatı 
köməkləşib  bunlar  üçün  kərpic  kəsir,  2  gözdən  ibarət  bir  ev 
tikirlər.  Ev  kərpic  olsa  da  kəndin  ən  gözəl  evi  idi:  2  gözdən 

110 

 


ibarət, pəncərəsi, səkisi, damları və s. 
İrandan qayıdandan azca sonra Meşədi  Xeyrinin oğlu olur 
və 3 gündən sonra ölür. Az sonra mən, Bakıda anadan oluram. 
Ümumiyyətlə  anamızm  7  övladı  olub:  Nurcahan  (1919-da 
ölüb), Əzizə, Cəfər (1925-də ölüb), Məmməd, Əhməd, Validə 
(1933-
də ölüb), Əliheydər (1934-də ölüb). 
1928-
ci ildən sonra atamız daimi olaraq Tağılıda, anamız isə 
Bakıda  yaşayıb.  Məmməd  4-5  yaşmdan  etibarən  atamızm 
yanmda qalıb, Əzizə və mən isə anamızm. 
C. Məmmədquluzadənin “Xatiratımda” də yazdığı kimi ilk 
eşitdiyim  (və  uzun  illər  eşidəcəyim)  söz  ”allahü  əkbər”  ,  ilk 
gördüyüm  şey  -  namaz  qılmması  olub.  Evimizdə  ancaq 
hədislər,  rəvayətlər  danışılır,  möcüzələr,  dini  məsələlər  şərh 
edilir,  salavat  çevrilir,  şəkkakə,  Yezidə,  Şümrə,  mütriklərə 
lənət  deyilirdi  və  s.  Bunlardan  başqa  boş  vaxt  qalmırdı, 
qalanda  isə  anamız  öz  ata-anasmm  bəlalı  məhəbbətindən, 
sonrakı  talelərindən  danışırdı.  O,  ata-anasının  görüşlərini, 
toylarmı,  həyatlarmm  bütün  şirin  və  ağrılı  günlərini  elə 
dəqiqliklə,  elə  bir  məharətlə  təsvir  edirdi  ki,  deyərdin  elə 
həmişə onlarla yanaşı olub, danışdıqlarmı öz gözləri ilə görüb, 
yadında saxlayıb. Anamızın öz ata-anası barədə danışdıqlarmm 
çoxunu  Əzizə  və  Məmməd  öz  yazılarında  veriblər.  Mən, 
onlarm da bildiyi kimi, lakin yazmadığı bir əhvalatı, Kərbəlayi 
Əliheydər  baba  ilə  Seyid  Rübabə  nənənin  toylarmm  səhəri 
günü olan bir hadisəni danışım: Toyun səhərisi, günorta vaxtı 
babanm ögey anası (Püstə, yaşlı kəndli qadın) aş bişirir, üstünə 
öz bildiyi kimi qəlyə düzəldib tökür, iri bir qaba çəkib pərdə 
arxasında oturmuş bəy və gəlinə (pərdənin altmdan keçirərək), 
verir. Seyid Rübabə nənə dövlətli bir əsilzadə evində böyümüş 
qız  olduğundan  xörəyi  bəyənmir,  lakin  yeyir,  fəqət  qəlyənin 
içindən  4  bölünüb  tökülmüş,  iri-iri  soğanları  ayırıb  qaşıqla 
qabm  qırağma  qoyur.  Əliheydər  baba  başa  düşür  ki,  əgər 
analığı  gəlinin  belə  hərəkətini  bilsə,  indidən  evə  danışıq 

111 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə