SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə54/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   48   49   50   51   52   53   54   55   56

Bu müdd
ətdə  bizim  barakın  ətrafına  bəlkə  2000 min 
adam yığışmışdı. 
Yay olduğundan çöl o qədər də soyuq deyildi. Hamı da-
nışır, çığırır, tüpürür və hətta söyürdü. 
R
əis nəzarətçilərlə  birlikdə  gəlib bizə  yaxınlaşdı.  Keşiş 
Adonis ir
əli çıxıb: 
–  V
ətəndaş rəis – dedi,  icazə verin  yoldaşımızı özümüz 
basdıraq. 
R
əis kinayəli bir tərzdə: 
–  Qoca,  –  dedi, 
axı  ölən xristian deyil, məhəmmədidir. 
Ondan siz
ə nə yoldaş? 
Keşiş aramla: 
–  S
əhv edirsiniz, –  dedi,  ölən adam həm insan, həm də 
siyasi m
əhbus  olduğu  üçün  mənim  yoldaşımdır.  Dinin  bura 
d
əxli yoxdur. 
H
ər tərəfdən səslər ucaldı: 
– 
Sağ ol, Adonis ata! – doğru deyirsən! 
– Y
oldaşımızı özümüz basdıracağıq! 
         – Ölüd
ən də qorxurlar ki, birdən qaçar. 
R
əis vəziyyəti belə görüb bizi sakitləşdirməyə başladı: 
– 
Yaxşı, yaxşı, niyə hay-küy qaldırmısınız? Mən bir söz 
demir
əm. Amma gərək qabaqca ona həkim  baxsın,  akt  bağ-
lansın. Ondan sonra meyit sizin.  
M
əhbuslar razılıq etdilər. 
Tezlikl
ə  sançasdan gələn həkimlər meyiti ciddi yoxla-
madan keçirib akt bağladılar və çıxıb getdilər. 
Meyit 
barakda  qaldı.  Yaxın  yoldaşlardan  başqa  keşiş 
Adonis v
ə  keşiş  Vasili  ata  da  səhərə  qədər onun yanında 
qaldılar.  Səhər 12 nəfərlik mühafizə  dəstəsinin  müşayiətilə 
c
ənazəni çiynimizə alıb düşərgədən çıxdıq. Biz 6 nəfər idik. 4 
n
əfər nisbətən gənc olan yoldaş cənazəni aparır, keşiş Adonislə 
m
ən isə onların dalınca gedirdik. 

204 

 


Düşərgədən 2 km-ə qədər aralanıb cənazəni yerə qoyduq. 
Yay olduğu üçün hər tərəf isti idi. Qəbir qazmaq üçün hündür 
bir yer axtarıb tapdıq. Cavanlar qazmağa başladılar. Heç 2 çim 
qazmamışdılar ki, qazdıqları yer su ilə doldu. Bu dəfə başqa bir 
yerd
ən  qazdılar.  Yenə  də  həmin  şəkildə  oldu. 3-cü dəfə 
qazanda mühafiz
ə dəstəsinin rəisi dedi: 
–  Nahaq yer
ə özünüzü incitməyin. Onsuz da burada hər 
yer sudur. 
Biz q
əbiri qazıb qurtardıq, lakin o tamamilə su ilə doldu. 
Biz suyu götürüb atmağı təcrübə etdik. Lakin tezliklə nəticəsiz 
olduğunu  gördük. Su hər yerdən  bulaq  kimi  sızırdı.  Əlacsız 
qalıb  İslamın  meyitini suyun içərisinə  qoyduq. Üstünə  bir-iki 
ağac şaxı düzüb torpaqladıq. 
Sabahı  gün  erkən “qalx” zəngi  çalındı,  bizi işə  aparma-
dılar. Təxminən, səhər saat 10-da silahlı əsgərlər zonaya doluş-
dular.  Düşərgənin  ortasına  miz  və  stullar  qoyuldu.  Hamını 
oraya qovub dövr
əyə  aldılar.  Bir-iki dəqiqədən  sonra  düşərgə 
r
əisi, kiçik işçilər və bir neçə tanımadığımız adam gəlib həmin 
mizin arxasında oturdu.  
G
ələnlərdən biri ayağa qalxıb: 
– 
Qulaq asın, – dedi, düşərgələrarası səyyar məhkəmə işə 
başlayır. Məhkəmə, düşərgə rəisi mayor Malovinin yazılı iza-
hatına əsasən dünən gündüz düşərgədə iğtişaş qaldırmağa çalı-
şan  məhbus Adonisin, məhbus Qorbatovski və  məhbus  Tağı-
yevin işinə baxmaq üçün toplaşmışdır.  
M
əhbuslar arasında uğultu başlandı: 
– Bu n
ə deməkdir? 
– 
O yazıqlar nə ediblər ki? 
– Y
əni ölünü basdırmaq da olmaz? 
– Bizi bundan öt
əri saxlamısınız? 
Hakim 
əlindəki zəngi  çaldı.  Lakin  zəngə  baxan  olmadı. 
Qıy-qışqırıqdan ağız deyəni qulaq eşitmirdi. 

205 

 


Hakimin 
işarəsi ilə əsgərlər havaya bir neçə güllə atdılar. 
Bu daha pis t
əsir bağışladı. Məhbuslar məhkəmə heyətinə hü-
cum etdil
ər. Hakimlər güclə başlarını götürüb qaçdılar. 
R
əis qaça-qaça belə deyirdi: 
– 
Ağılsızlar, bu sizə baha oturacaq. 
Doğurdan da,  bu bizə baha oturdu. Aradan bir gün keç-
miş, gecə vaxtı əsgərlər keşiş Adonisi, Qorbatovskini, Tağıyevi 
v
ə daha iki nəfər məhbusu xəlvətcə yuxudan oyadıb apardılar. 
Ert
əsi gün tikanlı məftillərin o tərəfində məhkəmə keçi-
rildi. Bizi yen
ə  işə  aparmamışdılar,  lakin  bu dəfə  aramızda 

ərisinə  elektrik cərəyanı  buraxılmış  on  bir  qat  tikanlı  məf-
tild
ən ibarət hündür hasar var idi. Biz məhkəmənin  gedişini 
görür, lakin ona mane ola bilmirdik. M
əhkəmə  tələsik öz 
hökmünü oxuyurdu: “Düşərgədə iğtişaş qaldırmağa çalışan si-
yasi m
əhbus Adonis, Qorbatovski,  Tağıyev,  Yanovski  və 
Pavlov güll
ələnməyə  məhkum edilir. Hökm yerindəcə  icra 
olunmalıdır.” Biz məftillərin bu üzündə özümüzü didib-tökür, 
çığırır,  yalvarır,  söyürdük.  Lakin  bunun  heç  bir  mənası 
olmurdu – aram
ızdakı sədd çox möhkəm idi.  
M
əhkəmə katibinin hökmü oxuyub qurtarması ilə əsgər-
l
ərin atəş açması demək olar ki, eyni vaxtda idi.  
Bizim 
əziz  yoldaşlarımız  yerə  sərildilər.  Keşiş  Adonis 
dey
əsən  yüngül  yaralanmışdı.  O  qalxınıb  dizi  üstə  oturdu və 
m
əhkəməyə müraciətlə: 
– Zülmün ax
ırı yoxdur, – dedi. 
El
ə bu an bir neçə güllə onu təkrar yerə sərdi. 
Düşərgə rəisi üzünü bizə tərəf tutub: 
–  Gördünüzmü?  –  dedi,  h
ər hansı bir itaətsizlik üstündə 
sizinl
ə ancaq belə rəftar ediləcəkdir. 
Biz  baraklara  dağılışdıq.  Hamı  bir-biri ilə  küsülü  imiş 
kimi susurdu.  
Axşam  oldu,  hərə  öz yerində  büzüşüb  yatdı.  Gecənin 
qaranlığında  hamının  yatmış  olduğu  bir  zamanda  2  nəfər  –

206 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə