SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə55/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   48   49   50   51   52   53   54   55   56

y
əhudi və  gənc bir məhbus söhbət edirdilər. Yəhudi özünün 
kiçik m
əsləkdaşına darıxmamağı, səbr etməyi məsləhət gördü. 
–  H
əmişə  qış  ola  bilməz,  dostum,  onun  ardınca  mütləq 
bahar g
əlməlidi. Sən bilirsən ki, bizim illər uzunu çəkdiyimiz 
əziyyətlər hədər getməyəcəkdir və  gedə  də  bilməz.  İndiki  bu 
sakitlik s
əni qorxutmasın, bu tufandan əvvəlki bürküdən başqa 
bir şey deyil, mən inanıram ki, bu bürkü tezliklə sovuşub ge-
d
əcək və xalq haqqı nahaqdan seçəcəkdir. O zaman biz də bu 
əziyyətlərdən xilas olacaq və  xalqımızla  birlikdə  xoşbəxt hə-
yatda yaşayacağıq.  
– Eh, – dey
ə onun müsahibi dolğun bədənli, girdə sifətli, 
qalın, çatma qaşları olan qarayanız gənc köksünü ötürdü: 
– 
Doğrusu, sizin dedikləriniz nə qədər inandırıcı olsa da, 
m
ən yenə şübhə etməkdə davam edirəm. Sizin dediyiniz o xalq 
el
ə  bir məngənə  içərisində, elə  bir qorxu içərisindədir ki, o 
ç
ətin ki, haqqı nahaqdan seçə bilə.  
–  El
ə  demə,  oğlum!  Xalqı  incitmək, qorxutmaq, ac 
saxlamaq mümkündür. Lakin xalq h
ər hansı bir şəraitdə haqqı 
axtarıb tapır. Dünyada xalqın ədalətliliyindən daha ədalətli olan 
bir qanun tapmaq mümkün deyil.  
Bu zaman hiss olunmadan iç
əri girən nəzarətçi Baykov 
qo
caya yanaşdı: 
– 
Ey,  qoca  qarğa,  sən hələ  çoxmu  qırıldayacaqsan?  – 
dedi. 
Qarayanız oğlan yəhudini müdafiə etmək məqsədilə: 
– 
Bağışlayın, vətəndaş nəzarətçi, – dedi, onu mən söhbətə 
tutmuşdum,  başa  düşmədiyim  şeyləri  aydınlaşdırmağı  xahiş 
edirdim.  
– K
əs səsini, çuçmek! Sənin qaralığına çox şey bilməkmi 
yaraşır? (Молчи, чучмек, много ли полагается тебе знатъ с 
твоей черной шкурой)? 
Qarayanız  gənc cavab əvəzinə  öz qüvvətli  yumruğunu 
n
əzarətçinin başına endirdi. Nəzarətçi vəhşiyanə bir səslə çığır-

207 

 


dı. Onun səsinə qonşu barakları yoxlayan nəzarətçilər tökülüb 
g
əldi. Barakdakılar  da  yerlərindən  qalxıb  gəldilər.  Böyük bir 
dalaşma başladı. Qaranlıq içərisində kimin kimi vurduğu bəlli 
deyildi. Lakin tezlikl
ə  müdafiə  batalyonundan  silahlı  əsgərlər 
tökülüb g
əldilər  və  şil-küt  edilmiş  nəzarətçiləri məhbusların 
əlindən alıb bayıra çıxartdılar. Dalaşma qurtarandan sonra hər 
k
əs öz yerinə çəkilib uzandı və pıçıltı ilə olsa da, dalaşmanın 
n
əticəsini və ona nə ola biləcəyini müzakirə etməyə başladılar.  
Hamı  nəzarətçinin  haqsız  olduğunu,  onun  məhbusları, 
xüsusil
ə qeyri-rusları təhqir etdiyini bilsə də, işin məhbusların 
xeyrin
ə qurtarmayacağını da bilirdi.  
S
əhər tezdən düşərgə müdafiə batalyonunun silahlı əsgər-
l
ərilə doldu. Onlar məhbusları bir-bir tüfəng qundağı ilə döyə-
döy
ə  baraklardan  çıxarıb  düşərgənin  aralığına  yığmağa  başla-
dılar.  
Y
əhudi kürəyinə dəyən zərbədən yıxıldı və bir daha aya-
ğa qalxmadı. Əsgər onun başına bir-iki tüfəng qundağı endirib 
ayağa qaldırmağa çalışdı.  
İlk anda biz çaşıb qaldıq. Birdən yəhudinin ölmüş oldu-
ğunu görüb dəli kimi əsgərin üstünə atıldıq. Əsgərlər başımızın 
üstünd
ən güllə atdılarsa da, bu sanki həyəcan siqnalı oldu. 
Bütün  düşərgə  bir-birinə  qarışdı.  Əli  silahlı  əsgərlər 
silahsız və zəif dustaqları amansızcasına döyməyə başladılar. 
Bu vaxta q
ədər davaya qarışmayan o biri baraklar da bizə 
köm
əyə gəldi. Bu dəfə biz əsgərləri və nəzarətçiləri döyürdük. 
El
ə  bu anda nəzarət  postlarından  pulemyot  atəşi  açıldı. 
Dörd t
ərəfdən bizi gülləyə tutdular. Cəmisi 2-3 dəqiqə ərzində 
sakitlik b
ərqərar oldu. 
Bu pulemyot at
əşinin nəticəsində 42 məhbus və 4 əsgər 
öldürülmüş, çoxları ağır və yüngül yaralanmışdı. 
İnsan!  Sən nə  qəribə  və  mürəkkəb bir vücudsan.  Sən 
h
əyat  üçün  doğulur,  həyat  üçün  yaşayır  və  həyat üçün də 

208 

 


ölürs
ən.  Lakin  vaxtsız  öləndə  adətən müəyyən bir məqsəd 
uğrunda ölürsən. 
Ey insanlar! 
Siz v
ətən uğrunda vuruşanları, quldurlara qarşı mübarizə 
aparanları və başqa qəhrəmanları əsrlər boyu yaddan çıxarmır, 
onlara n
əğmələr, dastanlar qoşur, abidələr qoyursunuz. 
Lakin, m
əhz siz insanların sədaqətli dostu olan, sizi ürək-
d
ən sevən, sizin xoşbəxtliyiniz üçün çalışan və bu yolda canını 
qoyan bu adsız qəhrəmanları yada salacaqsınızmı?  
Yazıçı Hüseyn Mikayılzadənin məktubları burada qurtar-
dısa  da,  Ayaz bu məktubların  arxasından  sanki  müəlliminin 
özünü görür, onunla söhb
ət edirdi. 
O, m
əktubun sonuncu sözlərini – “Bu adsız qəhrəmanları 
yada  salacaqsınızmı?”  sözlərini oxuduqdan sonra xəyalən 
böyük ustada müraci
ət edib: 
– B
əli, əziz müəllim, – deyirdi, yada salarıq. Sizin və yol-
daşlarınızın  son  dəqiqələrinə  qədər sədaqətli  olduğu  xalq 
Stalinin şəxsiyyətinə pərəstiş dövründə edilmiş qanunsuzluqları 
aşkara  çıxartdı  və  onun bütün zərərli nəticələrini aradan 
qaldırdı.  Sizin çoxunuz həlak oldusa da,  qalan  yoldaşlarınız 
yenid
ən həyata  qaytarıldı  və  indi bütün dünyada haqq,  ədalət 
v
ə sülh işi uğrunda əzmlə mübarizə aparırlar. Siz heç də adsız 
q
əhrəmanlar deyilsiniz.  Hamınızın  təmiz  adı  bərpa  edilmiş, 
adınızla çoxlu küçələr, parklar, klublar, məktəblər, teatrlar ad-
lan
dırılmış, haqqınızda çoxlu əsərlər yazılmışdır. 
Sizin son arzunuz da – m
əktublarınızın xalqa çatdırılması 
yerin
ə yetirilmişdir. 
M
ənə elə gəlir ki, Siz ölməmiş, bizimlə bir sırada addım-
layırsınız. Siz, xalqımızın mətin, mübariz, adsız qəhrəmanları! 

209 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə