Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«Allah elə bir tayfa gətirər ki, Allah onları, onlar da (Allahı) sevərlər»



Yüklə 0,52 Mb.
səhifə19/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   15   16   17   18   19   20   21   22   ...   43
İmam Əlinin fəzilətləri

«Allah elə bir tayfa gətirər ki, Allah onları, onlar da (Allahı) sevərlər».
Ayədəki «qövm» kəlməsinin ən parlaq nümunəsi Həzrət Əli (ə)-dır.
Allah-Təala başqa bir ayədə buyurur:

أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللَّهِ


«(Ey müşriklər!) Məgər siz hacılara su verməyi və Məscidül-həramı təmir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz?»6
Peyğəmbər (s) müşriklərin şiddətli təzyiqi altında idi. Müşriklər o Həzrəti öldürmək qərarına gəldikdə Cəbrail onların bu çirkin planını Peyğəmbərə (s) xəbər verdi. Peyğəmbər (s) gecə qaranlıq hər yeri bürüyəndən sonra Məkkədən çıxdı. Həmin gecə Həzrət Əli (ə) Peyğəmbərin yatağında yatıb öz canını Allah yolunda fəda etməyə hazır oldu. Çünki, müşriklər Peyğəmbəri (s) öz yatağında yatdığı yerdə öldürmək istəyirdilər.
Həmçinin «Həşr» surəsinin 9-cu ayəsi, «Əraf» surəsinin 44-cu və 48-ci ayəsi və «Saffat» surəsinin 24-cü ayəsi1 Həzrət Əli (ə)-ın haqqındadır. Qeyd etdiyim ayələri yuxarıdakı tərtiblə yazıram:

وَيُؤْثِرُونَ عَلَىٰ أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ


«Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar».2

فَأَذَّنَ مُؤَذِّنٌ بَيْنَهُمْ أَنْ لَعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ


«Elə bu zaman onların (hər iki dəstəsinin) arasında bir carçı (İsrafil və ya cənnətdəkilərdən biri): «Allah zalımlara lənət eləsin!» – deyə səslənəcək».3

وَنَادَىٰ أَصْحَابُ الْأَعْرَافِ رِجَالًا يَعْرِفُونَهُمْ بِسِيمَاهُمْ قَالُوا مَا أَغْنَىٰ عَنْكُمْ جَمْعُكُمْ وَمَا كُنْتُمْ تَسْتَكْبِرُونَ


«Əraf əhli üzlərindən tanıdıqları adamlara müraciət edib: «Sizə nə yığdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi», - deyəcək».4

وَقِفُوهُمْ ۖ إِنَّهُمْ مَسْئُولُونَ



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə