Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ



Yüklə 0,52 Mb.
səhifə15/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   11   12   13   14   15   16   17   18   ...   43
İmam Əlinin fəzilətləri

ON İKİNCİ FƏSİL


ƏMİRƏL-MÖMİNİN ƏLİ (Ə)-IN FƏZİLƏTLƏRİ HAQQINDA OLAN AYƏ VƏ HƏDİSLƏR

Qeyd etmək lazımdır ki, bu fəsildə 40 mətləb yazacağam. Bu 40 mətləbin birinci beş dənəsi Həzrət Əli (ə)-ın şənində nazil olmuş ayələr, ikinci beş dənəsi o Həzrətin imamətini sübut edən hadislər və qalan otuz mətləb Onun fəzilətləri haqqındadır.




HƏZRƏT ƏLİ (Ə)-IN HAQQINDA NAZİL OLMUŞ BEŞ AYƏ

Birinci ayə:


إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ


«Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər».1
Bu ayə Həzrət Əli (ə)-ın haqqında nazil olubdur və bu məsələni bütün müsəlmanlar, istər şiə, istər sünnilər təsdiq edirdilər. O Həzrət günorta namazının nafiləsini qıldığı halda öz üzüyünü (namaz qılanda barmağa vurulan əqiq üzüyü namazın savabını artırır) dilənçiyə ehsan etdi. Allah-Təala bu işi bəyənəndən sonra yuxarıda qeyd olunan ayəni öz əziz Peyğəmbərinə nazil etdi.
İkinci ayə «Təthir» ayəsidir. «Təthir» ayəsi Peyğəmbərin (s), Əli (ə)-ın, Fatimə (s.ə)-ın, İmam Həsən (ə) və İmam Hüseyn (ə)-ın barəsində Ümmü Sələmənin evində nazil olubdur.2
Əmirəl-möminin (ə) buyurdu ki, Rəsulullah (s) hər gün sübh çağı bizə gəlir və buyururdu:

الصلوة رحمكم الله «انما يريد الله ليذهب عنكم الرجس اهل البيت و يطهركم تطهيرا»


«Namaz vaxtıdır, Allahın rəhməti sizin üçün olsun! Siz ey Peyğəmbərin Əhli-beyti! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!»
Üçüncü ayə «İnsan» surəsinin «Həl əta» ayəsidir. Bu ayə Əmirəl-möminin (ə)-ın, Fatimə (s.ə)-ın, İmam Həsən (ə) və İmam Hüseyn (ə)-ın barəsində nazil olubdur.
Dördüncü «Mübahilə»1 ayəsidir. Bu ayədəki «Ənfüsəna» kəlməsindən məqsəd Həzrət Əli (ə)-dır. Burada Əli (ə)-ın Peyğəmbərin (s) müqəddəs nəfsi olduğu sübuta yetirilir. «Ənfüsəna» kəlməsi ilə məlum olur ki, Həzrət Əli (ə) bütün kamilliklər və fəzilətlərdə Peyğəmbər (s) ilə şərikdir, Peyğəmbərdə (s) olan bütün İlahi xüsusiyyətlərə malikdir. Həzrət Əli (ə)-ın Peyğəmbərdən (s) fərqli cəhəti yalnız peyğəmbərliyə çatmamasıdır.
Bir dəfə Məmun İmam Rza (ə)-a dedi ki, Həzrət Əli (ə)-ın haqqında olan ən böyük fəzilət hansıdır?
Həzrət buyurdu: «Mübahilə ayəsindəki fəzilət ən böyük fəzilətdir».
Şeyx Əzri bu fəzilətə aşağıdakı şeirlə işarə edir:

و هو فی آیة التباهل نفس المصطفى ليس غيره اياها


Şeirin məzmunu:

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə