Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«Mən, Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə)-dan başqa heç kəsin evindən bu məscidin içinə açılan qapıdan ged-gəl etməyə icazəsi yoxdur»



Yüklə 0,52 Mb.
səhifə23/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   19   20   21   22   23   24   25   26   ...   43
İmam Əlinin fəzilətləri

«Mən, Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə)-dan başqa heç kəsin evindən bu məscidin içinə açılan qapıdan ged-gəl etməyə icazəsi yoxdur».2
Səkkizinci fəzilət: Həzrət Əli (ə) peyğəmbərlərin xüsusiyyətlərinə malik idi. Hər kəs Adəmin (ə) elmini, Nuhun (ə) hikmətini, İbrahimin (ə) səxavət və helmini, Süleymanın (ə) gülər üzünü, Davudun (ə) zöhdünü və Yusifin (ə) cəmalını müşahidə etmək istəsəydi, Əmirəl-möminin Əli (ə)-baxardı. Çünki, Əli (ə) onların yadigarı idi.
Doqquzuncu fəzilət: Mələklər Həzrət Əli (ə)-ı çox istəyirdilər və o Həzrətin xidmətçisi olmaqla iftixar edirdilər. Mələklər Həzrət Əli (ə)-ı həddindən artıq istədikləri üçün Allah-Taala yeddinci asimanda Əli (ə)-ın simasında bir mələk xəlq etdi. Hər gün 70 min mələk onu ziyarət edir və ziyarətin savabını Həzrət Əli (ə)-ın aşiqləri üçün göndərirdilər.
Onuncu fəzilət: Həzrət Əli (ə) üçün dəsmal ilə bir vedrə «Kövsər» hovuzunun suyundan nazil oldu. O həmin su ilə yuyunandan sonra dəsmal ilə özünü quruladı.1
Başqa bir rəvayətdə nəql olunur ki, Həzrət Əli (ə)-am müharibələrin birində idi. Namaz vaxtı yetişdi. Əli (ə) dəstamaz almağa su tapa bilmədi. Cəbrayıl su və Mikayıl dəsmal gətirdi. Əli (ə) dəstəmaz alıb dəsmalla əl-üzünü sildi.2
On birinci fəzilət: Allah tərəfindən Peyğəmbər (s) və Həzrət Əli (ə) üçün çoxlu töhfələr, hədiyyələr nazil olubdur, o cümlədən nar, üzüm, heyva və s.
On ikinci fəzilət: Həzrət Əli (ə) Behişt və Cəhənnəmi bir-birindən ayırandır.
Həmçinin o Həzrət «Kövsər» hovuzunun saqi və su paylayanıdır. Dünya və axirətdə Peyğəmbərin (s) pərçəmdarıdır. Həzrət Əli (ə)-ı istəmək iman və Onu düşmən tutmaq kafirlikdir; Onun vilayəti (hökumətçiliyi) Allah və Peyğəmbərin (s) vilayətidir; Onunla ədavət saxlamaq Allah və Peyğəmbərlə (s) ədavət saxlamaqdır. Həzrət Əli (ə)-ın vilayətini hər kəs qəbul etsə İlahi əzabdan amanda qalacaq. Əgər bütün bəşəriyyətin qəlbində Həzrət Əli (ə)-ın məhəbbəti olsaydı, Allah-Taala Cəhənnəm odunu xəlq etməzdi. Od ağacı yandırdığı kimi Əli (ə)-ın məhəbbəti də günahları yandırır.
Həzrət Əli (ə)-ın misalı «Qul huvəllahu əhəd» misalı kimidir, yəni hər kəs bir dəfə «Qul huvəllahu əhəd»-i oxusa, elə bil ki, Quranın üçdə bir hissəsini oxuyubdur, hər kəs iki dəfə oxusa, elə bil ki, Quranın üçdə iki hissəsini oxuyubdur, hər kəs üç dəfə oxusa, elə bil ki, Quranın hamısını oxuyubdur. Eləcə də hər kəs Əli (ə)-ın məhəbbətini dili ilə iqrar etsə, imanının üçdə bir hissəsini ələ gətirmiş olar, hər kəs Əli (ə)-mı həm dildə, həm qəlbən istəsə imanın üçdə iki hissəsini qazanmış olar, hər kəs dildə və qəlbdə Həzrəti sevəndən sonra əməldə də Ona kömək etsə imanın hamısını ələ gətirmiş olar.1
Peyğəmbərin (s) səhabələri münafiq və iki üzlü insanların nişanəsini, Həzrət Əli (ə)-la düşmənçilik edənləri bilir. Əli (ə)-la düşmənçilik edənlər ya zinadan ya da heyz qanından əmələ gələnlər olubdular.
Peyğəmbər (s) Əli (ə)-a buyurub:

لا یُحِبُّکَ إِلّا مَن طابَت وِلادَتُه وَ لا یُبغِضُکَ إِلّا مَن خَبُثَت وِلادَتُه وَ لا یُوالِیکَ إِلّا مُؤمِنٌ وَ لا یُعادِیکَ إِلّا کافِرٌ


«Səni halalzadədən başqa heç kəs istəmir və səni zinadan əmələ gəlmiş adamdan başqa heç kəs özünə düşmən tutmur. Səni yalnız mömin adam istəyir və yalnız kafir adam səninlə düşmənçilik edir».2
Peyğəmbər (s) buyurubdur:

حُبُّ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ حَسَنَةٌ لَا تَضُرُّ مَعَهَا سَيِّئَةٌ وَ بُغْضُهُ سَيِّئَةٌ لَا تَنْفَعُ مَعَهَا حَسَنَةٌ 


«Əli ibn Əbu Talib (ə)-ı sevmək yaxşılıqdır, hər kəsin qəlbində onun məhəbbəti olsa, ona heç bir zərər çatmaz; onunla düşmənçilik etmək günahdır, hər kəs Əli (ə)-la düşmənçilik etsə, heç bir yaxşı iş ona fayda verməz».1
Həmçinin Peyğəmbər (s) buyurubdur:

شِیعَةُ عَليٍّ (ع) هُمُ الفائِزُونَ يَومَ القِيامَةِ



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə