Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«Əssəlamu əleykə ya Əmirəl-möminin»



Yüklə 0,52 Mb.
səhifə21/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   17   18   19   20   21   22   23   24   ...   43
İmam Əlinin fəzilətləri

«Əssəlamu əleykə ya Əmirəl-möminin».
Peyğəmbər (s) burda Əli (ə)-a «Əmirəl-möminin», yəni «möminlərin rəhbəri və imamı» ləqəbini verir. Bu ləqəb yalnız Əli (ə)-a məxsusdur və Allah tərəfindən seçilibdir.
Dördüncü hədis: Rəsulullah (s) buyurub:

عَلِی مَعَ الحَقِّ وَالحَقُّ مَعَ عَلِی، وَ الحَقُّ یدورُ حَیثُ ما دارَ عَلِىٌّ


«Əli (ə) haqq və haqq Əli (ə) ilədir. Hər yerdə Əli (ə) olsa, haqq da oradadır».
Beşinci hədis «Teyr» hədisidir. Bu hədis çoxlu sənədlərlə nəql olunubdur. Hədis bundan ibarətdir:
Bir dəfə Rəsulullah (s) üçün toyuq bişirib hədiyyə ünvanı ilə gətirdilər. Rəsulullah (s) buyurdu:

اللّهُمَّ ائتِنی بِأَحَبِّ خَلقِک إلَیک؛ یأکلُ مَعِیَ


«Ya Allah, öz xəlqinin ən yaxşısını mənim yanıma yetir və mənimlə birlikdə bu xörəyi yesin!»
Bu vaxt Həzrət Əli (ə) Peyğəmbərin (s) yanına gəldi və birlikdə yemək yedilər.


HƏZRƏT ƏLİ (Ə)-IN FƏZİLƏTLƏRİ VƏ KAMALLARI

Həzrət Əli (ə)-ın fəzilətləri saysız-hesabsızdır. Mən burada Həzrətin fəzilətlərinin az bir hissəsini yazıram.


Birinci fəzilət: Həzrət Əli (ə) Peyğəmbərin (s) çiyninə ayağını qoyub Kəbənin damına çıxdı və orada olan bütləri yerə ataraq sındırdı.1
İkinci fəzilət: Rəsulullah (s) həm yaşadığı dövürdə, həm də dünyadan gedəndən sonrakı dövürdə öz həyat yoldaşlarını Həzrət Əli (ə)-a tapşırdı.
Üçüncü fəzilət: Həzrət Əli (ə) hamıdan qabaq Peyğəmbərə (s) imam gətirdi.
Dördüncü fəzilət: Həzrət Əli (ə) Rəsulullahın (s) qardaşı idi. Əli (ə) hamıdan çox Peyğəmbərin (s) xüsusiyyətlərinə yiyələnmişdi. Peyğəmbər onu hamıdan çox istərdi. Rəsulullah (s) buyururdu: Əli (ə)-ın mənə olan nisbəti, başımın bədənimə olan nisbəti kimidir.
Əmirəl-möminin (ə) buyurub: Bir dəfə Həzrət Rəsulullahın (s) yanına germək istədim. Peyğəmbər (s) öz evində idi. Mən otaqa daxil olmaq üçün qapını döyərək, icazə istədim. Peyğəmbər (s) icazə verdi. Otağa daxil oldum. Peyğəmbər (s) buyurdu: Ya Əli, Mənim evim öz evindir. Bəs nə üçün icazə istəyirsən?
Dedim: - Ya Rəsulullah, icazə alandan sonra evə daxil olmaq istəyirəm.
Buyurdu: - Ya Əli (ə) Allah istəyəni sən də istəyirsən və özünü İlahi əxlaqlarla zinətləndiribsən.
Ya Əli (ə) sən mənim qardaşımsan. Allah-Taala səndən gizlin bir sirr mənə göndərməyibdir. Sən məndən sonra vəsimsən. Səni xalq içində məzlum edəcəklər.
Ya Əli (ə) səninlə olan mənimlə və səndən ayrı olan məndən də ayrıdır. Hər kəs desə «mən səni çox istəyirəm, lakin Əlini (ə) özümə düşmən bilirəm», yalan deyir. Çünki, Allah-Taala məni və səni bir nurdan yaradıbdır».

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə