Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ



Yüklə 0,52 Mb.
səhifə25/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   21   22   23   24   25   26   27   28   ...   43
İmam Əlinin fəzilətləri

On dördüncü fəzilət: Həzrət Əli (ə) xalqın ən böyük alimidir. O, Həmişə Rəsulullahın (ə) xidmətində idi və nübüvvətin elm xəzinəsindən bəhrələnirdi. Peyğəmbər (s) dünyadan gedən zaman elmin min qapısını Həzrət Əli (ə)-ın üzünə açdı, hər qapıdan da min qapı açıldı.3
Peyğəmbər (s) buyurubdur:

أَنَا مَدِينَةُ العِلمِ وَعَلِىٌّ بابُها


«Mən elmin şəhəri və Əli (ə) onun qapısıdır».
Çox vaxt İlahi hökümlər əshab üçün qaranlıq qalırdı. Onlar qarşıya çıxan məsələnin qarşısında aciz qaldıqları üçün Həzrət Əli (ə)-a müraciət edir və məsələnin hökmünü öyrənirdilər. Əshabların bəzisi səhf fətva verən zaman Həzrət Əli (ə) onları hidayət edirdi. Elə buna görə də Ömər dəfələrlə deyib:

لَو لا عَلِىٌّ لَهَلَكَ عُمَرُ


«Əgər Əli (ə) olmasaydı Ömər həlak olardı».
Ömər başqa bir yerdə deyibdir:

أَعُوذُ مِن مُعضَلَةٍ لَيسَ فِيها أَبُوالحَسَنِ


«Həzrət Əli (ə) olmayan yerdə qarşıya çıxan müşküldən Allaha pənah aparıram».
Məlumatı olanlar və alimlər üçün məlum olduğu kimi heç vaxt Həzrət Əli (ə) bir dənə hökümdə belə onlara müraciət etmədi.
İbn Əbil Hədid bütün elmin alimlərini Həzrət Əli (ə)-ın şagirdləri bilirdi.
Həzrət Əli (ə)-ın zehni fövqaladə güclü idi. O Peyğəmbərin (s) bütün dediklərini əzbər bilirdi.
Allah-Təala tərəfindən gələn bütün xəbərləri Rəsulallah Əli (ə)-a buyurdu. «Haqqəh» surəsinin 12-ci ayəsi Həzrət Əli (ə)-ın haqqında nazil oldu. Həmin ayə bundan ibarətdir:

وَتَعِیها اُذُنٌ واعِيةٌ


Ərəblər Həzrət Əli (ə)-ı «əql» adlandırırdılar. Həzrət Əli (ə) özü müxtəlif yerlərdə öz elminin çoxluğundan xəbər verdi. Necə ki, buyurub:

سَلُونِى قَبلَ أَن تَفقِدُونِى


«Ey camaat, nə qədər ki, mən sizin aranızdan gedməmişəm hər nə istəyirsiniz soruşun!»
Camaat həmişə çətin məsələləri Əli (ə)-dan soruşur və cavabını eşidirdilər.
Təəcüblüdür ki, hər kəs Həzrət Əli (ə)-dan sonra belə bir məqamı (bütan elmlərə sahib olmağı) iddia edibdirsə, zillət və xarlıq içində rüsvay olubdur. Necə ki, Nasir Abbasinin padşahlıq dövründə Müqatil ibn Süleyman, İbn Cəvzi və Vaizi Bağdadi bu maqamı iddia edərək rüsvay oldular.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə