Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


Ya Əli, sənin düşmənlərinin hamısı qiyamət günü üzüqara, məyus və susuz olacaqlar. Arasıkəsilmədən onları alovdan düzəlmiş taziyanələrlə vuracaqlar



Yüklə 0,52 Mb.
səhifə12/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   8   9   10   11   12   13   14   15   ...   43
İmam Əlinin fəzilətləri

Ya Əli, sənin düşmənlərinin hamısı qiyamət günü üzüqara, məyus və susuz olacaqlar. Arasıkəsilmədən onları alovdan düzəlmiş taziyanələrlə vuracaqlar.
Ya Əli, sənin müharibən mənim müharibəm və sənin sülhün mənim sülhümdür; sənin açıq sözün mənim açıq sözümdür və sənin sirrin mənim sirrimdir. Sən mənim elmimin qapısısan və sənin övladların mənim övladlarımdır. Sənin ətin mənim ətimdir, sənin qanın mənim qanımdır. Haqq səninlə və sənin dilində, qəlbindədir, sənin baxışındadır. İman mənim ətim və qanınla qarışdığı kimi sənin ətin və qanınla da qarışıbdır.
Allah-Taala mənə əmr etdi ki, sənin və ailənin Behiştə gedəcəyiniz üçün sənə gözaydınlığı verim. Sənin düşmənin isə cəhənnəmdə olacaq. Süşmənin mənim hovuzuma yaxınlaşmayacaq, dostun isə uzaqlaşmayacaq.
Əli (ə) buyurur: «Mən səcdə etdim, Allaha həmd-səna etdim. Çünki, Allah-Taala İslamı, Quranı mənə ehsan etdi və məni Peyğəmbərin (s) dostu qərar verdi».
Rəsulullahdan (s) rəvayət olunur: «Qiyamət günü dörd dənə şeydən soruşulmayınca heç kəs yerindən tərpənə bilməyəcək. Həmin dörd şey bunlardan ibarətdir: Birinci insanın ömrü haqqında soruşacaqlar. Deyəcəklər: - Ömrünü harda keçirtdin? İkinci soruşacaqlar: Cavanlığını harada keçirtdin? Üçüncü soruşacaqlar: Mal dövlətini necə kəsb etdin və nəyə xərclədin? Dördüncü Əhli-beytin məhəbbəti haqqında soruşacaqlar».


ONUNCU FƏSİL

Əmirəl-möminin Əli (ə) Rəsulullahdan (s) sonra xalq arasında ən zahid və sadə yaşayan şəxs idi. Heç kəs o Həzrət qədər zahid deyildi. Bütün zahidlər o Həzrətin qarşısında təvazö edirdilər. Həzrət Əli (ə) heç vaxt doyunca yemək yemədi. Onun yeməyi və paltarları hamının yemək və paltarından sadə idi. Paltarı köhnə və yeməyi arpa çörəyi idi. Onun nəleyni xurma ağacının sarğılarından düzəldilmişdi.


Həzrət Əli (ə) 5 il xəlifə oldu. Lakin bu müddət ərzində özü üçün mal-dövlət toplamadı, əksinə öz alın təri və əl zəhməti ilə qazanmış pul ilə 1000 nəfər qul alıb Allah yolunda azad etdi. O Həzrətin əməli, Behişt və Cəhənnəm ömrü boyu gözü qarşısında olan şəxsin əməli kimi idi. O, həmişə öz qazandığını xalq üçün xərcləyirdi. Özü isə arpa çörəyi yeyirdi.

و کان طعامه خبزا و زیتا و یؤثر باللحوم الطارقينا



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə