28
tərəfindən raport verilir. Raportda məktəbin Ģəriət müəllimi Axundov Molla Mirzə
Əli Əlimirzə oğlunun vəfatından danıĢılır. Bu sənəddə onun yerinə Mirzə Səidəli
Kazımbəyovun müəllim təyin olunduğu məlum olur. Mirzə Səidəli Kazımbəyovun
1864-cü ildən 8 aprel 1872-ci ilədək (8 il) Lənkəranda müəllimlik etdiyi aydınlaĢır.
Qeyd etməliyik ki, bu Ģəxsiyyətin müəllimlik fəaliyyətinin dəqiq
öyrənilməsi həm pedaqoji ictimaiyyətimiz, həm də tarixçilərimiz üçün çox
faydalıdır. ―XIX əsrin II yarısında Azərbaycan tarixĢünaslığı‖ kitabında onun
―Cəvahirnameyi – Lənkəran‖ əsəri barədə 10 səhifəyə qədər məlumat verilir.
Oradaca deyilir: ―Səidəlinin qələminə mənsub olan, TalıĢ ölkəsinin iqtisadi və
tarixi həyatından bəhs edən‖ ―Cəvahirnameyi – Lənkəran‖ öz həcminə görə çox
kiçik olsa da, mündəricəsi etibarilə olduqca qiymətli əsərdir‖. Əsərin müəllifi öz
adının Səidəli, atasının isə Kazım bəy olduğunu qeyd edir. Rus dilində olan
sənədlərdə bu Ģəxsin adı ―Мирзе Саид Али бек Казымбеков‖ kimi göstərilir.
Səidəli Kazımbəyovun müəllimlik fəaliyyəti, onun M. Ġ. Qasirin rəhbərlik
etdiyi ―Fövcül – füsəha‖ ədəbi məclisində iĢtirakı bu görkəmli Ģəxsiyyət haqqında
müəyyən fikir söyləməyə imkan verir.
S. Kazımbəyoğlu ―Cəvahirnameyi – Lənkəran‖ əsərində bir müəllim,
tərbiyəçi kimi danıĢır. Xalqa nəyi isə öyrətməyə çalıĢır. O yazır: ―Hər Ģəxs hansı
bir yerdə yaĢayırsa – yaĢasın, o öz bədəninin sağlamlığını yaĢadığı yerə
uyğunlaĢdırmalıdır. Əgər bunun əksini edərsə, xəstəliyə və dərdə səbəb olar. Əgər
ona xəstəlik üz verərsə, bu adamın yaĢadığı yerin pisliyindən deyil, əksinə, o
Ģəxsin cəhalətindən baĢ verir‖.
Müəllifin, yəni mövcud məktəbin ilk müəllimlərindən birinin elm aləminə
yenicə məlum olan bu əsərindəki tarix, coğrafiya, poeziya, etnoqrafiya, tibb və.s
haqqında fikirlərindən bu gün də istifadə etmək olar. Y. Mirzəzadə bildirir ki,
Səidəli bəy bu əsərini 1869-cü ildə yazmıĢdır.
Deməli S. Kazımbəyoğlu əsəri ölümündən 3 il əvvəl, həm də müəllimlik
etdiyi dövrdə tamamlamıĢdır.
3 noyabr 1876-cı ildən S. Kazımbəyoğlunu məktəbdə oğlu Mirzə Nəsrulla
Səidəli oğlu Kazımbəyov əvəz edir.
M. Ġ. QASĠR VƏ ONUN ƏDƏBĠ ĠRSĠ
XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən Mirzə
Ġsmayıl Qasir ictimai və pedaqoji fikrimizin inkiĢafı tarixində özünəməxsus
yerlərdən birini tutur. Onun lirik – aĢiqanə və dövrünün qüsurlarını, ictimai
fənalıqlarını əks etdirən tənqidi – realist Ģerləri maarifçi – realist poeziyanın yaxĢı
nümunələrindəndir. M. Ġ. Qasir S. Ə. ġirvaninin müasiri və yaxın dostu idi.
Təsadüfi
deyildir ki, S. Əzim Qasir haqqında bu misraları: