29
Sən mənim köhnə rəfiqimsən, əya Ġsmayıl,
Seyyidin canı
gərəkdir sənə qurban, Qasir-
deməklə ona öz hüsn – rəğbətini bildirmiĢdir.
Mirzə Ġsmayıl molla Səlim oğlu Axundov (―Qasir‖ təxəllüsü) 1805-ci ildə
ġamaxı qəzasının (indiki Ağdam rayonunun) Ləki kəndində ruhani ailəsində
anadan olmuĢdur. Qasirin babası molla Mülkümxan 1750 – 1760-cı illərdə Araz
çayı kənarındakı Ləki kəndinə köçmüĢ və həmiĢəlik burada sakin olmuĢdur. Qasir
sonralar fars dilində qələmə aldığı ―ġərhi – hal‖ında:
Səlim oğlu Ġsmayılam, Dövlətxanın nəsliyəm,
MənĢəimdir Gilanzəmin, ana yurdum isə ġirvan –
deməklə həmin məsələyə toxunmuĢ, əsl – nəcəbinə və haralı olmasına iĢarə
etmiĢdir.
Qasirin atası molla Səlim Cavad mahalında (indiki Sabirabad, Saatlı
rayonlarını əhatə edirdi) mədrəsə açaraq, 1812-ci ilədək müddərrəslik etmiĢdir. M.
Ġ. Qasirin nəvələrinin və böyük qızı MəĢədi Humranın vermiĢ olduğu məlumata
əsasən, molla Səlimin yeddi qızı, bir oğlu olmuĢdur. Qızlarından biri ġamaxıda.
Biri Əhərdə, ikisi Təbrizdə, biri də Xaldan yaxınlığındakı QuĢçu kəndində ərə
gedib sakin olmuĢlar. Qasir 7 yaĢında olarkən atası vəfat etmiĢdir. Atasının
ölümündən sonra 12 – 13 yaĢlarında Cənubi Azərbaycanın Əhər qəaəbəsində
yaĢayan bacısıgilə getmiĢ və təhsili davam etdirmiĢdir. 4 il burada oxuduqdan
sonra Təbrizə getmiĢ, ərəb və fars dillərini, Ģərq ədəbiyyatı və fəlsəfəsini
mənimsəmiĢdir. Qasirin ədəbi fəaliyyətə baĢlaması da bu dövrə təsadüf edir. Gənc
Ģair, eyni zamanda Ordubadda yaĢayan dayısı Hüseyn Sultanın təkidi ilə rus dilini
də öyrənmiĢ və rus ədəbiyyatı ilə tanıĢ olmuĢdur. Qasir Təbrizdə təhsil alarkən,
bəzi vaxtlarda Ordubada (dayısı H. Sultangilə), bəzən də Lənkəranın Sutəmurdov
kəndində yaĢayan ikinci dayısı molla Əliməmmədgilə gedərdi. O təhsilini baĢa
vurduqdan sonra ġamaxıda sakin olan anasının yanına gəlir. Bir müddət burada
qalır. 1840-cı ildə Qaradonlu (indiki ĠmiĢli rayonu) sərhəd idarəsində dilmanc
vəzifəsinə təyin olunur. Lənkərana, dayısı Əliməmmədgilə piyada gedərkən,
sərhəd boyunda Ġran Ģahı vəzirinin çadırına rast gəlir. Vəzirlə Ģahmat oynayır, onu
mat edir. Buna görə də vəzir ona səmənd rəngli bir at bağıĢlayır.
Bir neçə il burada iĢləyən Qasir, Həcər adlı bir qızla evlənir. Ancaq Ģair
daha çox ictimai xeyir verən iĢlə bədii – elmi yaradıcılıqla maraqlandığından rəsmi
dövlət qulluğu mənəvi cəhətdən onu təmin etmirdi. Odur ki, 50-ci illərdə o dövrün
qabaqcıl ziyalılarından olan maarifpərvər Mirzə Sadıq bəy Mehmandarov ġuĢadan
Lənkərana gedərkən (o, Lənkəran qəzasına məhkəmə katibi təyin edilmiĢdi)
Qaradonlu gömrükxanasında Qasirlə görüĢüb, onu Lənkərana dəvət edəndə Qasir
bu dəvəti sevinclə qarĢılayır və məktəbdarlıq etmək üçün oraya köçür. O, Sadıq
30
bəyin mülkündə ―Üsuli – cədid‖ məktəbi açır və bütün ömrünü xalqın
maariflənməsinə sərf edir. Yuxarıda qeyd etdiyimiz ―ġərhi - hal‖da o yazırdı:
Fars dilindən, Ģəriətdən, bir də Ģer – sənətdən
Dərs deyərdim, bülbül gülü səsləyərkən astadan.
Burda gözəl məktəb açdım, tez yığıldı baĢıma
Elmin əlli pərvanəsi - oxumağa can atan.
ġerdən aydın olur ki, onu məktəbində 50 nəfər Ģagird oxuyurmuĢ.
Yuxarıda dedim ki, 48 illik geoloq iĢimlə bağlı Azərbaycanı qarıĢ – qarıĢ
gəzmiĢəm, onun demək olar bütün kənd və qəsəbələrində olmuĢam. Haraya yolum
düĢübsə, göz – qulağım itikçi olub: bababım qohum - əqrabasını. Nəslini
axtarmıĢam. 1950-ci ildə Nərgiz adlı bir bacısına rast gəldim. Xaldan rayonunun
QuĢçu kəndində Sadıq adlı bir kiĢidə ərdə olmuĢdu. Behbud adında bir oğlu vardı.
Behbudun üç oğlundan ikisi 1941 – 1945 –ci il müharibəsində cəbhədə ölüb.
Üçüncü oğlu babasının (Sadıq) adını daĢıyır. O, Yevlax rayonunun Xaldan
qəsəbəsində yaĢayır.
Babamın ikinci babası Nabatın sorağını isə 1987-ci ilin yanvarında
gözlənilmədən respublika Mədəniyyət Nazirliyinin elmi – metodik mərkəzində
aldım. Orada 45 – 50 yaĢlı əməkdaĢlardan birinə yoldaĢları ―Qasir‖ deyə müraciət
edirdilər. Maraq üçün ona yanaĢıb adının tarixçəsini soruĢdum (axı xalqımızda bu
ad çox iĢlənmir). O dedi ki, ―Qasir‖ adı ona Nabat nənəsindən yadigardır. Nabatın
Mirzə Ġsmayıl adlı Ģair qardaĢı olub, təxəllüsü ―Qasir‖. Mənim adım ondandır. Bir
oğluda Ġsmayıldır (əmim).
Nəvə Qasir (Cəfərov) dedi ki, Nabat Gədəbəy rayonunda Fərzəli kəndində
yaĢayıb. Rüstəm adlı əri olub. Onların səkkiz övladı varmıĢ.
Beləliklə, Mirzə Ġsmayıl Qasir nəsli Azərbaycan xalqının canında və
ruhunda yaĢayır. Bu mənə qoca çağımda ən böyük təsəllidir. Xalqım yaĢayırsa,
demək, nəslim də yaĢayır. Nəslim yaĢayırsa, demək özüm də yaĢayıram, əziz
oxucular, sizinlə birlikdə,
nəslinizlə birlikdə, elinizlə birlikdə!
M. Ġ. Qasirin tələbələrindən bir qrup:
Axundov Mirzə Səlim TalıĢinski Ġskəndər xan
Axundov Mirzə Səbi Axundov Mirzə ġirəli
Qurbanov Mirzə Ələkbər Babayev BəĢir
Qasımov Mirzə Cəlal Qasımov Mirzə Muxtar
Kazımov MəĢədi Əhməd Kələntərli Heybət
Mövsümzadə Mirzə Ġsa
Kələntərli Xudaverdi
General Mehmandarov Səmədbəy
Nurullayev Musabəy