34
M. Ġ. Qasir Lənkəranın gəncləri və yaĢlıları arasında kitabı və mütaliəni
geniĢ təbliğ etmiĢdir. Bir dəfə o oxumaq üçün ondan bir kitab istəyən Mirzə Qəni
adlı birisinə yazır: (farscadan sətri tərcümədi):
Ey dost, əgər oxumaq üçün əlinə kitab düĢərsə,
Bil ki, həqiqətən kitab arzu edənlərə lazımdır.
Bu hadisəni mən də dönə - dönə imtahan etmiĢəm.
Kitab həmiĢə könül qönçəsini gül kimi açandır.
O, aĢiqlərin fikir dünyasını gözəllər məskəninə çevirər,
Ġnsan qəlbi gülüstansa, onun bəzəyi kitabdır.
Ruhani və cəhalətpərəstlər Qasir kimi müəllimlərlə, getdikcə geniĢlənməkdə
olan yenilikçilər cəbhəsini ayrı – ayrı üzvləri ilə barıĢmır, yuxarıda dediyim ki,
onları ləkələməyə çalıĢırdı. Onlar Qasiri və dostlarını ―babi‖ (babi məzhəbinə
mənsub adam, məcazi mənada ―dinsiz‖) adlandırıd, onlarla salamlaĢarkən əllərini
ətəklərinə bürüyüb, o vaxtın adətinə görə ―müsafihə‖ edirmiĢlər. Məhz bu səbəblər
Qasiri həcv və ya satirik Ģerlər yazmağa məcbur edir. Qasir ―KiĢilər‖ rədifli Ģerində
―cəhalətpərəstləri‖ kinayə ilə ―məzhəbi pak‖, ―sahibi - iman‖, ―yalançı müsəlman‖
adlandırır. O, nadanların əlindən təngə gəldiyini bildirir:
EĢidin bu sözü, ey sahibi – iman kiĢilər
Məzhəbi pak, özü pak, ey müsəlman kiĢilər.
Lənkəranda görəsən mən kimə naxoĢ demiĢəm,
Ya kimin kasəsinə, kisəsinə boĢ demiĢəm?
Ya kimin atına durĢ, əĢĢəyinə hoĢ demiĢəm.
Ya ki mən hansı görək adama sərxoĢ demiĢəm?
Ta ki, məndən ola bir kimsəyə üsyan, kiĢilər.
Mənə ―babi‖ deyən heç etməyib əndiĢəsini,
Ġstəyibdir mənə isbat edə öz peĢəsini.
Bir baxın anlamaza, daĢa çalıb riĢəsini,
Yazaram mən ona bu növ ilə dastan, kiĢilər.
M. Ġ. Qasir mövhumat və cəhalətin tənqidi, maarifçilik ideyasının təbliği ilə
kifayətlənmir. Akad. F. Qasımzadə ―XIX əsr Azərbaycan ədəbiyyatı tarixi‖
kitabında yazır: ―M. Ġ. Qasir ―Əskinaz‖ Ģerində pulun insanlarda xəsislik, yaltaqlıq,
yalançılıq kimi alçaq sifətlər doğurduğunu, yaxın dostu, qohum – qardaĢı bir –
birinə düĢmən etdiyini, ümumiyyətlə pulun sinifli cəmiyyətdə oynadığı mənfi rolu
göstərir. Eyni ideyanı Ģair ―Qara pul‖, ―Yarəb nə Ģüurdur ki, tutubdur cahanı pul‖,
―Yaran, tutub afaqı hamı qəm bahalıqdan‖ Ģerlərində də təkrar edir‖.
M. Ġ. Qasir qeyrətli bir müsəlman kimi qadın hüquqsuzluğuna qarĢı çıxır.
Az yaĢlı qızları məktəbə göndərməkdənsə, pula satan tamahkar və qeyrətsiz ataları
35
satira atəĢinə tutur. Maraqlı burasıdır ki, Qasir belə əməllərin məhz ―hacı
filanlardan‖ baĢ verdiyini söyləyir.
Hacı filani öz qızını Ģəhərə verdi.
Yəni ki, bizim türki dilican, ərə verdi.
YaxĢı – yamanın eyləməyib heç təfəhhüs,
Əlhəqq, o biçarəni simu zərə verdi.
Öz nökərinə versə idi, kər bu ayağdan.
Heç kimsə deməzdi ki, qızı nökərə verdi
Söylər tanıyanlar hamı: ―Əfsus o qızdan‖,
Ahu pərini bir yekə nərrəxərə verdi.
Söylüyüblər ―qızı ver itə, iti aldat‖,
Bu, səhv eləyib, qoydu iti, əntərə verdi.
Lənkəranda bir ictimaiyyətçi və müəllim – Ģair kimi məĢhur olan M. Ġ.
Qasir qocalığına görə bir müddət məktəbdən uzaqlaĢır, Bakıya köçür. Burada
Bakının müəllim və Ģairləri ilə, ―MəcməüĢ – Ģüəra‖ üzvləri ilə əlaqə saxlayır.
Lakin S. Ə. ġirvaninin zarafatla yazdığı mənzum məktubundan sonra o, fikrini
dəyiĢir. S. Əzim yazır:
Sən gərəkdir açasan məktəbi – tədris – bəlis,
Olasan Ģamu səhər vəsvəsəguyan, Qasir.
Seyid Əzim köhnəpərəstlərin dilindən məzəli Ģəkildə deyir ki, Qasir gərək
―Ģeytanlara məxsus‖ məktəbdən əl çəkməyəydi, ―gecə - gündüz tərəddüdlər və
Ģübhələrdən‖ danıĢaydı. ġamaxıda Seyid Əzim də köhnəpərəstlərin təqibinə məruz
qalmıĢ, lakin o, fikrindən dönməmiĢ, dözümsüzlüyü ucundan Qasirin məktəbdən
uzaqlaĢmasına təəssüfləndiyini bildirmiĢdi. Qasir yenidən Lənkərana gəlib
müəllimlik fəaliyyətini davam etdirmiĢdir.
Lənkəran məktəbində getdikcə çətinləĢən yeknəsəq həyat tərzi, qocalıq bu
zəhmətkeĢ insanı əldən salır. O bir sıra Ģerlərində zəmanəsindən, məiĢətdəki
çətinliklərdən ürək ağrısı ilə söhbət açır.
Qasir ömrünün sonlarında müəllimlik sənətilə məĢhur ola bilmədiyinə,
əlinin incəlik və təravətdən, xəttinin isə adət etdiyi gözəllikdən məhrum olduğuna
təəssüf edir:
Heyf, əlim düĢdü təravətindən,
Xəttim o xoĢ təriqi – adətindən.