31
Kazımov MəĢədi Rza Ġsazadə Ġbrahimxəlil
Nurullayev Nüsrət bəy TalıĢinski Ağa xan
TalıĢinski Qasım xan TalıĢinski
Əkbər xan
TalıĢinski Mövsüm xan TalıĢinski Xanoğlan bəy və i.a.
Nəsirbəyov Nurəli bəy
Bu Ģagirdlərdən çoxu sonralar Azərbaycanın ictimai – siyasi və mədəni
həyatında fəal iĢtirak edən qabaqcıl ziyalılar oldular. Onlardan Xudaverdi
Kələntərli (kimya elmləri doktoru, prof.), Əkbərxan TalıĢinski (rus dili və
ədəbiyyat müəllimi), Mirzə Muxtar Qasımov (Azərb. Politexnik Ġnst. Dos.), doktor
Ələkbər Qurbanov, general Səməd bəy Mehmandarov və qardaĢlarını göstərmək
olar. Qasir pedaqoji fəaliyyəti ilə əlaqədar olaraq, nəzmlə farsca – azərbaycanca
lüğət və fars dilinin qrammatikasına dair ―Qanuni – Mirzə Ġsmayıl Qasir‖ dərsliyini
(1894) yazır. O, Lənkərana köçdükdən 2 – 3 il sonra arvadı Həcər vəfat edir. Ġkinci
dəfə Sutəmurdov kəndində yaĢayan dayısı molla Əliməmmədin qızı Bibixanımla
evlənir.
Qasir müəllimliklə yanaĢı, bədii yaradıcılığını da davam etdirirdi.
Məlumdur ki, XIX əsrin II yarısında Azərbaycanın bir sıra Ģəhərlərində ədəbi
məclislər təĢkil edilmiĢdir. Qarabağda ―Məclisi - üns‖, ―Məclisi – fəramuĢan‖,
ġamaxıda ―Beytus –səfa‖, Bakıda ―MəcməüĢ – Ģüəra‖, Ordubadda ―Əncümani –
Ģüəra‖ olduğu kimi, bu dövrdə fəaliyyət göstərən ədəbi məclislərdən biri də
Lənkəranda ―Fövcül – füsəha‖ adlanırdı. Məclisin ilhamvericisi və baĢçısı Qasir
idi. Bu məclisin məĢğələləri əsasən usta Hüseynqulu ġurinin və açıq fikirli müəllim
Möhsünün evində keçirilmiĢdir. Məclis cümə günlərində toplanırmıĢ.
―Fövcül – füsəha‖ məclisi demək olar ki, Mirzə Ġsmayılın vəfatına kimi
(1900) fəaliyyət göstərmiĢdir. Məclisin 40-a qədər iĢtirakçısı olmuĢdur. Əsas
üzvləri aĢağıdakılar idi: Mirzə Ġsmayıl Qasir, M. Ġsa Xiyali, Molla Fəttah Səhban,
molla Əli Əkbər, Aciz, Hüseynqulu ġuri və qeyriləri.
Mirzə Nəsrullanın müəllimliyi və həkim kimi tanınması haqqında
Ģəhərimizin yaĢlı sakinlərindən çox eĢitmiĢik. Ç Ġldırım adına Azərb. Politexnik
Ġnstitutunun dosenti, mərhum Mirzə Muxtar Qasımov deyirdi ki, ilk təhsil illərində
Lənkəranda o, Mirzə Nəsrulla və sonralar rus ordusunun generalı rütbəsinədək
yüksəlmiĢ Səməd bəy Mehmandarov və onun qardaĢları Səidəli bəyin və M. Ġ.
Qasirin dərs dediyi məktəbdə oxumuĢ və onların ləyaqətli Ģagirdləri olmuĢlar. Bu
söhbəti sənədlər də təsdiq edir. Sənədlərdən aydın olur ki, 1880-ci ildə Lənkəran
Ģəhər ibtidai məktəbində 76 Ģagird təhsil alırmıĢ. Bu vaxt məktəbin müdiri F. V .
Yeqorov imiĢ. Məktəbdə Mirzə Nəsrulla Kazımbəyov 1872-ci ildən, bir
müəllimkimi, fəaliyyət göstərmiĢdir.
1900-cu ildə Teymur bəy Bayraməlibəyov bu məktəbdə direktor müavini
iĢləmiĢdir. Həmin ildə Mirzə Ġsmayıl (Qasir) Axundov məktəbin Ģəriət müəllimi
olmuĢdur.