Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

29 
 
Sən mənim köhnə rəfiqimsən, əya Ġsmayıl, 
Seyyidin canı gərəkdir sənə qurban, Qasir- 
deməklə ona öz hüsn – rəğbətini bildirmiĢdir. 
Mirzə  Ġsmayıl  molla  Səlim  oğlu  Axundov  (―Qasir‖  təxəllüsü)  1805-ci  ildə 
ġamaxı  qəzasının  (indiki  Ağdam  rayonunun)  Ləki  kəndində  ruhani  ailəsində 
anadan  olmuĢdur.  Qasirin  babası  molla  Mülkümxan  1750  –  1760-cı  illərdə  Araz 
çayı kənarındakı Ləki kəndinə köçmüĢ və həmiĢəlik burada sakin olmuĢdur. Qasir 
sonralar fars dilində qələmə aldığı ―ġərhi – hal‖ında: 
 
                           Səlim oğlu Ġsmayılam, Dövlətxanın nəsliyəm, 
MənĢəimdir Gilanzəmin, ana yurdum isə ġirvan – 
 
deməklə  həmin  məsələyə  toxunmuĢ,  əsl  –  nəcəbinə  və  haralı  olmasına  iĢarə 
etmiĢdir. 
Qasirin  atası  molla  Səlim  Cavad  mahalında  (indiki  Sabirabad,  Saatlı 
rayonlarını əhatə edirdi) mədrəsə açaraq, 1812-ci ilədək müddərrəslik etmiĢdir. M. 
Ġ.  Qasirin  nəvələrinin  və  böyük  qızı  MəĢədi  Humranın  vermiĢ  olduğu  məlumata 
əsasən,  molla  Səlimin  yeddi  qızı,  bir  oğlu  olmuĢdur.  Qızlarından  biri  ġamaxıda. 
Biri  Əhərdə,  ikisi  Təbrizdə,  biri  də  Xaldan  yaxınlığındakı  QuĢçu  kəndində  ərə 
gedib  sakin  olmuĢlar.  Qasir  7  yaĢında  olarkən  atası  vəfat  etmiĢdir.  Atasının 
ölümündən  sonra  12  –  13  yaĢlarında  Cənubi  Azərbaycanın  Əhər  qəaəbəsində 
yaĢayan  bacısıgilə  getmiĢ  və  təhsili  davam  etdirmiĢdir.  4  il  burada  oxuduqdan 
sonra  Təbrizə  getmiĢ,  ərəb  və  fars  dillərini,  Ģərq  ədəbiyyatı  və  fəlsəfəsini 
mənimsəmiĢdir. Qasirin ədəbi fəaliyyətə baĢlaması da bu dövrə təsadüf edir. Gənc 
Ģair, eyni zamanda Ordubadda yaĢayan dayısı Hüseyn Sultanın təkidi ilə rus dilini 
də  öyrənmiĢ  və  rus  ədəbiyyatı  ilə  tanıĢ  olmuĢdur.  Qasir  Təbrizdə  təhsil  alarkən, 
bəzi vaxtlarda Ordubada (dayısı H. Sultangilə), bəzən də Lənkəranın Sutəmurdov 
kəndində  yaĢayan  ikinci  dayısı  molla  Əliməmmədgilə  gedərdi.  O  təhsilini  baĢa 
vurduqdan  sonra  ġamaxıda  sakin  olan  anasının  yanına  gəlir.  Bir  müddət  burada 
qalır.  1840-cı  ildə  Qaradonlu  (indiki  ĠmiĢli  rayonu)  sərhəd  idarəsində  dilmanc 
vəzifəsinə  təyin  olunur.  Lənkərana,  dayısı  Əliməmmədgilə  piyada  gedərkən, 
sərhəd boyunda Ġran Ģahı vəzirinin çadırına rast gəlir. Vəzirlə Ģahmat oynayır, onu 
mat edir. Buna görə də vəzir ona səmənd rəngli bir at bağıĢlayır.  
Bir  neçə  il  burada  iĢləyən  Qasir,  Həcər  adlı  bir  qızla  evlənir.  Ancaq  Ģair 
daha çox ictimai xeyir verən iĢlə bədii – elmi yaradıcılıqla maraqlandığından rəsmi 
dövlət qulluğu mənəvi cəhətdən onu təmin etmirdi. Odur ki, 50-ci illərdə o dövrün 
qabaqcıl ziyalılarından olan maarifpərvər Mirzə Sadıq bəy Mehmandarov ġuĢadan 
Lənkərana  gedərkən  (o,  Lənkəran  qəzasına  məhkəmə  katibi  təyin  edilmiĢdi) 
Qaradonlu gömrükxanasında Qasirlə görüĢüb, onu Lənkərana  dəvət edəndə Qasir 
bu  dəvəti  sevinclə  qarĢılayır  və  məktəbdarlıq  etmək  üçün  oraya  köçür.  O,  Sadıq 


30 
 
bəyin  mülkündə  ―Üsuli  –  cədid‖    məktəbi  açır  və  bütün  ömrünü  xalqın 
maariflənməsinə sərf edir. Yuxarıda qeyd etdiyimiz ―ġərhi - hal‖da o yazırdı:  
 
Fars dilindən, Ģəriətdən, bir də Ģer – sənətdən 
      Dərs deyərdim, bülbül gülü səsləyərkən astadan. 
 Burda gözəl məktəb açdım, tez yığıldı baĢıma 
                              Elmin əlli pərvanəsi  - oxumağa can atan. 
 
ġerdən aydın olur ki, onu məktəbində 50 nəfər Ģagird oxuyurmuĢ. 
Yuxarıda  dedim  ki,  48  illik  geoloq  iĢimlə  bağlı  Azərbaycanı  qarıĢ  –  qarıĢ 
gəzmiĢəm, onun demək olar bütün kənd və qəsəbələrində olmuĢam. Haraya yolum 
düĢübsə,  göz  –  qulağım  itikçi  olub:  bababım  qohum  -  əqrabasını.  Nəslini 
axtarmıĢam.  1950-ci  ildə  Nərgiz  adlı  bir  bacısına  rast  gəldim.  Xaldan  rayonunun 
QuĢçu kəndində Sadıq adlı bir kiĢidə ərdə olmuĢdu. Behbud adında bir oğlu vardı. 
Behbudun  üç  oğlundan  ikisi  1941  –  1945  –ci  il  müharibəsində  cəbhədə  ölüb. 
Üçüncü  oğlu  babasının  (Sadıq)  adını  daĢıyır.  O,  Yevlax  rayonunun  Xaldan 
qəsəbəsində yaĢayır. 
Babamın  ikinci  babası  Nabatın  sorağını  isə  1987-ci  ilin  yanvarında 
gözlənilmədən  respublika  Mədəniyyət  Nazirliyinin  elmi  –  metodik  mərkəzində 
aldım. Orada 45 – 50 yaĢlı əməkdaĢlardan birinə yoldaĢları ―Qasir‖ deyə müraciət 
edirdilər. Maraq üçün ona yanaĢıb adının tarixçəsini soruĢdum (axı xalqımızda bu 
ad çox iĢlənmir). O dedi ki, ―Qasir‖ adı ona Nabat nənəsindən yadigardır. Nabatın 
Mirzə Ġsmayıl adlı Ģair qardaĢı olub, təxəllüsü ―Qasir‖. Mənim adım ondandır. Bir 
oğluda Ġsmayıldır (əmim). 
Nəvə  Qasir  (Cəfərov)  dedi  ki,  Nabat  Gədəbəy  rayonunda  Fərzəli  kəndində 
yaĢayıb. Rüstəm adlı əri olub. Onların səkkiz övladı varmıĢ.  
Beləliklə,  Mirzə  Ġsmayıl  Qasir  nəsli  Azərbaycan  xalqının  canında  və 
ruhunda  yaĢayır.  Bu  mənə  qoca  çağımda  ən  böyük  təsəllidir.  Xalqım  yaĢayırsa, 
demək,  nəslim  də  yaĢayır.  Nəslim  yaĢayırsa,  demək  özüm  də  yaĢayıram,  əziz 
oxucular, sizinlə birlikdə, nəslinizlə birlikdə, elinizlə birlikdə! 
 
 
M. Ġ. Qasirin tələbələrindən bir qrup: 
 
Axundov Mirzə Səlim                               TalıĢinski Ġskəndər xan 
Axundov Mirzə Səbi                                 Axundov Mirzə ġirəli  
Qurbanov Mirzə Ələkbər                          Babayev BəĢir  
Qasımov Mirzə Cəlal                                Qasımov Mirzə Muxtar 
Kazımov MəĢədi Əhməd                           Kələntərli Heybət 
Mövsümzadə Mirzə Ġsa                             Kələntərli Xudaverdi 
General Mehmandarov Səmədbəy            Nurullayev Musabəy 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə