Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

31 
 
Kazımov MəĢədi Rza                                Ġsazadə Ġbrahimxəlil 
Nurullayev Nüsrət bəy                              TalıĢinski Ağa xan  
TalıĢinski Qasım xan                                TalıĢinski Əkbər xan 
TalıĢinski Mövsüm xan                             TalıĢinski Xanoğlan bəy və i.a. 
Nəsirbəyov Nurəli bəy 
 
Bu  Ģagirdlərdən  çoxu  sonralar  Azərbaycanın  ictimai  –  siyasi  və  mədəni 
həyatında  fəal  iĢtirak  edən  qabaqcıl  ziyalılar  oldular.  Onlardan  Xudaverdi 
Kələntərli  (kimya  elmləri  doktoru,  prof.),  Əkbərxan  TalıĢinski  (rus  dili  və 
ədəbiyyat müəllimi), Mirzə Muxtar Qasımov (Azərb. Politexnik Ġnst. Dos.), doktor 
Ələkbər  Qurbanov,  general  Səməd  bəy  Mehmandarov  və  qardaĢlarını  göstərmək 
olar.  Qasir  pedaqoji  fəaliyyəti  ilə  əlaqədar  olaraq,  nəzmlə  farsca  –  azərbaycanca 
lüğət və fars dilinin qrammatikasına dair ―Qanuni – Mirzə Ġsmayıl Qasir‖ dərsliyini 
(1894) yazır. O, Lənkərana köçdükdən 2 – 3 il sonra arvadı Həcər vəfat edir. Ġkinci 
dəfə  Sutəmurdov  kəndində  yaĢayan  dayısı  molla  Əliməmmədin  qızı  Bibixanımla 
evlənir. 
Qasir  müəllimliklə  yanaĢı,  bədii  yaradıcılığını  da  davam  etdirirdi. 
Məlumdur  ki,  XIX  əsrin  II  yarısında  Azərbaycanın  bir  sıra  Ģəhərlərində  ədəbi 
məclislər  təĢkil  edilmiĢdir.  Qarabağda  ―Məclisi  -  üns‖,  ―Məclisi  –  fəramuĢan‖, 
ġamaxıda  ―Beytus  –səfa‖,  Bakıda  ―MəcməüĢ  –  Ģüəra‖,  Ordubadda  ―Əncümani  – 
Ģüəra‖  olduğu  kimi,    bu  dövrdə  fəaliyyət  göstərən  ədəbi  məclislərdən  biri  də 
Lənkəranda  ―Fövcül  –  füsəha‖  adlanırdı.  Məclisin  ilhamvericisi  və  baĢçısı  Qasir 
idi. Bu məclisin məĢğələləri əsasən usta Hüseynqulu ġurinin və açıq fikirli müəllim 
Möhsünün evində keçirilmiĢdir. Məclis cümə günlərində toplanırmıĢ. 
―Fövcül  –  füsəha‖  məclisi  demək  olar  ki,  Mirzə  Ġsmayılın  vəfatına  kimi 
(1900)  fəaliyyət  göstərmiĢdir.  Məclisin  40-a  qədər  iĢtirakçısı  olmuĢdur.  Əsas 
üzvləri aĢağıdakılar idi: Mirzə Ġsmayıl Qasir, M. Ġsa Xiyali, Molla Fəttah Səhban, 
molla Əli Əkbər, Aciz, Hüseynqulu ġuri və qeyriləri. 
 Mirzə  Nəsrullanın  müəllimliyi  və  həkim  kimi  tanınması  haqqında 
Ģəhərimizin  yaĢlı  sakinlərindən  çox  eĢitmiĢik.  Ç  Ġldırım  adına  Azərb.  Politexnik 
Ġnstitutunun dosenti, mərhum Mirzə Muxtar Qasımov deyirdi ki, ilk təhsil illərində 
Lənkəranda  o,  Mirzə  Nəsrulla  və  sonralar  rus  ordusunun  generalı  rütbəsinədək 
yüksəlmiĢ  Səməd  bəy  Mehmandarov  və  onun  qardaĢları  Səidəli  bəyin  və  M.  Ġ. 
Qasirin dərs dediyi  məktəbdə oxumuĢ  və onların ləyaqətli  Ģagirdləri olmuĢlar. Bu 
söhbəti sənədlər də  təsdiq edir. Sənədlərdən aydın olur  ki,  1880-ci  ildə  Lənkəran 
Ģəhər ibtidai məktəbində 76 Ģagird təhsil alırmıĢ. Bu vaxt məktəbin müdiri F. V . 
Yeqorov  imiĢ.  Məktəbdə  Mirzə  Nəsrulla  Kazımbəyov  1872-ci  ildən,  bir 
müəllimkimi, fəaliyyət göstərmiĢdir. 
1900-cu  ildə  Teymur  bəy  Bayraməlibəyov  bu  məktəbdə  direktor  müavini 
iĢləmiĢdir.  Həmin  ildə  Mirzə  Ġsmayıl  (Qasir)  Axundov  məktəbin  Ģəriət  müəllimi 
olmuĢdur. 


32 
 
Məktəbin  təlim  –  tərbiyə  səviyyəsi  ildən  –  ilə  yüksəldiyi  kimi  onun 
Ģagirdlərinin də sayı getdikcə artmıĢdır.  
Səidəli  müəllimlə  M.  Ġ.  Qasir  arasında  bir  dostluq  əlaqəsi  var  imiĢ.  (S. 
Kazımbəyoğlunun  nəvə  -  nəticələrində  gördüyüm  müxtəlif  kitablarda  Qasirin  əli 
yazılmıĢ  qeydlər  bu  fikri  təsdiq  edir).  Onların  hər  ikisi  Lənkəranın  hörmətli  və 
tanınmıĢ  ziyalısı  (mirzəsi)  olmuĢlar.  Lənkəran  məktəbi  həmin  illərdə  ikisinifli 
Ģəhər tipli məktəb idi.  
S. Mehmandarovun M. Ġ. Qasiri Lənkərana dəvət etməsi və Qasirin burada 
müəllimliyə baĢlamasının tarixi haqqında müxtəlif məlumatlar var. Məsələn, prof. 
A. Abdullayev bu tarixi 1882-ci il, baĢqa bir mənbə isə 1887-ci il kimi təqdim edir. 
Bizcə,  hər  iki  məlumat  səhvdir.  M.  Ġ.  Qasir  Lənkərana  gəlməsi  və  müəllimliyə 
baĢlamasını  farsca  yazdığı  bir  Ģerində  özü  xəbər  verir.  O  deyir  ki,  Lənkəranda 
müəllimliyə ―defad‖ tarixində baĢlamıĢdır. ―Əbcəd hesabı‖nda həmin tarixin hicri 
1289-cu, miladi 1872-ci ilə bərabər olduğu məlum olur.  
Bu  hadisədən  9  il  sonra,  1881-ci  ildə  Qori  müəllimlər  seminariyasının 
Azərbaycan  Ģöbəsini  3  nəfər  bitirir.  Bunlardan  biri  Teymur  bəy  Bayraməlibəyov 
olur. O, Lənkəran ibtidai məktəbində rus rus dili dərslərini aparır. Lənkəran ibtidai 
məktəbi getdikcə nüfüz qazanmıĢ, tədricən geniĢlənmiĢdi. O, XIX əsrin sonlarında 
5-sinifli Ģəhər məktəbinə çevrilmiĢdir.  
Son  vaxtlara  qədər  Lənkəranda,  Bakıda  və  baĢqa  Ģəhərlərdə  çalıĢan  yaĢlı 
ziyalılarımızın bir qismi vaxtilə M. Ġ. Qasirin və T. Bayraməlibəyovun dərs dediyi 
məktəbdə  təhsil  almıĢ  adamlar  idi.  Bu  məktəbdə  ilahiyyatla  birlikdə  rus  dili,  fars 
dili, təbiət, bir sözlə, dünyəvi elmlər tədris olunmuĢdur.  
 
M.Ġ.  Qasir  ömrünün  sonuna  qədər  məktəbdə  dil  və  ədəbiyyatdan, 
xəttatlıqdan dərs demiĢdir. O, hər iĢdə olduğu kimi, tədris üsullarında da yenilikçi 
olmuĢ,  tərtib  etdiyi  dərsliklərdə  iĢə  yaradıcı  kimi  yanaĢıb,  hər  çətinliyə  dair 
islahatlar  aparmıĢdır.  Mətnlərdə  təsadüf  edilən  ərəb  və  fars  sözlərinin  asanlıqla 
yadda  qalması  üçün  lüğətləri  Ģerlə  yazmıĢdır.  Bu  lüğətlərdən  biri  Respublika 
Əlyazmaları  fondunda  mühafizə  olunur.  Lüğət  bədən  üzvləri,  say,  geyim  və  s. 
adları əhatə edir:  
 
BaĢ – sər, tük – müy, birçək – zülf, saç – geysu bovəd, 
                       Həm qulaq – quĢ əst, alın – piĢani, qaĢ - əbru bedan. 
   ġeĢm – göz, mərdom – bəbək, mujan – kiprik həmçinin. 
                       Ruy – üz, bini – burun, baĢəd də eylər həmçinin 
                       RiĢ saqqal, bığ – sebil, degər zənəx baĢed – cünə, 
Ləb – dodaq, dəndan – diĢ, ağız – dəhanu, dil – zəban. 
 
M. Ġ. Qasir  bədən tərbiyəsi ilə  müntəzəm  məĢğul olur  və  Ģahmat oyununu 
mükəmməl  bilirmiĢ.  ġahmat  tarixçisi  ġəhriyar  Quliyev  XƏX  əsrin  II  yarısında 
Lənkəranda  da  Ģahmat  oyunun  geniĢ  yayıldığından  bəhs  edərək  yazır:  ―Qasirin 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə