Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

51 
 
Gəlini  çal-çağırla  ər  evinə  gətirərdilər.  Bu  vaxt  gəlini  oğlan  evinin 
qapısına qədər qardaĢı və ya yaxın bir qohumu müĢayiət edərdi. 
Gəlini aparan faytonun atlarının boynuna ipək sap salardılar. 
Gəlini  aparmağa  gələn  bəzi  qohumlara  pay  verərdilər.  Həm  də  gəlini 
aparmağa gələnlər qız evindən qiymətli bir Ģey ―oğurlamalı‖ idi. 
Gəlini  sağdıĢ-soldıĢ  otağadək  müĢayiət  edir,  sonra  çıxardılar.  Otaqda 
yalnız gəlin və yengə qalardı. Bu vaxt oğlan evində plov dəstgahı baĢlardı. 
O  vaxtlar toyda içki olmazdı.  Toyu  masabəyi  yola  verərdi.  KiĢi toyunda 
tar,  qarmon,  tütək  çalınar,  xanəndə  oxuyardı.  Belə  toylar  axĢam  saat  12-dək 
qurtarardı. 
Camaat dağılıĢandan  sonra bəy oğlanı gəlin otağına salardılar. Bəy oğlan 
gələnə  qədər  yengə  nə  lazımdı  düzəldib  hazır  qoyar,  özü  çıxıb  qapının  dalında 
gözlərdi.  Bir  neçə  saatdan  sonra  içəri  girib  qızdan  xəbər  tutardı  ki,  qız  üzüağ 
gəlibsə, ondan xələtini alıb, çıxıb hamıya Ģad xəbər verərdi. 
Çünki o biri otaqda yengədən xəbəri intizarla gözləyənlər oturardı. Hərgah 
pis xəbər olsaydı, elə ya həmin axĢam, ya da səhəri tezdən qızı yengəyə qoĢub atası 
evinə göndərərdilər. Bəzən qədimdə dağ  yerlərində bu cür  qızları haman axĢamın 
səhəri    tərsinə  diĢi  eĢĢəyə  mindirib,  eĢĢəyin  quyruğunu  qızın  əlinə  verərək  aparıb 
atasının qapısından içəri salardılar.  
ġad xəbərdən sonra camaat sakit olub dağılıĢardı. Sonra qız üç gün pərdə 
arxasında saxlanırdı.  
Üçünsü  gün  anası,  bası  və  yaxın  qohumlarından  5  –  10  nəfər  xörək  və 
çörək  biĢirib  qızın  görüĢünə  gələrdilər.  Daha  doğrusu  ―üzə  çıxdı‖  edərdilər.  Hər 
gələn  qohum  qıza  bir  Ģey  bağıĢlardı.  Gələnlərə  oğlan  evi  qonaqlıq  verərdi.  Qız 
evinin adamları qayıdarkən qablara bəxĢeyiĢ qoyub yola salardılar.  
Bununlada toy tamamlanardı. 
 
 
NOVRUZ BAYRAMI 
 
Lənkəranda Novruz bayramı (yeni ilin birinsi günü) geniĢ qeyd olunur. Bu 
bayrama Bahar bayramı da deyirlər. 
Lənkəranda  Novruz  inqilabdan  qabaq  və  1927  –  1928-si  illərə  qədər  bir 
ənənə  kimi  manəsiz  –  filansız  keçirilirdi.  Ansaq  1928-si  ildən  baĢlayaraq,  bütün 
ənənələr  məhdudlaĢdırıldı,  bəziləri  tamamilə  qadağan  edildi,  bəziləri  dəyiĢildi 
(Qurban  bayramı,  Orusluq,  Ərbeyin,  Məhərrəmlik  və.s).  Novruz  bayramıda  da 
qadağan olunanlar sırasına düĢdü. 
Lənkəran  zonasında  olan  200-ə  qədər  məssidləri  bağlayıb,  kolxoz 
anbarına,  kənd  teatrına,  kluba  çevirdilər,  qalanının  da  qapısını  açarlayıb  ―abidə‖ 
adıyla  mühafizəyə  aldılar.  Bütün  bu  qadağanlara  baxmayaraq,  xalq  öz  ənənəsini 


52 
 
gizli  də  olsa  yaĢadırdı,  çünki  xalqın  min  ildən  bəri  qoruyub  saxladığı  adət  - 
ənənələri heç bir qüvvə yox edə bilməz. 
Hazırda yenidənqurma dövründə, xalq öz adət - ənənələrinin yenidən açıq 
keçirilməsinə  nail  olmuĢdur.  Mən  az  da  olsa  inqilabdan  qabaq  Novruzun  nesə 
keçirildiyi haqda görüb – bildiyimi məlumat verməyi özümə bors bildim. 
Yuxarıda  yazdığım  kimi,  Novruz  bayramına  Bahar  bayramı  da  deyilir, 
çünki mart ayının 20 – 21 –də yeni il baĢlayır. Mart ayında bütün təbiət öz simasını 
dəyiĢir. QuĢlar  yeni  yuvalar tikir, heyvanlar nəsil artırır. Ağaslar tumursuqlanaraq 
ayılır. Ġnsanlarda da qan qaynaması olur (ona görə də bəziləri bu ayda özündən qan 
aldırır). Bununla demək istəyirəm ki. Mart ayı bütün nəbatat və heyvanat aləmində, 
özlərindən asılı olmayaraq, onları dəyiĢib yeni bir mühitə atır. 
Lənkəranda  həmiĢə  mart  ayının  birindən  hər  kəs  Novruz  bayramına 
hazırlıq  iĢinə  baĢlayır.  Bu  dövrdə  Lənkəran  camaatı  ev  –  eĢiyinin  təmizliyinə 
baĢlayır,  yəni  evlər  ağardılır,  bütün  ev  əĢyaları  təmizlənir,  həyət  –  basa  səliqə  - 
sahmana  salınır  və  baĢqa  təmizlik  iĢləri  görülür.  Novruz  bayramında  hamı  öz 
qüvvəsinə  görə  təzə  paltar  tikdirir.  Bütün  ailələrdə  çərĢənbədən  ötrü  təzə  bardaq 
alırlar  ki,  çərĢənbə  günü  səhər  tezdən  mütləq  təzə  paltar  geyərək  Lənkəran 
çayından  evə  su  gətirsinlər.  Bu  da  ənənə  kimi  yeni  ildə  təmizlik  və  aydınlıq 
sayılırdı. 
Bayrama  5-6  gün  qalmıĢ  bayram  çörəkləri  biĢirilirdi.  Bunlardan  Ģor 
çörəyi, biĢi, külçə, südlü çörək, ziren, qoz çörəyi, paxlava, qəndi külçə, qəndi kökə, 
qurabiyə,  düyü  halvası,  un  halvası  və  baĢqalarının  adını  xatırlayıram.  Bayram 
süfrəsi  üçün  qovurğa  da  qovrulur,  Ģərbət  hazırlanır,  sürbəsür  meyvələr  alınır,  bir 
neçə növ konfetlər və noğullar tədarük edilirdi. Yumurtalar rəngbərəng boyanırdı, 
səmənidən ötrü buğda süsərdilirdi.  
Axır çərĢənbə axĢamı camaat qəbir üstə gedərək öz ölülərini ziyarət edər, 
yasin oxudub, apardıqları bayram payından fəğirlərə paylayıb qayıdardı.  
Qayıdandan sonra həyətdə tonqallar qalayıb üzərindən atıla – atıla bu növ 
mahnılar oxuyurdular: 
Ağırlığım – buğırlığım tökül – tökül, 
                                     Ay qulu – qulu, qulu qul. 
                                     Bu gün çərĢənbə sabahı, 
                                     PensəĢənbə ha pensəĢənbə. 
Çox evlərdən fiĢəng və tüfəng atardılar. 
Axır  çərĢənbədən  baĢlayaraq,  bayrama  qədər  bütün  evlərdə  xonça  qurulub 
Ģam  yandırardılar,  axır  çərĢənbədə  qonĢu  uĢaqları  dəsmalatdı  edərdilər,  yəni 
axĢamdan bir az keçmiĢ qapıdan evə dəsmal atardılar, ev sahibi də dəsmala bayram 
sovqatı qoyub yiyəsinə verərdi. Bayrama 2 – 3 gün qalmıĢ yeniyetmə uĢaqlar iki – 
iki,  üç  –  üç  axĢam  hava  qaralanda  ev  –  ev  gəzərək  NovruĢudluq  edərdilər,  yəni 
bahar mahnısı oxuyardılar: 
 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə