Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

48 
 
 
 
 
 
 
 
 
 
Lənkəran 
adətlərindən
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


49 
 
TOY 
 
Azərbaycanın  hər  yerində  olduğu  kimi,  Lənkəranda  da  evlənmə  - 
ailəqurma  mərasimi  adətən  valideyinlərin  razılığı  və  onların  bilavasitə  iĢtirakı  ilə 
keçirilir.  Ġnqilabdan  əvvəl  və  lap  bu  yaxın  vaxtlaradək  övladı  evləndirərkən  qız 
seçib-bəyənmək  yalnız  valideyinlərin  üzərinə  düĢürdü.  Onlar  götür-qoy  edər, 
məsləhətləĢər,  oğlanın  gözaltısı  olub-olmadığını  öyrənər  və  nəhayət,  bacısı  və  ya 
baĢqa qohumlardan birinin vasitəsi ilə oğlanı məsələdən agah edərdilər (o vaxtlar 
valideynin razılığı olmadan qızla oğlanın seviĢməsi, görüĢməsi qadağan idi). Oğlan 
da dərhal razılıq verməz, ―hələ tezdir, niyə tələsirsiz‖ -  deyərdi. Elə bu söhbət özü 
razılıq əlaməti sayılırdı. 
Bundan  sonra  valideyinlər  digər  qohumlarla  da  məsləhət-məĢvərət  edər, 
qız  tərəfin  qohum-əqrəbasını,  onların  xasiyyətini  öyrənərdilər.  Bu  iĢdə  oğlanın 
anası,  bacısı,  xalası,  bibisi  və  s.  yaxın  adamları  xüsusi  fəallıq  göstərirdi.  Belə  ki, 
onlar qohum-qonĢu vasitəsilə qızın biĢirib-düĢürmək, kəsib-tikmək, əkib-becərmək 
qabiliyyətini  öyrənər,  bütün  bunlardan  sonra  isə  özündən  xəbərsiz  o,  hamama 
gedərkən  yanına  yaxın adam  salardılar ki, onun bədən quruluĢunda  naqislik olub-
olmadığını müəyyən etsin. 
Bütün bunlardan sonra qız evinə elçi göndərərdilər. O isə ―sizin filan qızı 
filankəsin oğluna almaq istəyirik‖ - deyə qız evinə bildirərdi. Qız evi də iki-üç gün 
fikirləĢəndən sonra xəbər göndərməyi vəd edib elçiyə bildirərdi. 
Sonra  qız  evi  bu  müddət  ərzində  oğlanın  qabiliyyəti  barədə,  qohum-
əqrəbası haqqında ətraflı məlumat öyrənər, yaxın qohumlarla məsləhətləĢərdi. söz 
bir  yerə  gələndən  sonra  qızın  razılığını  alardılar.  Sonra  oğlan  evinə  xəbər 
göndərilirdi. 
Oğlan  tərəfin  yaxın  qohumlarından  dörd-beĢ  qadın  qız  evinə  gələr,  çay 
süfrəsi  arxasında  ―həri‖  alıb,  kiĢilərin  nə  vaxt  gəlməsi  haqqında  icazə  istərdilər. 
VədələĢən gün kiĢilər elçiliyə gələrdi. Əvvəl hər Ģeydən söhbət salardılar, süfrəyə 
çay  gələrdi.  Bu  vaxt  elçi  gələnlərdən  biri,  adətən  ağsaqqal  -  ya  oğlan  atası,  ya 
əmisi, və ya dayısı qız atasına müraciət edib mətləb üstünə gələr, ―Çayımıza qənd 
ataqmı?‖  -    deyərdi.  Qız  tərəfin  ağsaqqallarından  biri  ―Çayınıza  qənd  atın,  allah 
mübarək  eləsin,  xoĢbəxt  olsunlar‖  -    deyəndən  sonra  hər  Ģey  həll  olunardı.  Elə 
buradaca toyun vaxtı, habelə toyu hansı Ģəkildə: ―paltar kəsdi‖ yoxsa ―xına yaxdı‖ 
keçirilməsi və toy xərci barədə razılığa gəlinərdi. 
Adətən  analar  qıza  balaca  vaxtından  cehiz  tutardılar.  Cehizi  hazır  olan 
qızın toyu tez olardı. Əgər cehiz hazır deyildisə, qız evi beĢ-altı ay möhlət alardı ki, 
cehiz hazırlasın. 
―Paltar kəsdi‖ toyu zamanı oğlan evi əvvəlcədən razılığa  əsasən toya bir 
gün qalmıĢ qız evinə lazım olan xərci və qızın gəlinlik üzüyünü gətirər. Səhəri gün 
―paltar kəsdi‖ toyu baĢlanır. Bu  toyda oğlan evindən istənilən qədər qohum-əqrəba 
gələ bilər. Lənkəranda adətən qız toyu gündüz baĢlayıb,  axĢama qədər qurtarardı. 


50 
 
Toyda qaval  və qarmon çalardılar. Belə toylarda çalğıçılar  ancaq qadınlar olurdu. 
20-30-cu  illərdə  o  ətrafda  toyları  dünbəkçi  ġirin  və  qarmonçalan  Qıztamam 
aparardı. Toyda çoxlu qadın oxuyardı. 
Toyda  ĢabaĢ  kimi  yığılan  puldan  çalğıçıya  haqq  verirdilər.  ―Paltar 
kəsdiyə‖  gələnləri  ayrıca  otağa  aparıb  Ģirin  çay  və  külçə  çörək  verib  sonra  toy 
məclisinə gətirərdilər. 
―Paltar kəsdi‖dən sonra razılığa əsasən ―xına yaxdı‖ olurdu. Bu mərasim 
gəlinin  oğlan  evinə  aparmazdan  bir  gün  qabaq  təĢkil  edilirdi.  ―Xına  yaxdı‖ya  da 
oğlan evi bir gün əvvəl lazım olan Ģeyləri göndərir. 
Səhəri  gün  qız  evində  ―xına  yaxdı‖  toyuna  baĢlamazdan  əvvəl  bir  dəstə 
qız-gəlin  gələr,  ya  evdə,  ya  da  evin  qabağında  toplaĢardı,  çalıb  oxuyar,  qızı  toy 
hamamına  aparardılar.  Qızı  hamamda  çimdirib  çıxaranda  böyük  bir  qabda 
hazırlanmıĢ Ģərbət gətirər, əvvəlcə gəlinə (ər evində dili Ģirin olsun), sonra isə onun 
ətrafındakıların hərəsinə bir stəkan Ģərbət verərdilər. 
Hamamdan  evə  qədər  gəlin  piyada,  əlində  Ģam  tutmuĢ  sağdıĢı  soldıĢın 
əhatəsində,  hamam  evdən  uzaq  olduqda  isə  faytonda  gedirdi.  Gəlin  evə  çatandan 
sonra  yenə  baĢına  qız-gəlin  toplaĢar,  onu  bəzəyər,  gəlinlik  paltarını  geydirib  çal-
çağırlı  toy  məclisinə  gətirərdilər.  Qədim  ənənəyə  görə,  qız  ənlik-kirĢanla,  sürmə-
vəsmə ilə yalnız gəlin köçən gün bəzənərdi. 
―Xına  yaxdı‖ya  gələnlərə  ayrıca  otaqda  qiymə-plov  verib  sonra  toy 
məclisinə  gətirərdilər.  ―Xına  yaxdı‖  axĢamı  gəlinin  və  yoldaĢlarının  əlinə  xına 
yaxardılar.  Məclis  axĢam  saat  10-  11-dək  davam  edərdi.  Bu  məclisə  bəy  öz 
yoldaĢları ilə gizli gələr, yengə onları görüĢdürərdi. Bəy qızların vasitəsi ilə xəbər 
edib gəlini oynatdırar, ĢabaĢ göndərərdi. 
Lənkəranda  keçmiĢ  vaxtlar  qız  toyunda  yerə  xalça-palaz  sərib  yerdə 
oturardılar. Kübar qadınlara stul verilərdi. 
Belə toylarda qız-gəlin tək və qoĢa oynamaqdan çox dəstə - dəstə üz-üzə 
durub  halay  gedərdi.  Elə  oynağan  qadınlar  var  idi,  ki,  məcməyini  diĢində  tutub, 
yaxud  lampanı  baĢına  qoyub  oynayardı.  Toyda  ĢabaĢdan  baĢqa  pul,  yaxın 
qohumların bəzisi isə qızıl əĢyalar atardı. 
―Xına  yaxdı‖nın səhəri hər iki tərəfdən bir neçə ağsaqqal toplaĢar, molla 
gətirib  qız  evində  kəbin  kəsdirərdilər.  Molla  qız  olan  otağın  qapısına  yaxınlaĢıb 
kəbini oxuyandan sonra üç dəfə qızdan soruĢardı: ―Qızım, razısan, ya yox‖. Qız da 
qapı dalında üzü örtülü dayanıb ―bəli‖ deyər, bununla da kəbin kəsilib qurtarardı. 
Günortadan  sonra  oğlan  evi  çal-çağırla  gəlib  əvvəl  bir  araba  ilə  gəlinin 
cehizini aparardılar ki, gəlin otağını qabaqcadan bəzəsinlər. Bu müddət ərzində qız 
evində  çalıb-oynamaq  davam  edərdi.  Sonra  gəlin  əllərində  Ģam  və  güzgü  tutmuĢ 
sağdıĢ-soldıĢın  əhatəsində  qapıdan  çıxardı.  Bu  vaxt  oğlanın  qardaĢı  və  ya  yaxın 
dostu qızın belini bağlayır, bel bağlayanın üzünə un sürtərdilər. Qız gəlin köçərkən 
ona yaĢlı bir qadın – ―yengə‖ qoĢardılar. 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə