Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

43 
 
Mayakovski  küçəsində  №  3-də  Lənkəran  inqilabçılarının  rəhbəri 
Ağaməmmədəlinin evi, 1901-ci ildə tikilib. 
№ 5-də Sadıq və Kazımın evidir, 1905-ci ildə tikilib. 
C. Cabbarlı küçəsi,  №  12. Binanı 1892-ci  ildə  Zülfüqarov  Qulam tikdirib, 
ölümündən sonra Bayraməlibəyov Ġshaq satın alıb. 
№ 1-də Bayraməlibəyov Yusubbəyin evi, 1896-cı ildə tikilib.  
26  Bakı  komissarı  küçəsi,  №  15  və  №  17.  Erməni  Nozarbəy  1885-ci  ildə 
tikib. Ġndi biri teatrdır, biri uĢaq poliklinikası. 
PuĢkin küçəsi, № 19. Erməni Yakov 1890-cı ildə tikib, üst mərtəbə yaĢayıĢ 
evi, alt mərtəbə təsərrüfat  mağazasıymıĢ. 
№ 5-də ġilavarli Əhədbəyin (mirab) evi, 1904-cü ildə tikilib. 
 
 
KÖRPÜLƏR, YOLLAR, ƏKĠNLƏR. 
 
Lənkəran  rayonunda  inqilabdan  qabaq  demək  olar  ki,  heç  bir  əsaslı  körpü 
yox idi. Ancaq bəzi yerlərdə xırda – xırda meĢə ağacından tikilmiĢ körpülər vardı, 
onlar da tez – tez uçulub, gediĢ – gəliĢə çətinlik yaradırdı. Onlardan bir neçəsi: 
1.ġəhərin  Əli  Bayramov  küçəsində  olan,  daĢdan  hörmə  körpüdür  ki,  buna 
indi də ―DaĢ körpü‖ deyilir. 
2.Kommunist küçəsinin qurtaracağındakı Hacı Əhməd körpüsü. Bunu 1910-
cu illərdə Hacı Əhməd adlı bir kiĢi tikdirib. Bu körpü taxtadan tikildiyindən tez – 
tez dağılardı və aylarla təmir olunmurdu. Sonralar həmin körpü sökülərək, yerində 
indiki nəqliyyata uyğun körpü tikilmiĢdir. 
3.N. Nərimanov və Kommunist küçələrinin kəsiĢdiyi  yerdəki körpü. Bütün 
yağıĢ suları N. Nərimanov küçəsində qazılan ana arx vasitəsi ilə dənizə tökülür. Bu 
körpü də daĢdan hörülmüĢdür. 
4.  Lerikə  gedən  yolun  üstündə,  qəbiristandan  yuxarı,  kərpic  zavodundan 
aĢağıdakı  körpü.  Bunu  da  daĢdan  hörmüĢdülər.  Sovet  dövründə  bunu  dəyiĢib, 
yerində yenisini qurmuĢlar. 
5.  Ləkər  körpüsü.  Bu  körpü  Lənkəranla  Girdəni  kəndi  arasındadır.  Bu 
körpü, ilə bütün Lej müĢəsinin sularını və yuxarıdan bicar çəltik əkilən yer sularını 
Murdova  (Marsəyə)  axıdırdılar.  Burada  ancaq  on  –  on  beĢ  metr  uzunluğunda  iki 
taxta  enində  piyadalar  yolu  düzəltmiĢdilər,  arabalar  müəyyən  yerlərdən  çox 
çətinliklə keçirdilər. 
6.  Girdəni,  Vıravul,  Vilvan,  ġağlasər  və  Saparadidə  kiçik  çaylar  üzərindən 
keçən taxta körpülər. Bunlar da meĢə ağaclarından olurdu, çox zaman qıĢ – payız 
aylarında  tez  –  tez  uçulurdu.  Bu  çayların  hamısının  suyu  Murdova  tökülürdü. 
Burada yeni nəqliyyat körpüsü tikilib. 
7.  Lənkəranda  ən  böyük  körpü  QumbaĢı  körpüsü  idi  ki,  bu  da  taxtadan 
tikilmiĢdi.  Bu  körpünün  sağ  tərəfində  böyük  kilsə  vardı  ki,  bunlardan  baĢqa  bu 


44 
 
ətrafda  heç  bir  tikinti  yox  idi.  Körpü  Lənkəranla  Masallı  rayonlarının  sərhədidir. 
Ġndi bu körpünün yerində hazırkı nəqliyyata uyğun körpü tikilmiĢdir. 
8.  Xanbulan  çayı,  Avrora  kəndinin  içərisindən  keçərək  Lənkəran  –  Astara 
yolunu  kəsir,  çayın  üzərində  o  zaman  meĢə  ağacından  taxta  körpü  tikilmiĢdir  ki, 
buradan ancaq piyada və faytonla keçməyə icazə verirdilər. Arabalar isə körpüdən 
aĢağı, çaydan keçirdilər. Ġndi bu körpü də təmir edilərək hazırkı nəqliyyata uyğun 
edilmiĢdir.  
9. AĢağı Nüvədi ilə KənarmeĢə arasındakı körpü. Bütün yuxarıda suvarılan 
bicarların ana suvarma arxı buradan dənizə tökülürdü. 
10. Bir taxta körpü də Siyavarla Xalac arasındadır. Xanbulançayın suyunun 
və  xırda  suvarma  arxlarının  dənizə  tökülməkdən  ötrü  buradan  keçir.  Bu  da 
Lənkəran – Astara rayonunun sərhədidir. Bu körpü də yenidən qurulub. 
Yuxarıda göstərilən körpülərdən baĢqa, Lənkəranın ətrafında çəltik əkildiyi 
və  bunları  suvarmaqdan  ötrü  xırda  arxlar  çəkildiyi  üçün  yüzlərlə  xırda  ağac 
körpülər vardı ki, bunlardan da ancaq piyadalar keçirdilər. 
1932-ci  ilə  qədər  Lənkəran  çayı  üzərində  körpü  yox  idi.  Ancaq  çayı 
keçməkdən ötrü iki yerdə kolaz (qayıq) var idi. Biri Sutəmurdov qabağından (onu 
sutəmurdovlu 
Rəzzaq 
kiĢi  iĢlədirdi,  indi  nəvəsi  Vahab  Sutəmurdov 
qəbiristanlığında xadimdir). Velədi. Kərmətuk və yuxarı kəndlərə getmək üçün də 
baĢqa bir kolaz vardı. Çaya sel gələndə iki – üç günlərlə gediĢ – gəliĢ kəsilərdi. 
1927-ci  ildə  həbsxana  bərabərliyində  və  qədim  uçulmuĢ  pivə  zavodunun 
yanında  körpüdən  ötrü  kəĢfiyyat  iĢləri  baĢladılar.  Mən  də  iyirmi  gün  orada  fəhlə 
iĢləmiĢəm. Bu əlahiyəyə əsasən 1931 – 1932-ci illərdə Lənkəran çayı üzərində ilk 
dəmir körpü quruldu.  
1940-cı ildə təcili olaraq layihə ilə yanaĢı, Osmanlı – Astara dəmiryolunun 
çəkilməsinə baĢlandı. Lənkəran zonasında altı yeni körpü tikdilər: 
            1.QumbaĢı arxı üzərində
 2.Hacı Əhməd körpüsündən aĢağı, Azərbalığın yanında; 
 3.ġəhərin N. Nərimanov küçəsindən axan ana arx üzərində; 
 4.Lənkəran çayı üzərində; 
 5. AĢağı Nüvədidən axan arx üzərindən
 6.Siyavar  körpüsündən  aĢağı,  təzəsini  tikdilər.  Bundan  əlavə  bəzi  xırda 
arxlara beton boru qoyuldu. 
Yeni  dəmiryolunun  birinci  mərhələsi  1941-ci  ildə  qurtardı,  ilk  qatarla 
cəbhəyə əsgər apardılar. 1932-ci ilə kimi Lənkərandan Astaraya getməkdən ötrü iki 
yol  vardı:  birincisi  –  Sutəmurdovu  keçib  ordan  dəniz  kənarı  ilə;  ikincisi  – 
Qaraçiylər qabağı çayı baĢ yuxarı çıxıb Kərmutukə, oradan da əsas yola çıxıb içəri 
yolla gedirdilər. 
1932-ci  ildə  Lənkəranla  Sutəmurdovun  arasında  tikilən  körpüdən  sonra, 
yolu  Sutəmurdovdan  ġurukə  birbaĢa  bicarların  içərisi  ilə  birləĢdirdilər  ki,  indi 
gördüyümüz asfalt yoldur. 


45 
 
1941-ci  ilə  kimi  bütün  ana  yollar  qrunt  yollar  idi.  1941-ci  ildə  müharibə 
baĢlanandan iki ay sonra fəhlə batalyonu Bakı – Astara yoluna təcili olaraq asfalt 
döĢədilər.  Bütün  ağır  maĢınlara  davam  gətirə  bilməyən  körpüləri  dəyiĢib,  beton 
körpülərlə əvəz etdilər.  
1961-ci  ildə  Lənkəranda  sahəsi  iyirmi  dörd  min  hektar  olan  Murdovun 
(bataqlığın) qurudulması iĢinə baĢlandı. Bu iĢə məni də cəlb etdilər. Mən ən əvvəl 
Girdəni,  Vıravul,  Vilvan,  ġağlasər  və  Separadi  çayları  üzərində  kiçik  körpülərin 
mühəndis  –  geoloji  iĢini  qurtarıb  təhvil  verdim.  Elə  həmin  il  Girdəni  və  Vıravul 
çaylarının  birbaĢa  dənizə,  ġığlasərin  isə  Qızılağac  qoruğuna  tökülməsindən  ötrü 
asfalt və dəmir yollarını bu bu çayların kəsib keçdiyi yerlərdə altı körpü tikməkdən 
ötrü mühəndis – geoloji iĢini apardım. Onlardan ikisi Lənkəran – GömĢəban, ikisi 
GömĢəban-  Port  –  Ġliç  dəmiryol  stansiyası  arasında  və  ikisi  də  Port  –  Ġliçlə 
ġirinqum arasında tikilmiĢdir. 
Nəqliyyat  çoxaldığına  və  1932-ci  ildə  tikilmiĢ  körpü  bu  nəqliyyatın 
öhdəsindən  gələ  bilmədiyinə  görə,  Lənkərandan  Ģəhər  kənarı  ilə  dolama  yeni  bir 
yol çəkildi. Lənkəran çayı üzərindən Lənkəran – Velədi arasında yeni, 3-cü körpü 
tikərək, həmin asfalt yolunu Sutəmurdov – ġuruk asfalt yoluna (Velədi qabağında) 
birləĢdirdilər. 
1932-ci ildə tikilən birinci körpüdən keçən yüngül maĢınlar çoxaldığı üçün 
təhlükəsizlik  və  piyadaların  keçməsi  məqsədilə  birinci  körpüdən  25  m  aralı  ona 
paralel Lənkəran çayından dördüncü körpünü tikdilər. 
1945-ci  illərdən  Lənkəran  ətrafında  çəltik  əkilirdi.  Tərəvəzçilik  o  qədər  də 
inkiĢaf etməmiĢdi, çünki bütün iĢlər əllə görülürdü, suvarma sistemi zəif idi. Sonra 
bu rayondan çəltik əkinini götürüb onu tərəvəzçilik rayonu etdilər. Ġndi Lənkəran 
tərəvəzi Moskvayadək gedib çıxır. 
KeçmiĢdə Lənkəranda çay kolu əkilməzdi. Bütün çəltik əkinləri istillərlə (su 
anbarları) suvarılırdı. Az bir sahədə isə taxıl əkilirdi. 
1936-cı ildə Lənkəranın üç küçəsindən baĢqa (26 Bakı komissarı, Lenin və 
Kommunist küçələri) bütün küçələri torpaq idi. 1936-cı ildən bütün küçələri təmir 
etməyə  baĢladılar.  O  zaman  o  qədər  palçıqdan  keçilməsi  mümkün  olmayan 
küçələrə  daĢ  düzülürdü.  Xəndəklər  də  yeni  tipdə  düzəlirdi.  Lənkəranın  küçə  və 
səkilərinə 1945-ci ildən asfalt döĢənməyə baĢlandı. 
Elektrik  stansiyasının  tikintisi  1926-cı  ilin  avqust  ayının  axırında  baĢa 
çatdırıldı. 1927-ci ilin əvvəlində təntənəli surətdə istifadəyə verildi.  
1930  –  1931-ci  illərdə  Lənkəranda  çay  əkməyin  əhəmiyyəti  elmi  cəhətdən 
təsdiq olunandan sonra çay plantasiyaları geniĢləndirilməyə baĢladı. Taxıl və çəltik 
sahələri azaldı. Sonra çəltik sahəsi tamamilə ləğv edildi. (Yeri gəlmiĢkən xatırladaq 
ki,  XIX  əsrdə  Lənkəran  qəzası  düyü  istehsalına  görə  Qafqazda  birinci  yeri 
tutmuĢdur.  Sədri,  əkulə,  ənbərbu,  yetim  vilgicri  və  s.  kimi  düyü  sortları  məĢhur 
olmuĢdur.) 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə