Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

46 
 
Əvvəllər  limon,  portağal,  narıngi  ancaq  ev  Ģəraitində    -  dibçəklərdə 
yetiĢdirilirdi.  Çünki bu bitkilər soyuğa  davamlı olmadığından qıĢ aylarında  məhv 
olurdu.  Lakin  sovet  hakimiyyəti  qurulandan  sonra  bu  bitkiləri  soyuqdan  qorumaq 
üçün geniĢ imkanlar yaradıldı, nəticədə nəinki Ģəxsi yardımçı təsərrüfatlarda, hətta 
kolxoz sahələrində limon, portağal, naringi yetiĢdirilməyə baĢlandı. Ġndi Lənkəran 
öz ətirli çayı ilə yanaĢı, bu nemətləri ilə də  öyünə bilər. 
Lənkəranın  ərazisində  yerləĢən,  adı  dillər  əzbəri  Qızılağac  qoruğu  SSRĠ 
Xalq  Komissarları  Sovetinin  qərarı  ilə  1929-cü  ildə  yaradılmıĢdır.  Təbiətin  bu 
gözəl  güĢəsi  indi  ölkədə  su  quĢlarının  qıĢladığı  əsas  yerlərdən  biridir. 
Mütəxəssislərin müĢahidəsinə görə, qıĢda su hövzələrində çoxlu qaĢqaldaq , ördək, 
qaz, qu quĢu və s. olur. Qoruğun qıĢlaqlarında sultan toyuğu, sığırçın, kolluqlarında 
turac, qırqovul  və  s.  yaĢayır. Yay aylarında  Qızılağacda  böyük dəstələrlə  ağ  vağ, 
varıldağ, qarabattaq və s. kimi quĢlar yuva salır. 
 
 
 
BƏLLƏBUR QALASI VƏ XANBULANÇAY GÖLÜ 
 
Lənkəran  Ģəhərindən  20  kilometr  cənub  –  qərbə  Qurumba  kəndi 
yaxınlığında Bəlləbur dağı uzanır. Bu dağa talıĢca ―Boza qala‖, yəni Qartal qalası 
deyirlər.  Bəlləbur  dağı  Lənkəran  çayına  bir  burun  kimi  uzanıbdır.  Onun 
qurtaracağında, yəni Lənkəran çayının sahilində 45 – 50 metr hündürlüyündə tarixi 
məlum  olmayan,  qırmızı  rəngdə  dördkünc,  kərpicdən  bir  qala  tikilib  ki,  buna  da 
Bəlləbur qalası deyilir. 
Bəzi  mülahizələrə  görə,  Bəlləbur  qalasını  830  –  850-ci  illərdə  zalq 
qəhrəmanı Babək özünə sığınacaq edibmiĢ. 1970-ci ildə Lənkəran çayının üzərində 
Bəlləbur qalası ilə üzbəüz su anbarı üçün 10 metr hündürlükdə bənd tikilib, ondan 
beton ana arx çəkilərək, Bəlləbur qalasını dövrə vurub Qurumba kəndindən keçib, 
Masallı rayonu tərəfə uzadılır. Sonra 1973-cü ildə Lənkərandan 20 kilometr cənub 
–  qərbə  Xanbulançay  dəryaçasının  tikiliĢi  baĢlanıb,  1978  –ci  ildə  tamamlandı. 
Bəndin  hündürlüyü  76  metr,  uzunluğu  800  metrdir.  Bu  dəryaçanın  50  milyon 
kubmetr su tutumu vardır. 
Xanbulançay  dəryaçasından  ayrılan  iki  beton  arxın  biri  cənub  tərəfə 
uzanaraq, Lənkəranın bütün cənubunda olan kəndlərin əkinlərini suvarır. 
ġimali  –  qərbə  uzanan  ikinci  arx  isə  Yuxarı  Nüvədi  kəndi  yanından 
Lənkəran çayını duker vasitəsi ilə keçir, Lənkəran çayından götürülən arx Bəlləbur 
qalası  altında  birləĢərək  Lənkəranın  Ģimal  –  qərbində  olan  bütün  kəndlərin 
tarlalarını  suvarır.  Bir  də  Xanbulan  dəryaçasının  sol  sahilində  dillər  əzbəri  olan 
gözəl bir qonaq evi tikilib ki, bütün gələn qonaq və turistləri heyran edir. 
Bir neçə il bundan əvvəl Finlandiyanın keçmiĢ prezindenti Urxo Kekkonen 
bir  ay  öz  istirahətini  bu  qonaq  evində  dincəlmiĢdi.  Bu  qonaq  evi  onun  o  qədər 


47 
 
xoĢuna  gəlmiĢdi  ki,  deyilənlərə  görə,  gedəndən  sonra  qonaq  evinin  lahiyə 
mühəndisi üçün bir vaqon bəxĢiĢ göndərmiĢdi. 
 
 
 
LƏNKƏRANDA OLAN ĠSTĠ SU BULAQLARI 
 
Lənkəran  rayonunda  müalicə  ocağı  kimi  üç  istisu  bulağından  istifadə 
edirlər. 
Bunlardan  biri  Lənkəranın  qərbində,  Ģəhərin  12  kilometrliyində  olan  Ġbadi 
istisu  bulağıdır.  Lənkəran  əhalisi  ən  qədimdən  buraya  gəlib  ətrafda  olan  gözəl 
meĢəliyin içərisində alaçıq və meĢə ağacından tərəcələr qurub yaĢayırdılar. Burada 
içməli  su  yox  dərəcəsində  idi.  Ancaq  kiçik  bir  bulaq  vardı  ki,  buna  da  ―Damcı 
bulaq‖ deyirdilər. Çox vaxt suyu at və eĢĢəklə bir neçə kilometrdən gətirirdilər. 
Ġbadi  istisuyunda  Sovet  hakimiyyəti  qurulandan  sonra,  yəni  1924-cü  ildə, 
xüsusi  dükanlardan  sökülən  taxtadan  mehmanxana  tikilmiĢdi.  Burada  olan  Ġstisu 
bulaqları  üzərində      bir      neçə    gözdən  ibarət  nömrələr  (müalicə  ocağı) 
yaradılmıĢdı, tikilən nömrələr pulla idi. 
Ġstisu    bulaqlarından      camaat      gölməçələr    düzəldib,  orada  pulsuz 
çimərdi.  1926-cı  ildə  bu  mehmanxana,  ehtiyatsızlıq  nəticəsində  mətbəxdən  od 
tutaraq 45 dəqiqəyə yanıb külə döndü. 
1927-ci  ilin  yay  mövsümundə  müalicəyə  gələnlər,  daha  Ġbadi  istisuyuna 
yox,  Lənkəranın  qərbində,  8  kilometrliyində  (Ġbadidən  4  km  aralı)  olan  və  MeĢə 
istisuyu adlanan, Ləj meĢəsi yaxın istisuya köçərdilər. Buranın içməli suyu kifayət 
qədər idi. MeĢə istisuyu get-gedə böyüyürdü. 
Burada hökumət tərəfindən yaxĢı çayxana və yeməkxana tikilmiĢdi. 
Bir  neçə  il  bu  minvalla  gələnlər  orada  dincəldilər.  Sonra  yavaĢ-yavaĢ 
burada xırda sıra ilə taxtadan evlər tikilməsi baĢlandı. Ġstusu bulaqlarında iki 10—
12  nəfərlik  çimmək  üçün  hovuz  düzəldildi.  Eyni  zamanda  taxtadan  ona  qədər 
nömrə də tikilib camaatın istifadəsinə verildi. 
1975-ci ildən MeĢə istisuyunun sol tərəfində bir neçə beĢ mərtəbəli gözəl 
mehmanxana  tikilməsinə  baĢlandı.  MeĢə  istusuyuna  təkcə  Lənkəran  camaatı  yox, 
sovet  ölkəsinin  hər  yerindən  müalicəyə  gəlirlər.  Ġndi  burada  Ġstisu  müalicəsi  ilə 
yanaĢı  baĢqa  növ  müalicələr  də  aparılır.  Buna  baxmayaraq,  yenə  də  bəzi  Ģəxslər 
Ġbadi istisuyuna  gedib onun gözəl meĢəsində, yəni  istisu ətrafında çadır qurub öz 
müalicələrini pulsuz keçirirlər. 
Üçüncü Ġstisu bulağı Lənkərandan 5 - 6 kilometr Ģimal - qərbdə, Havzavu 
kəndinin  sahəsində  olduğundan  ona  hələ  keçmiĢdən  Havzavu  Ġstisuyu  deyilir. 
Burada  da  taxtadan  üç  ümumi  və  dörd  nömrəli  müalicə  yerləri  tikilibdir.  Oraya 
adamlar yaxın kəndlərdən gəlib çimir, axĢamı yenə öz evlərinə qayıdırlar. Burada 
kiçik çayxana və aĢxana vardır. Ġçməli bulaq suları da boldur. 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə