böyük olduğunu da ilk dəfə Biruni söyləmişdir.
Biruni triqonometriyada kosinus teoremi
kimi tanınan əlaqəni ilk dəfə ortaya qoymuş,
həndəsəni botanikaya tətbiq etmiş, quşlarla bağlı
çox orijinal faktlar tapmış və fərqli sahələrdə bir
çox kitablar yazmışdır.
“Kitabül-cəmahir fi mərifətül-cəvahir” (Cöv -
hər lərin xüsusiyyətlərinə dair) adlı əsərində isə
23 bərk cisimlə 6 mayenin çəkisini bugünkü
nisbətə uyğun şəkildə hesablamışdır. Biruni izafi
(nisbi) sıxlıqları mahruti adlandırdığı və ən
qədim piktonometr (sıxlıq ölçmə aləti)
adlandırılan alətlə müəyyən etmişdir. “Nihayətül-
əmakin” (Məkanların sonları) adlı əsəri
coğrafiyadan geologiya və geodeziyaya (Yer
kürəsinin formasının müəyyən edilməsi və yer
üzünü ölçmə fəaliyyətləri) qədər müxtəlif
sahələri əhatə etmişdir.
Biruninin böyük işlərindən biri də İslam və
Hind sivilizasiyaları arasında ilk mədəniyyət kör-
püsünün yaradılması olmuşdur. Hindistanda
olduğu dövrdə ərəb dilində olan bir çox
mənbələri sanskrit dilinə, sanskrit dilindəki bəzi
kitabları da ərəb dilinə tərcümə edərək, İslam
haqqındakı bilgilərini bütün Hindistana yaymağı
özünə borc bilmişdir.
Biruni Quran ayələrindən güc alaraq elmin
bütün yönlərinə meyil göstərirdi. O, elmin bütün
sahələrində apardığı təcrübələri ilə sanki Allahı
bir daha tanımaq, onun həqiqətlərini üzə
çıxarmaq həzzini yaşamaq istəyirdi. Elm onun
həyatının mənası idi. O bütün ömrünü var-
dövlətə sərf edib elmsiz yaşayan insanlara
bədbəxt insanlar kimi baxırdı. Biruni belə
insanları görəndə hər zaman “Axirətə mal-dövlət
aparmaq olmur, amma elmi aparmaq olur”
sözlərini deyərdi. Hətta bir dəfə Biruni kitabı
üçün ona bir filin ağırlığında qızıl və cəvahirət
göndərən Sultan Məsudun hədiyyəsini geri qay-
tararaq “Bu kitabı sərvət üçün deyil, elm üçün
yazmışam” demişdir.
Biruni Quran ayələrindəki hikmətlərə istinad
edərək elmi fəaliyyətini genişləndir mişdir.
Allah Qurandakı bir çox ayələrdə iman
həqiqətlərinin əhəmiyyətinə diqqət çəkir. “Fatir”
surəsindəki ayələrdə iman həqiqət
lərindən
nümunələr verilir:
“İnsanların, heyvanların və davarların da bu
cür müxtəlif rəngləri vardır. Allahdan öz
bəndələri içərisində ancaq alimlər qorxar.
Həqiqətən, Allah yenilməz qüvvət sahibidir,
bağışlayandır!”. (Fatir surəsi 28)
Biruni də ayələrdəki hikmətlərə istinad
edərək elmi həqiqətləri əldə etməyə çalış mışdır.
Məsələn, Yerin şimalında Günəşin aylarla
çıxmadığını, çıxdığı zaman da batmadığını
“Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir
qövm üzərinə doğan gördü ki, onlardan ötrü ona
(günəşə) qarşı heç bir sipər yaratmamışdıq”
(Kəhf surəsi 90) ayəsi ilə açıqlamış və bir
lampanın önünə Yeri təmsil edən bir kürə qoyub
fırladaraq bunu əyani göstərmişdir.
Biruni yuxarıdakı ayədə deyildiyi kimi, “Al-
lahdan öz bəndələri içərisində ancaq alimlər
qorxar” kəlamını belə açmışdır. “Mən bütün
həyatımı elmə sərf etmişəm, ancaq üstün bir güc
və sonsuz elm sahibi olan Allahın qarşısında
acizlərin aciziyəm. Çünki elmlə dərindən məşğul
olduqca məlum olur ki, biz nə qədər az savada
malikik. Mənim həyatda bildiyimdən çox
bilmədiklərim daha üstündür. Qurani-Kərimi
oxuduqca bir daha anlayıram ki, ən kiçik uldu-
zlardan tutmuş insan bədənindəki hüceyrələrə
qədər hər bir şeyi yaradan Odur və “Quranın
Kəlamlarını Məhəmməd uydurdu” deyən
ateistlərdən soruşuram: Məhəmməd bunları
haradan bilirdi. Biruni yazırdı: “Mən elmi
düşüncə lərimi elmi dərk edənlərlə bölüşürəm”.
Vaxtilə filosof Sokratın işlətdiyi “mən
bilirəm ki, heç nə bilmirəm” kəlamı Şərqdə
Biruninin timsalında da geniş istifadə edilmişdi.
Əslində, Sokrat da bilənlərlə dialoqa girişir və
onların dialoqlarından maraqlı anlayışlar ortaya
çıxırdı.
Ömrü yetmiş yeddi yaşa çatmış bir qoca yataqda
xəstə halda, həyatının son anlarını yaşayırdı.
Bədəni zəifləmiş, vücud çırağı isə sönmək üzrə
idi. Yaxınları nəmli gözlərlə onun halını
nigarançılıqla seyr edirdilər. Nəfəs çəkməsi artıq
tövşüməyə çevrilmişdi. Alim və fəqih dostu
67
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Elm və din rubrikası
Əbul-Həsən Əli ibn İsa kədərlə onun yatağına
yanaşıb, əlini nəvazişlə onun başına və üzünə
çəkdi.
Xəstə qoca qırıq-qırıq kəlmələrlə öz alim dos-
tundan soruşdu:
– Bir vaxt mənə “hesab ciddat fasid”dən
demişdin, bir də təkrar et, görüm necə idi?
Ey əziz dostum! Belə xəstə və zəif halında bu
sualın nə lüzumu vardır?
Xəstə narazı halda cavab verdi:
– Ey kişi! Bu ikisindən hansı yaxşıdır, bu
məsələni bilib ölməyim, yoxsa cahil halda vəfat
etməyim.
Fəqih Əbul-Həsən Əli ibn İsa o məsələni
yenidən açıqladı və yerindən qalxıb xəstə dos-
tunu tərk etdi. O, bir neçə addım aralan mışdı ki,
evdən şivən səsləri yüksəldi, tələsik geri qayıtdı.
Xəstə qoca artıq dünyasını dəyişmişdi. Hətta
ölüm yatağında da elmə susamış olan bu şəxs
Əbu Reyhan Biruni idi.
Həzrət Əlinin elmə
aid 10 kəlamı
On nəfər öz aralarında məsləhət edib qərara
gəldilər ki, ayrı-ayrılıqda Həzrət Əlinin (ə)
yanına gedib ona eyni sualı versinlər. Əgər Əli
(ə) hamının sualını eyni cür cavablandırsa,
deməli, onun elmi azdır və imamətə layiq deyil.
Yox, əgər hər kəsə o fərqli cavab versə, deməli,
Peyğəmbərin: “Mən elmin şəhəriyəm, qapısı isə
Əlidir” kəlamı doğrudur. Birinci adam Həzrət
Əlinin (ə) yanına gəlib soruşdu: “De görüm, elm
daha üstündür ya mal-dövlət?”. Həzrət Əli cavab
verdi:
“Elm mal-dövlətdən üstündür. Çünki elm
peyğəmbərlərin mirasıdır. Mal-dövlət isə fironun,
Harunun və Şəddatın mirasıdır”.
İkinci adam da gəlib eyni sualı verdi. Əli (ə)
onun sualını belə cavablandırdı: “Elm maldan
üstündür. Çünki elm səni qoruyar, mal-dövləti isə
sən özün qorumalısan”.
Üçüncü adamın sualına imamın cavabı belə
oldu: “Elm mal-dövlətdən üstündür. Çünki al-
imin dostları çox olar, zənginin isə tüməni”.
Dördüncü adam da elmin, yoxsa sərvətin
üstün olduğunu soruşanda Əli (ə) buyurdu: “Elm
sərvətdən üstündür. Çünki elm xərcləndikcə
(başqalarına öyrədildikdə) çoxalar, sərvət isə
xərcləndikcə azalar”.
Beşinci adam eyni sualla müraciət edən də
imam belə cavab verdi; “Elm sərvətdən üstündür.
Çünki varlı adama paxıl və simic deyirlər. Amma
elmli adama ehtiram göstərirlər”.
Altıncı adamın sualının cavabı bu şəkildə
oldu: “Elm maldan üstündür. Çünki oğrular malı
apara bilərlər, elmi isə heç kim səndən oğurlaya
bilməz”.
Yeddinci adam öz sualının cavabında Əlidən
(ə) bunu eşitdi: “Elm maldan üstündür. Çünki
zaman keçdikcə mal köhnələr, çürü yər ya pasla-
nar, dəyərdən düşər. Amma elm üçün bu təhlükə
yoxdur”.
Səkkizinci adamın cavabı bu şəkildə verildi:
“Elm daha yaxşıdır. Çünki mal-dövlət yalnız bu
dünyada insanla birlikdə olar və ona xeyir verər.
Amma elm isə həm bu dünyada, həm də axirətdə
insana fayda gətirər”.
Doqquzuncu şəxsin cavabı da o birilərdən
fərqli oldu: “Elm mal-dövlətdən üstündür. Çünki
mal-dövlət insanın qəlbini daşlaşdırar, elm isə
yumşaldar”.
Nəhayət, onuncu adam elmin, yoxsa malın
üstün olduğunu soruşanda Həzrət Əli (ə)
buyurdu: “Əlbəttə, elm daha üstündür. Çünki
mal-dövlət öz sahibinə təkəbbür və mənəm-
mənəmlik gətirər, hətta bəzi zənginlər Allahlıq
iddiasına düşərlər. Amma elm adamı təvazökar
və başıaşağı olar”. Beləcə, Həzrət Əli ibn Əbu
Talib eyni sualın cavabını on fərqli şəkildə verdi.
Aynur Bağırova
68
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Elm və din ruprikası