“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

böyük olduğunu da ilk dəfə Biruni söyləmişdir.

Biruni triqonometriyada kosinus teoremi

kimi tanınan əlaqəni ilk dəfə ortaya qoymuş,

həndəsəni botanikaya tətbiq etmiş, quşlarla bağlı

çox orijinal faktlar tapmış və fərqli sahələrdə bir

çox kitablar yazmışdır.

“Kitabül-cəmahir fi mərifətül-cəvahir” (Cöv -

hər lərin xüsusiyyətlərinə dair) adlı əsərində isə

23 bərk cisimlə 6 mayenin çəkisini bugünkü

nisbətə uyğun şəkildə hesablamışdır. Biruni izafi

(nisbi) sıxlıqları mahruti adlandırdığı və ən

qədim piktonometr (sıxlıq ölçmə aləti)

adlandırılan alətlə müəyyən etmişdir. “Nihayətül-

əmakin” (Məkanların sonları) adlı əsəri

coğrafiyadan geologiya və geodeziyaya (Yer

kürəsinin formasının müəyyən edilməsi və yer

üzünü ölçmə fəaliyyətləri) qədər müxtəlif

sahələri əhatə etmişdir.

Biruninin böyük işlərindən biri də İslam və

Hind sivilizasiyaları arasında ilk mədəniyyət kör-

püsünün yaradılması olmuşdur. Hindistanda

olduğu dövrdə ərəb dilində olan bir çox

mənbələri sanskrit dilinə, sanskrit dilindəki bəzi

kitabları da ərəb dilinə tərcümə edərək, İslam

haqqındakı bilgilərini bütün Hindistana yaymağı

özünə borc bilmişdir.

Biruni Quran ayələrindən güc alaraq elmin

bütün yönlərinə meyil göstərirdi. O, elmin bütün

sahələrində apardığı təcrübələri ilə sanki Allahı

bir daha tanımaq, onun həqiqətlərini üzə

çıxarmaq həzzini yaşamaq istəyirdi. Elm onun

həyatının mənası idi. O bütün ömrünü var-

dövlətə sərf edib elmsiz yaşayan insanlara

bədbəxt insanlar kimi baxırdı. Biruni belə

insanları görəndə hər zaman “Axirətə mal-dövlət

aparmaq olmur, amma elmi aparmaq olur”

sözlərini deyərdi. Hətta bir dəfə Biruni kitabı

üçün ona bir filin ağırlığında qızıl və cəvahirət

göndərən Sultan Məsudun hədiyyəsini geri qay-

tararaq “Bu kitabı sərvət üçün deyil, elm üçün

yazmışam” demişdir.

Biruni Quran ayələrindəki hikmətlərə istinad

edərək elmi fəaliyyətini genişləndir mişdir.

Allah Qurandakı bir çox ayələrdə iman

həqiqətlərinin əhəmiyyətinə diqqət çəkir. “Fatir”

surəsindəki ayələrdə iman həqiqət 

lərindən

nümunələr verilir:

“İnsanların, heyvanların və davarların da bu

cür müxtəlif rəngləri vardır. Allahdan öz

bəndələri içərisində ancaq alimlər qorxar.

Həqiqətən, Allah yenilməz qüvvət sahibidir,

bağışlayandır!”. (Fatir surəsi 28)

Biruni də ayələrdəki hikmətlərə istinad

edərək elmi həqiqətləri əldə etməyə çalış mışdır.

Məsələn, Yerin şimalında Günəşin aylarla

çıxmadığını, çıxdığı zaman da batmadığını

“Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir

qövm üzərinə doğan gördü ki, onlardan ötrü ona

(günəşə) qarşı heç bir sipər yaratmamışdıq”

(Kəhf surəsi 90) ayəsi ilə açıqlamış və bir

lampanın önünə Yeri təmsil edən bir kürə qoyub

fırladaraq bunu əyani göstərmişdir.

Biruni yuxarıdakı ayədə deyildiyi kimi, “Al-

lahdan öz bəndələri içərisində ancaq alimlər

qorxar” kəlamını belə açmışdır. “Mən bütün

həyatımı elmə sərf etmişəm, ancaq üstün bir güc

və sonsuz elm sahibi olan Allahın qarşısında

acizlərin aciziyəm. Çünki elmlə dərindən məşğul

olduqca məlum olur ki, biz nə qədər az savada

malikik. Mənim həyatda bildiyimdən çox

bilmədiklərim daha üstündür. Qurani-Kərimi

oxuduqca bir daha anlayıram ki, ən kiçik uldu-

zlardan tutmuş insan bədənindəki hüceyrələrə

qədər hər bir şeyi yaradan Odur və “Quranın

Kəlamlarını Məhəmməd uydurdu” deyən

ateistlərdən soruşuram: Məhəmməd bunları

haradan bilirdi. Biruni yazırdı: “Mən elmi

düşüncə lərimi elmi dərk edənlərlə bölüşürəm”. 

Vaxtilə filosof Sokratın işlətdiyi “mən

bilirəm ki, heç nə bilmirəm” kəlamı Şərqdə

Biruninin timsalında da geniş istifadə edilmişdi.

Əslində, Sokrat da bilənlərlə dialoqa girişir və

onların dialoqlarından maraqlı anlayışlar ortaya

çıxırdı. 

Ömrü yetmiş yeddi yaşa çatmış bir qoca yataqda

xəstə halda, həyatının son anlarını yaşayırdı.

Bədəni zəifləmiş, vücud çırağı isə sönmək üzrə

idi. Yaxınları nəmli gözlərlə onun halını

nigarançılıqla seyr edirdilər. Nəfəs çəkməsi artıq

tövşüməyə çevrilmişdi. Alim və fəqih dostu

67

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Elm və din rubrikası



Əbul-Həsən Əli ibn İsa kədərlə onun yatağına

yanaşıb, əlini nəvazişlə onun başına və üzünə

çəkdi.

Xəstə qoca qırıq-qırıq kəlmələrlə öz alim dos-



tundan soruşdu:

– Bir vaxt mənə “hesab ciddat fasid”dən

demişdin, bir də təkrar et, görüm necə idi?

Ey əziz dostum! Belə xəstə və zəif halında bu

sualın nə lüzumu vardır?

Xəstə narazı halda cavab verdi:

– Ey kişi! Bu ikisindən hansı yaxşıdır, bu

məsələni bilib ölməyim, yoxsa cahil halda vəfat

etməyim.

Fəqih Əbul-Həsən Əli ibn İsa o məsələni

yenidən açıqladı və yerindən qalxıb xəstə dos-

tunu tərk etdi. O, bir neçə addım aralan mışdı ki,

evdən şivən səsləri yüksəldi, tələsik geri qayıtdı.

Xəstə qoca artıq dünyasını dəyişmişdi. Hətta

ölüm yatağında da elmə susamış olan bu şəxs

Əbu Reyhan Biruni idi.



Həzrət Əlinin elmə

aid 10 kəlamı

On nəfər öz aralarında məsləhət edib qərara

gəldilər ki, ayrı-ayrılıqda Həzrət Əlinin (ə)

yanına gedib ona eyni sualı versinlər. Əgər Əli

(ə) hamının sualını eyni cür cavablandırsa,

deməli, onun elmi azdır və imamətə layiq deyil.

Yox, əgər hər kəsə o fərqli cavab versə, deməli,

Peyğəmbərin: “Mən elmin şəhəriyəm, qapısı isə

Əlidir” kəlamı doğrudur. Birinci adam Həzrət

Əlinin (ə) yanına gəlib soruşdu: “De görüm, elm

daha üstündür ya mal-dövlət?”. Həzrət Əli cavab

verdi: 


“Elm mal-dövlətdən üstündür. Çünki elm

peyğəmbərlərin mirasıdır. Mal-dövlət isə fironun,

Harunun və Şəddatın mirasıdır”.

İkinci adam da gəlib eyni sualı verdi. Əli (ə)

onun sualını belə cavablandırdı: “Elm maldan

üstündür. Çünki elm səni qoruyar, mal-dövləti isə

sən özün qorumalısan”.

Üçüncü adamın sualına imamın cavabı belə

oldu: “Elm mal-dövlətdən üstündür. Çünki al-

imin dostları çox olar, zənginin isə tüməni”.

Dördüncü adam da elmin, yoxsa sərvətin

üstün olduğunu soruşanda Əli (ə) buyurdu: “Elm

sərvətdən üstündür. Çünki elm xərcləndikcə

(başqalarına öyrədildikdə) çoxalar, sərvət isə

xərcləndikcə azalar”.

Beşinci adam eyni sualla müraciət edən də

imam belə cavab verdi; “Elm sərvətdən üstündür.

Çünki varlı adama paxıl və simic deyirlər. Amma

elmli adama ehtiram göstərirlər”.

Altıncı adamın sualının cavabı bu şəkildə

oldu: “Elm maldan üstündür. Çünki oğrular malı

apara bilərlər, elmi isə heç kim səndən oğurlaya

bilməz”.

Yeddinci adam öz sualının cavabında Əlidən

(ə) bunu eşitdi: “Elm maldan üstündür. Çünki

zaman keçdikcə mal köhnələr, çürü yər ya pasla-

nar, dəyərdən düşər. Amma elm üçün bu təhlükə

yoxdur”.


Səkkizinci adamın cavabı bu şəkildə verildi:

“Elm daha yaxşıdır. Çünki mal-dövlət yalnız bu

dünyada insanla birlikdə olar və ona xeyir verər.

Amma elm isə həm bu dünyada, həm də axirətdə

insana fayda gətirər”.

Doqquzuncu şəxsin cavabı da o birilərdən

fərqli oldu: “Elm mal-dövlətdən üstündür. Çünki

mal-dövlət insanın qəlbini daşlaşdırar, elm isə

yumşaldar”.

Nəhayət, onuncu adam elmin, yoxsa malın

üstün olduğunu soruşanda Həzrət Əli (ə)

buyurdu: “Əlbəttə, elm daha üstündür. Çünki

mal-dövlət öz sahibinə təkəbbür və mənəm-

mənəmlik gətirər, hətta bəzi zənginlər Allahlıq

iddiasına düşərlər. Amma elm adamı təvazökar

və başıaşağı olar”. Beləcə, Həzrət Əli ibn Əbu

Talib eyni sualın cavabını on fərqli şəkildə verdi.

Aynur Bağırova

68

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Elm və din ruprikası



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə