“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

69

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Daşduz (yəni xörək duzu) insanlığa

qədim zamanlardan məlumdur. Bunu

müxtəlif dillərdə onun adının oxşarlığı

göstərir. (lat. sal, fransızca sel, almanca

salz.)  Şəhərlərin adlarında da bu ad özünü

göstərir: Salzdetfurth, Salzgitter, Salzbrunn,

Salzuflen və Salzburq. 

Qədim zamanlarda insanlar duzdan

ədviyyat kimi, eləcə də qurban gətirilmədə

istifadə edirdilər, bu qurbana mistik məna

verirdi. Qədim yəhudilərdə duz Allah Yəhva

ilə xalq arasında sarsılmaz əlaqə rəmzi

sayılırdı. İslam dinində çörək “Allah sovqatı”

sayıldığından onun duza batırılıb yeyilməsi

çörəyin qorunması, bu isə Tanrı və onun

təbəələri arasında birliyin olması demək idi.

Katolik kilsəsi duzdan uşaqları xaç suyuna

çəkmə zamanı istifadə edirdi. Marko Polo-

nun dediklərinə görə, Çində XIII əsrdə,

Efiopiyada XIX əsrdə daş duzundan ödəniş

vasitəsi kimi istifadə olunurdu, ondan

sikkələr hazırlanırdı. Rusiyada möhtərəm

qonaqları duz-çörəklə qarşılayırdılar. Duzun

dağılmağı isə pis əlamət sayılırdı. Daşduzun

kimyəvi tərkibi NaCl – natrium xloriddir. Bu

rəngsiz, hiqrosqopik, suda həll olan

kristallardır. 75 kq çəkisi olan insanın orqa -

nizmində 0,5 kq-a qədər duz mövcuddur və

bu onun bütün sistemlərinin həyat fəaliy 

-

yətində mühüm rol oynayır. Duzun tamamilə



rasiondan çıxarılması həyat fəaliyyətinin

pozulmasına gətirib çıxarır. Uzunmüddətli

duz aclığı orqanizmin məh vi nə gətirir. İnsa -

nın duza sutkalıq tələbatı 10–15 qr, isti iqlimli

ölkələrdə isə 25–30 qr təşkil edir. Bu onunla

izah olunur ki, NaCl bədəndən intensiv

şəkildə tərlə xaric olunur və itirilən duz böyük

dozada bərpa olun 

malıdır. Hipertoniya,

piylənmə və şişkinlik lərdən əziyyət çəkən -

lərə həkimlər sutkalıq dozanı azalt 

mağı


məsləhət görürlər. Orqa nizmdə duz çoxluğu

kəskin zəhərlənmə və sinir sisteminin iflicinə

gətirib çıxara bilər. İsti iqlim şəraitli işlərdə

həkimlər duzlu su içməyi məsləhət görürlər

(0,3–0,5%-li məh 

lul), çünki duz suyun

orqanizmdə qalmağını təmin edir. Bir çox

yeyinti məhsullarının tərkibində duz var (inək

südü 0,06%, keçi südü 0,065%). Bəzi xalqlar

duz haqqında anlayışları olmadan yaşa yıb -

lar. Məsələn: Polinizeylər əti qoz qabığında

hazır saxladıqları dəniz suyuna batırırdılar.

NaCl-un bizim planeti mizdəki əsas mənbəyi

dünya okeanlarıdır. Təqribi hesablamalara

görə 4•1015 t ərimiş NaCl mövcuddur.

Okean sularının tərkibində demək olar ki,

daimi 2,8% NaCl mövcuddur. Daxili dəniz -

lərin tərkibində NaCl yüksəkdir. Məsə 

lən:

Aralıq dənizində 3,1%, Ölü dənizdə 7,9%.



Təbiətdə daşduz qalit mine 

ralı şəklində

əmələ gəlir. Nə vaxtlarsa mövcud olan dəniz

körfəz lərinin,  göllərin məhv olmasından

əmələ gələn çöküntülər qalit mineralı adlanır. 

Qalit rəngsiz, ağ, bozumtul (gil hissə ciklə -

rinin hesabına), çəhrayı və qırmızı (dəmir

(III) oksidin hesabına), yaşıl, mavi və göy

olur. Yer qabığının radioaktiv şüalanması

Daşduz haqqında

bilmədiklərimiz



70

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

nəticəsində daş duzun göy və ona yaxın

rəng çalarları yaranır. Natrium atomları

kristallik qəfəsdə diametri 1–5 nm olan NaCl,

sarı-narıncı nahiyədə isə işığı udan kolloid

hissəciklərini yaradır. Duz yataqları qədim və

müasir olmaqla fərqlənir. Qədim duz yataq -

ları özündə intensiv buxarlanma nəticəsində

qədim göllərin, körfəzlərin çöküntülərini əks

etdirir. Belə daşduz gümbəz, təbəqə, çö kün -

tü süxurları şəklində olur. Belə süxurlar böyük

sahəni əhatə edir (10km

2

-lərlə). Müasir



yataqlar isə göllərin, körfəzlərin suyunun

buxarlanması nəticəsində yaranır. Böyük duz

yataqları Rusiyanın Solikam-Bereznya kov,

Orenburq, İrkutsk vilayətində, Yakutiya da dır.

Müasir yataqlara Qərbi Sibir və Xə zər yanı

ovalıqda yerləşən Baskunçak gölü aiddir.

Daşduz yataqları ABŞ, Almaniya, İngiltərə,

Ukraynada, o cümlədən Azərbay canda möv -

cuddur.

Azərbaycanın Naxçıvan ərazisi də duz



yataqları ilə zəngindir. 

Duzdağ, Nehrəm və Şəkərabad-

Qoşadizə daş duz yataqları. 

Naxçıvan Muxtar Respublikasının daş -

duz yataqları Babək rayonunun ərazi sində,

Naxçıvan şəhərinin yaxınlığında yerləşir.

Hazırda üç daşduz yatağı mövcuddur: Duz -

dağ, Nehrəm və Şəkərabad-Qoşadizə. Duz -

dağ yatağı iki sahəyə ayrılır: Naxçıvan

sa həsi (uzunluğu 2,2 km, eni 1,6 km, sahəsi

3,5 kv.km) və ondan 4,5 km şimal-qəbdə

yerləşən Sust sahəsi (uzunluğu 1,3 km, 0,9

km, sahəsi 1,2 kv. km).

Naxçıvan sahəsi. Naxçıvan şəhərindən

12 km şimal qərbdə yerləşir. Yataq 6 laydan

ibarətdir. Aşağıda I və II duz layları üzrə

kimyəvi analizin orta nəticələri verilir.

Sust sahəsi. Naxçıvan şəhərindən 20 km

şimal-şərqdə, Sust kəndindən isə 3 km

şərqdə yerləşir. Yatağın geoloji quruluşunda

Miosen, Dördüncü və Müasir dövrün kom-

pleks süxurları iştirak edir. Naxçıvan daşduz

sahəsi də həmin kompleksdə yerləşir. Sust

sahəsinin daşduzu  mikroskopik cəhətdən

Naxçıvan sahəsinin daş duzundan heç nə ilə

fərqlənmir. Həll olmayan qalıqların miqda rın -

dan asılı olaraq daşduz, adətən, ağ, ağımtıl-

boz rəngdədir. Aşağıda Sust sahəsi üzrə duzun

kimyəvi tərkibi verilir. 

Nehrəm daşduz yatağı. Yataq Babək

rayonunun Nehrəm kəndi ətrafında, Naxçı -

van şəhərindən 10 km cənub-şərqdə yerləşir.

Yataq mütləq hündürlüyü 800–850 m olan

alçaq təpəli-düzənlik ərazidədir. 




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə