“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   35   36   37   38   39   40   41   42   43

dəyişdirmək mənasına gəlir. Nəticədə bu şərh və

yozumlar sayəsində “şərhlərin-yozumların

toqquşması” (conflict of interpretations) məsələsi

ortaya çıxır. Bu isə normaldır və ancaq hermenevtik

metodologiya ilə izah oluna bilər. Rikor şərhinə

ehtiyac duyulan mətn və simvolların müəyyən

xüsusiyyətlərə malik olduğunu vurğulayır. Belə ki,

şərh və yozumlar sayəsində  fərqli izahlar meydana

gəlir. Məhz bu izah və açıqlamalar “çox mənalılıq”

prinsipinə dayanılaraq anlaşılmalıdır. Bu şərh və ya

mənaları anlayaraq qəbul edən hər hansı bir insan,

eyni zamanda bunları öz dünyagörüşünə də tətbiq

edir. Nəticədə Rikora görə, hər bir hermenevtik

fəaliyyətdə “başqasını”  anlama üzərindən, eyni

zamanda insanın özünü anlama prosesi həyata

keçirilir. Bu kontekstdə Aida xanım analitik tərzdə

modern hermenevtik fəlsəfədə aktual bir  problem

olan yazıçı-oxucu əlaqəsinə toxunaraq  mövzunu belə

qiymətləndirir: “Ədəbiyyat yazıçı ilə oxucu arasında

mənəvi vasitəçi olmalıdır. O, insan qəlbinin sirlərini

dərinliklərini öyrənməli, “söz hoqqabazlığı və şeir

dekoru sərgisinə” çevrilməməlidir”. İmanquliyevanın

bu ifadələri eyni zamanda fəlsəfi hermenevtikada

yazıçı və ya müəllifin niyyətini mətn vasitəsilə

müəyyən etmə problematikasına da işarə edir.

Nəticədə bu fəlsəfi görüşə görə, hər hansı bir mətndə

müəllifin niyyətini və məqsədini kəşf etmək fəlsəfi

hermenevtikanın əsas hədəfidir.

Digər cəhətdən şərqşünas alimimiz İmanquliyeva

ədəbiyyatın da sistemli şəkildə elmi meyarlarla tədqiq

olunmasının vacibliyini ifadə edərək məhz

ədəbiyyatın elmi mahiyyətini klassik şair-alim olan

İbn Əbdi Rəbbihiyə istinad edərək izah etməkdədir:

“İbn Əbd Rəbbihi şeirə yeni, orijinal bir məzmun

gətirmişdir. O, elmin bəzi mühüm əsaslarının daha

anlaşılan və yaddaqalan olması məqsədilə onları

şeirlə ifadə etmək təşəbbüsünü irəli sürmüşdür və

poetik ölçülərin əsası və tarix elmi haqqında bir neçə

rəcəz yazmışdır”.

Ümumiyyətlə, ədəbiyyat və fəlsəfə əlaqəsinin

əsasları qədim yunan fəlsəfəsindən etibarən aktuallıq

kəsb etməyə davam edir. Belə ki, qədim yunan

fəlsəfəsində varlığı və mətnləri anlamada iki fəlsəfi

metod olmuşdur. Bunlardan birincisi rasional

metoddur ki, burada bütün arqumentlər əqli-məntiqi

tutarlılığa istinad edilərək əsaslandırılmaqdadır. İkinci

metod isə “ezoterik-batini”, yəni hər bir işarənin və

sözün arxasında  daxili məzmun və ya gizli məna

vardır. Bu düşüncə tərzi ilə hər şey başqa bir şeyin

simvolu və ya işarəsidir. Nəticədə sonsuz işarələr

sistemi içərisində mənalar mövcuddur. Məhz bu

kontekstdə İmanquliyeva romantik fəlsəfi əsaslara

istinad edən ədəbi stildə yazmanın mahiyyətini

dolğun şəkildə öz yaradıcılığında təsvir və təhlil

edərək mövzunu belə qiymətləndirir: “Romantiklərin

yaradıcılığında həmişə olan digər ən mühüm cizgilər

şəxsiyyətin və cəmiyyətin qarşılıqlı əlaqəsi, böyük

keçmişin kiçik bu günə qarşı qoyulması, ideal və

gerçəklik arasındakı uyğunsuzluqdur. Bərqərar olan

ictimai münasibətlərə qarşı üsyankar etiraz,

subyektivizm və pessimizmin əhvali-ruhiyyəsi,

tövbəkarlığa və peyğəmbərliyə meyil, didaktizm

elementləri və həmişə yüksək olan emosional hal-

qəzəb, inkar, sevinc, təsdiq, məhəbbət və nifrət,

mərhəmət də romantizmə xasdır”. 

Məhz qeyd olunan  arqumentlər çərçivəsində

qeyd edə bilərik ki, həm fəlsəfədə, həm də

ədəbiyyatda mətnlər vasitəsilə dünya görüşləri

rasional və məcazi dil vasitəsilə ifadə edilməkdədir.

Təsadüfi deyildir ki, bu mənada məşhur alman

filosofu Martin Haydegger dili “varlığın evi” adlan -

dırmaqdadır. Yəni varlıq (mövcudat) və var olma

sözlər vasitəsilə dildə “dilə gələrək” rasional təfəkkür

səviyyəsindən ikinci kateqoriyaya, lüğəvi həqiqət

kateqoriyasına daxil olur. Nəticədə Aida xanımın da

ifadə etdiyi kimi, müxtəlif xalq və millətlər arasında

ədəbiyyat sayəsində çoxçalarlı fəlsəfi-ədəbi

inteqrasiyalar reallaşır: “Ədəbi əlaqələrin tarixi

xalqların tarixi ilə qırılmaz surətdə bağlıdır. Dünya

xalqları ədəbiyyatı arasındakı əlaqələrin tədqiqi

göstərir ki, ayrı-ayrı ədəbiyyatların meydana gəldiyi

dövrdən onların arasında müxtəlif əlaqə faktları

mövcud olmuşdur. Şifahi ədəbiyyatda, xüsusilə Şərq

xalqları folklorunda ədəbi əlaqələrin dərin iz burax -

ması onların tarixən çox qədim kökləri, qaynaqları

olduğunu sübut edir”.

Yekun olaraq qeyd etməliyəm ki, Aida

İmanquliyevanın  yaradıcılığı həm fəlsəfi, həm də

ədəbi mətnlərin anlaşılması və şərh olunmasında

müasir dövrdə genişcə tətbiq olunan hermenevtik

tezis və təhlillər ilə zəngindir. Məhz Aida xanımın

əsərlərində hermenevtik metod vasitəsilə

ixtisaslararası (interdissiplinar) əlaqələrin ən aktual

nümunələrinə rast gəlmək mümkündür. Nəticədə

İmanquliyevanın bütün yaradıcılığı  ekzistensial

olaraq varlığı, mətnləri və ümumiyyətlə, ədəbi

əsərləri anlayaraq öz həyat anlayışımızı və mənəvi

dünyamızı zənginləşdirməmizdə böyük əhəmiyyət

kəsb edir və edəcəkdir.

Rəşad İlyasov,

filologiya üzrə fəlsəfə doktoru



85

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




86

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Vegetarianlıq sadəcə qidalanma sistemi deyil, bu

canlı məxluqları öldürmək və ağrı verməkdən imtina

etməklə xarakterizə olunan bir həyat tərzidir. Məhz

buna gör


ə vegetarianlıq heyvandarlıq məhsul larının

istifadəsini istisna edir.  

Nəyə görə insanlar vegetarian olur?

Vegetarian qidalanma sisteminin seçilməsində vacib

rolu dini inanclar oynayır. Məsələn, Şərqin bir çox

dinləri – buddizm, hinduizm, caynizm – canlı

məxluqları öldürməyin və ağrı verməyin insanın öz

təbiətinə zidd olduğuna dair fəlsəfi baxışı qəbul edir. 

Avropalıların vegetarian olmaqlarının səbəbləri

müxtəlif ola bilər. Hər şeydən əvvəl bu heyvanlara əzab

verməyə qarşı olan etik amillərlə bağlıdır. Digər insanlar

tibbi səbəblərə görə vegetarianlığa müraciət edirlər, belə

ki, bu qidalanma üsulunun xərçəng, ateroskleroz, bəzi

ürək-damar xəstəliklərinin inkişafı riskini və mədə-

bağır saq traktının yaranması riskini azaltmağı haqda

sübutlar mövcuddur. 

Həmçinin vegetarianlığın iqtisadi səbəbləri də

vardır – bir qism insanlar düşünür ki, ətdən istifadə

səmərəsizdir, belə ki, ət məhsullarının qiyməti çox

yüksəkdir. 

Çox insanlar arıqlamaq üçün vegetarian olmağı

qərara alırlar. Amerika dietoloqlar birliyinə görə düzgün

təşkil olunmuş vegetarian qidalanma sistemi, həqiqətən,

təbii yolla çəkini azaltmağa imkan verir. 



Vegetarianlığın növləri

Vegetarianlığın bir neçə növləri vardır və elə

qidalanma sistemləri vardır ki, onları bəzən səhvən

vegetarianlıq hesab edirlər. Məsələn, fleksitarianlığı tez-

tez vegetarianlığın bir növü kimi qiymətləndirirlər və bu

qidalanma sistemini vegetarianlığın ən yumşaq

variantlarından biri hesab edirlər. Amma bu doğru deyil. 

Fleksitarianlıq,

əsasən, tərəvəz yeməyindən ibarət

olan qidalanma növüdür. Ət və dəniz məhsullarının az

miqdarda və ya çox nadir hallarda istifadəsinə icazə

verilir, məsələn, ayda bir dəfə. Dünyanın aparıcı

dietoloqlarının fikrinə görə, bu qidalanma sistemi bu

gün çox effektivdir, lakin o vegetarianlığa aid edilmir.

Məsələ ondadır ki, klassik vegetarianlar hesab edir ki,

qidalanmada heyvan mənşəli məhsullar tamamilə istisna

etməlidir. Hesab olunur ki, vegetarianlıq dörd növdə ola

bilər. 

Lakto-ovo-vegetarianlıq

– ət, dəniz məhsulları və

balığın istifadəsinə qadağa qoyur. Bütün süd məhsul -

larının, toyuq yumurtasının və balın istifadəsi məsləhət

görülür. Bu qidalanma sistemi arıqlamaq arzusunda

olanlar arasında ən geniş yayılmış vegetarian pəhrizidir. 



Lakto-ovo-vegetarianlar

ilk növbədə etik müla -

hizələri və məsləkləri rəhbər tuturlar. Onlar qidalanmada

istehsalında heyvan qursağından istifadə olunan bəzi

pendir növlərini xaric edirlər. Lakto-ovo-vegetari anlıqda,

bir qayda olaraq, bitki qidası əsasən süd məhsulları və

yumurta ilə uzlaşdırılır. 

Lakto-vegetarianlıq

bitki qidasından istifadəyə

icazə verən, lakin lakto-ovo-vegetarianlıqdan fərqli

olaraq, toyuq yumurtasından istifadəyə qadağa qoyan

vegetarian qidalanma sistemidir. Lakto-vegetarianlar

hesab edir ki, yemək rasionuna heyvan mənşəli qidaları

daxil etmək olar, o halda ki, onlar zorakı yolla istehsal

olunmayıb. Yumurta yemək rasionundan tamamilə xaric

edilir, çünki yumurtada rüşeym vardır, yəni istifadə

zamanı öldürmə baş verir ki, digər istənilən canlını

yeməkdən fərqlənmir. 

Ovo-vegetarianlıq 

– öz rasionunda yumurta və

baldan istifadəyə icazə verən, lakin bununla belə bütün

süd məhsullarından istifadəyə qadağa qoyan vegetarian

qidalanma sistemidir. Etik nöqteyi-nəzərdən yumur -

tadan istifadəyə onunla bəraət qazandırılır ki, müasir

quşçuluqda yumurta mayalanmamış alınır, bu səbəbdən

o, potensial canlı hesab edilmir. Bundan başqa, toyuq

yumurtaları bir çox sevimli yeməklərin və qənnadı

məmulatlarının tərkibinə daxildir, ona görə ovo-vege -

tarianlığı vegetarianlığın demokratik növü hesab etmək

olar. 


Veganlıq 

– vegetarianlığın kəskin klassik variantıdır.

Zəiflik göstərilməsinə  yol verilmir. Bu qidalanma

metodikasına uyğun olaraq, bütün heyvan mənşəli

məhsullardan istifadəyə ciddi məhdudiyyət qoyulub –

ət, dəniz məhsulları, balıq istifadə etmək olmaz. Bütün

süd məhsulları, yumurta və bal istisna edilib. Bəzi

vegetarianlar hesab edir ki, müəyyən qidadan əlavə

müəyyən məişət əşyalarını da xaric etmək lazımdır:

Canlıların xəzindən və dərisindən hazırlanan paltar

və aksessuarlar;

Tərkibinə heyvan mənşəli maddələrin daxil olduğu

məhsullar və preparatlar (məsələn: jelatin və ya

qliserin); heyvanlar üzərində test edilmiş məhsullar.



Vegetarianlıq tarixindən

Lev Tolstoy heyvanlara rəhmi gəldiyinə görə

vegetarian olmuşdur, Adolf Hitler isə yüz yaşınacan

yaşamaq istəyirdi. Bu gün bitki qidasından istifadə dəb

halına gəlib, bununla belə, yeni vegetarianlar nəinki

özləri ətdən imtina edir, həmçinin ətyeyənlərlə fəal

mübarizə aparır. Elmi-statistikaya əsasən hal-hazırda

dünyada milyarda yaxın vegetarian yaşayır. Bəzi



Vegetarianlıq fәlsәfәsi


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə