“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   35   36   37   38   39   40   41   42   43

83

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



Professor Aida İmanquliyeva

Yaradıcılığının Hermenevtik Mahiyyəti

Bu məqalədə professor Aida İmanquli yeva nın

əsərlərinə istinad edərək onun yaradıcılığının

hermenevtik aspektlərini və bəzi fəlsəfi-ədəbi

çalarlarını şərh etməyə səy göstərəcəm. Ümidvaram

ki, bu fəlsəfi şərh gələcəkdə mütəfəkkir xanım

alimimizin yaradıcılığının əhatəli tədqiqində ip ucu

olaraq öz töhfəsini göstərəcəkdir.  Məhz hər hansı bir

mövzuda yazılan məqalələrin də mahiyyət olaraq

funksi yası müəyyən işarə və ip ucları ilə mövzunun

elmi aktuallığını vurğulamaqdan ibarətdir.

Əvvəlcə onu qeyd edim ki, Aida xanımla

sağlığında görüşmək və elmindən bəhrələnmək mənə

nəsib olmasa da, qismətimdə Aida xanımın “Yeni

ərəb ədəbiyyatı korifeyləri” kitabını 2007-ci ildə

İstanbulda “Modern Arap Edebiyatının Usta Kalem -

leri” adı altında tərcümə etmək mənə  nəsib olmuşdur.

Məhz Aida xanım bu kitabı son dərəcə elmi ciddiy -

yətlə və ədəbi-fəlsəfi dərinliklə yazdığı üçün gənc bir

alim olaraq mənim yetişməmə də böyük təsir göstər -

miş və hal-hazırda da göstərməkdədir. Qeyd olunan

kitabın Türk dilinə tərcümə edilməsindən 6 il

ötməsinə baxmayaraq,  kitab ərəb ədəbiyyatı, xüsusilə

şərq-qərb münasibətlərini tədqiq edən alimlər və

tədqiqatçılar üçün Türkiyədə də öz aktuallığını qoru -

yub saxlamaqdadır. Məhz müxtəlif məqalə lərdə Aida

xanımın bu kitabı elmi mənbə olaraq istifadə

olunmaqdadır. 

Məqalənin adında qeyd olunan “üfüqlərin

qovuşması” (fusion of horizons)  və “hermenev tika”

ifadələri 20-ci əsrin məşhur filosofu H.Qade merin

tərəfindən hermenevtikanı izah edərkən ortaya atdığı

fəlsəfi baxış tərzidir. Qısaca olaraq bu baxış tərzinə

görə, ümumiyyətlə, insanlar bir-birlərini qavrama və

anlama prosesində özlərinə aid anlayışlarını, yəni

üfüqlə 


rini bölüşərək və qovuşduraraq mövzuları

müza kirə edir və bir-birlərini anlayırlar. Məhz bu

mövzu geniş mənada həm fəlsəfədə, həm də

ədəbiyyatda müxtəlif aspektlərdən aktuallıq kəsb edir.

Aida xanımın əsərlərini tədqiq etdiyimizdə də belə bir

baxış tərzi ilə rastlaşırıq. Belə ki, Aida xanım öz

ifadələri ilə millət və xalqların ədəbiyyatlarının

hermenevtik əlaqəsini belə izah edir: “Dünyanın

müxtəlif bölgələri arasındakı qarşılıqlı əlaqələr

sayəsində hər bir milli ədəbiyyatın nailiyyəti başqa,

hətta məkan etibarı ilə uzaq ədəbiyyatların da

nailiyyətinə çevrilir...istənilən xalqın mədəniyyəti

xaraktercə mili olub, ümumbəşəri nailiyyətlərlə

qırılmaz surətdə bağlıdır”.

Ümumiyyətlə, Aida İmanquliyevanın yaradıcı 

-

lığında hermenevtik metodologiya baxımından



elmlərarası təhlillər və ya müasir fəlsəfədə aktual

mövzulardan hesab olunan interdissiplinar-

multidissiplinar baxış tərzlərinin tətbiq olunduğuna

rast gəlmək mümkündür.  İmanquliyeva klassik ərəb

ədəbiyyatına dair yazdığı bir məqalədə real həyat,

bədii əsər və etik qaydalar fonunda məsələni belə

qiymətləndirir: “İbn Həzmin qayğısız gənclik illərinin

xatirəsi olan “Göyərçinin boyunbağısı” həm müstəqil

bədii əsər, həm də əxlaq normalarının təhlilinə həsr

Üfüqlәrin qovuşması: 



edilmiş traktatdır. Əsərdə müəllif sevgi, sədaqət

məsələlərinə toxunur və irəli sürdüyü mənəvi-

psixoloji fikirləri həyatdan gətirdiyi inandırıcı

misallarla möhkəmləndirməyə çalışır. Bu misallar,

əsasən, o vaxtkı ispan həyatından götürülmüş

lövhələrdən ibarətdir”.

Təsadüfi deyildir ki, Aida İmanquliyevanın

yaradıcılığı hermenevtik baxımdan inteqrativ

mahiyyətə malik olaraq ədəbiyyat-fəlsəfə əlaqələri

kontekstində  tezis, təhlil və nəticələrlə son dərəcə

zəngindir. Məhz  professor Nərgiz Paşayeva haqlı

olaraq  bu məsələni belə qiymətləndirir: “ ...dünyanın

əqli elmlə və ya əhval elmi ilə dərki məsələsi Aida

xanımın məşğul olduğu Şərq ədəbiyyatının və

fəlsəfəsinin əsas mövzularından idi”.

Ədəbi və fəlsəfi kontekstdə şərq-qərb

münasibətləri

Hər hansı bir mədəniyyətin meydana gəlməsinin

əsasını inteqrativlik və özünü dərk prosesi təşkil edir.

Bu həm fərdi, həm də ictimai dünya görüşünə  istinad

edir. Məhz buna görə də müxtəlif mədəniyyətlər

arasında olan transformasiyalar özünü dərkə istinad

edərək dünya görüşlərinin qarşılıqlı nüfuz etmə

mənasına gəlir. Milli kimlikdən fərqli olaraq, özünü

dərk sosial tərifə ehtiyac olmadan fərdi şüuru əks

etdirir. Məhz milli kimlik məfhumu mərhələli olaraq

milli özünü dərkə istinad edərək formalaşır. Belə ki,

mədəniyyətlərin inteqrativliyi və özünü dərk prosesi

daha əhatəli varlıq anlayışı və davranış modelləri

vasitəsi ilə yaranır. Fenomonologiya metodu ilə

mütləq bir idrak səviyyəsinə çatmağa səy edən

məşhur Alman filosofu Edmund Husserl həyat

dünyasının elmi tədqiqata müdaxilə etdiyini, bu

dünyanın bizə verilmiş olduğunu və bizim özümüzü

ancaq onun içində təcrübə və idrak edə bildiyimizi

vurğulamışdır. Məhz Aida İmanquliyeva bu

kontekstdə Livanın belə bir coğrafi məkanda, Şərqlə-

Qərbin kəsişmə nöqtəsində yerləşməsini də

intellektual mühitin yaranmasına səbəb olduğunu

ifadə edir. İmanquliyeva bu sintez məsələsinə

toxunaraq Əndəlisdə yaranan ədəbiyyatın Qərbi

Avropa və Şərq arasında vasitəçilikdə rolunun böyük

olduğunu vurğulayır: “Ərəblərin mənimsədikləri

antik, qədim şərq və ərəb-müsəlman ənənələri

Əndəlis vasitəsilə Avropaya yayılırdı”. 

Ümumiyyətlə, mədəniyyətlərarası dialoqun

əsasını “mən” və “başqası” məfhumlarının

münasibətləri təşkil edərək funksionallıq və mahiyyət

baxımından həlledici rola malik olurlar. Belə ki,

“mən”, hər hansı bir mədəniyyətin və ya

sivilizasiyanın daxilində “başqa”larından fərqli

düşünmə sistemləri ilə qarşılaşır. Nəticədə “mən`”

sivilizasiyalararası əlaqədə həm qəbul etmə, həm də

ayrılma mənasında özünü ancaq başqası və ya başqa

sivilizasiya vasitəsi ilə müəyyən edir. Levinasın da

qeyd etdiyi kimi: “insanlığın mənbəyi, bəlkə də,

Başqasıdır”. 

Aida İmanquliyeva ədəbi-fəlsəfi ümumiləşdirmə

nöqteyi nəzərindən Cübran Xəlil Cübran, Əmin ər-

Reyhani və Mixail Nuayməni bu kontekstdə belə

dəyərləndirir: “Onlara əzəldən Şərq xalqlarının mədə -

niyyətinə xas olan ümumbəşəri və humanist ideallar

əsasında öz doğma mədəniyyətlərində bu dəyərlərin

təsdiq üçün müvafiq üsullar tapmaq asan idi. Eyni

zamanda heç vaxt unutmaq lazım deyil ki, bu

yazıçıları öz vətəninin adət-ənənələrini və öz dilini

qoruyub saxlayan mühacirlər mühiti əhatə edirdi.

Buna görə də onlar iki mədəni ənənənin –həm Şərqin,

həm də Qərbin mədəni əlaqələrinin daşıyıcıları

oldular”.

Ümumiyyətlə isə hermenevtik prosesin özünü

dərk məfhumu ilə birbaşa əlaqəsi vardır və  burada

əsas ölçü nüfuzetmə xüsusiyyətinə malik olmaqdır.

Başqa bir ifadə ilə,  özünüdərk digər mədəniyyət

ünsürləri ilə açıq və bölüşə bilən mahiyyətdə

olmalıdır. Həyat tərzinin müxtəlifliyi və fərqli

mədəniyyət formaları, özlərini yarada bilmə

qabiliyyətlərinin şaquli və üfüqi səviyyədə var

olmaları ilə səciyyələnir. Belə bir mədəniyyətdə

özünüdərkin ən təsirli iki nümunəsi olaraq Böyük

İsgəndərin siyasi hakimiyyəti altında  yaranan

mədəniyyətlər hövzəsi və İslam mədəniyyətinin

Abbasi, Əndəlüs, Osmanlı və hind hövzələrində

meydana gələn dəyişik formalarını göstərmək

mümkündür. Daha sonralar İslam mədəniyyətinin

uzunmüddətli inteqrasiya prosesində İpək yolu

vasitəsilə iqtisadi və mədəni əlaqələr Buxaradan

Qahirəyə, İstanbuldan Qrenadaya qədər əraziləri

əhatə etmişdir. Bunun nəticəsində də fərqli

şəhərləşmə modeli vasitəsilə meydana gələn həyat

tərzləri, müştərək məfhumlar kateqoriyası və

linqvistik vasitələr müxtəlif intellektual məktəblərin

ortaya çıxmasına səbəb olmuşdur.

Mətnin mahiyyəti və hermenevtik dialoq

Müasir Qərb fəlsəfəsində və mədəniyyətində

hermenevtik metodlarla mətnlərin və simvolların kəşf

edilərək interpretasiya (şərh-təfsir) məsələsi öz

aktuallığını mühafizə edir. Belə ki, məşhur fransız

filosofu və hermenevtik mütəxəssis Pol Rikora görə,

bir mədəniyyəti şərh etmək və ya onun simvollarını

yozmaq o mədəniyyəti müəyyən dərəcədə



84

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə