Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə15/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   11   12   13   14   15   16   17   18   ...   231

 

35

sonra Moskva tutulacaq və Türkiyə ordusu öz müttəfiqlik borcunu qəhrəmanlıqla yerinə 



yetirməyə başlayacaq. 

 

– Əgər mən sizi düzgün başa düşdümsə, cənab baş nazir, deməli, Türkiyədə hələ indiyədək də 



müxalifət mövcuddur? Mənə belə gəlir ki, hazırkı beynəlxalq vəziyyət kimi mühüm tarixi dövrdə 

müxalifət ölkə daxilində “beşinci təkər” kimi bir şeydir və bu, təcili surətdə ən qəti tədbirlər 

görülməsini tələb edir. Bu cür sanitariya tədbirlərinin zəruriliyinin İranda vaxtında anlamış, 

həmin azarın kökünü kəsmək üçün təmizləyici atəşdən istifadə etmişlər, bununla da dövlət 

monolitliyini xeyli qüvvətləndirmişlər. 

 

– Türkiyə İran deyil, cənab Keytel, – deyə Saracoğlu quru tərzdə cavab verir. 



 

Bağırov uzaq neft mədəni ilə telefonla danışır: 

 

– Əgər qəzet oxumursansa, mən sənə göndərə bilərəm. Müharibə gedir, eşidirsən məni? 



Müharibə. Bəs sən mənə nə deyirsən? 

 

Mənə neft lazımdır, quru söz yox! Yaxşı, Vəzirova əmr edərəm, sənə iki qazma qurğusu verər. 



Bundan artıq heç nə yoxdur. Qalan məsələlərin də öhdəsindən özün birtəhər gəl! Hə, bilirsən lap 

yaxşı, – Bağırov tam general formasında içəri girən Əmiraslanovu görür. 

 

Təəccüblə qaşlarını qaldırıb, əyləşməsinə işarə edir. Söhbətini davam etdirir: – Ürəkdən arzu 



edirəm ki, vaxtında çatdırasan. Yox, incimə, zarafat elədim, – dəstəyi yerinə qoyur. – Bədirovun 

işi çətindir – adam yox, mexanizm yox... – Əmiraslanova müraciət edir. 

 

– Sən nə münasibətdə belə bəzənmisən? 



 

– Bir həftəliyə getməliyəm. Sabah bizim qoşunlar İrana girir. 

 

İcazə verəcəksiniz? 



 

– Mütləq gərək sən gedəsən? – Bu anda içəri girən katibə narazıparazı baxır. – Nə olub? 

 

– Oğlunuz gəlib, yoldaş Bağırov. 



 

On doqquz yaşlarında təyyarəçi-leytenant kabinetə daxil olur. 

 

– Qoy gözləsin... Yaxşı, çağır görək. 



 

– Nədir, yoxsa sözləşmisiniz? – Bağırov salamlaşıb soruşur. – Bu da formadadır! Sən hara 

hazırlaşırsan! 

 

– Deyəsən, cəbhəyə. Bir saatdan sonra uçuram, – oğlu gülümsəyərək cavab verir. 



 

– Hansı cəbhəyə? – Bağırov yerindən qalxıb pəncərəyə yaxınlaşır. 

 

Hirsli-hirsli deyinir. – Heç nə başa düşmürəm. Həftələrlə üzünü görmürəm, haralardasa itib-



batırsan. İndi də gəlmisən ki, “bir 47 saatdan sonra uçuram”. Heç olmasa, deyiblər hara? Mən 

öyrənərəm, hə-hə, özüm öyrənərəm... – Ciblərini axtarır, pul çıxarır, zarafatyana danışmağa 

çalışır. – Sənin yaşında mən pul xərcləməyi yaman xoşlayırdım. Ancaq heç vaxt pulum olmurdu, 

– diqqətlə oğlunu süzür. – Sən haçan belə böyüdün?! Yəqin mən hər halda pis atayam, – qəflətən 

hərarətlə oğlunu bağrına basır. – Özündən muğayat ol, oğlum! – Asta-asta qollarını açıb, 



 

36

Əmiraslanova müraciət edir. – Bilirsən, bu anadan olanda... – Sözünü yarıda kəsir, çünki 



Əmiraslanov artıq otaqda yoxdur. 

 

Müharibə dövrünün Bakısı. Minlərcə şəhər sakini Bakını şimal istiqamətindən qorumaq üçün 



çala və səngərlər qazır. Şəhər üzərində balinaları xatırladan aerostatlar asılı qalıb. Bağırov 

mədəndədir. 

 

O, Azneft rəisi Tahir Əzizbəyova deyir: 



 

– Ötən ay siz planı cəmi yüz on faiz artıqlaması ilə yerinə yetirmisiniz. 

 

– Adamların yarısı cəbhədədir, yoldaş Bağırov. Tələm-tələsik uşaqlara, qadınlara işi öyrədirik. 



İstismarla yanaşı, kəşfiyyatla da məşğuluq, yeni quyular qazırıq. 

 

– Səhhətin necədir? – deyə Bağırov diqqətlə Əzizbəyovu süzərək soruşur. – Ürəyin incitmir 



səni? 

 

– Hərdən. Ancaq bütövlükdə deyəsən sağlamdır. 



 

– Səninlə məsləhətləşmək istəyirəm. Sözsüz, sənə hamıdan yaxşı bəllidir ki, böyük diametrli 

borular məsələsi nə yerdədir. 

 

– Bağırov az qala yalvarışla danışır. – Yəni bilirsən ki, belə borular yoxdur və müharibə 



qurtaranacan da olmayacaq. Bu tərəfdə faşistlərin hücumu ilə bağlı, neft kəməri həyati vacib 

məsələdir. 

 

Əzizbəyov az qala səksənir: 



 

– Kim çəkəcək o kəməri? 

 

– Bu, sonrakı məsələdir, o barədə hələ danışacağıq... Əsas məsələ boru tapmaqdır. 



 

– Neft kəmərinin uzunluğu nə qədər olacaq? Əgər 300-400 metrdisə, mədənlərdə axtarmaq olar. 

 

– Yox, bu neft kəməri daha uzun olmalıdır. Deməli çıxış nöqtəsindən son məntəqəyədək onun 



uzunluğu... 800 kilometrdir. Buradan Kuybışevəcən. Qaldı ki, boruları haradan almaq indi 

səninlə danışarkən birdən ağlıma gəldi! Axı bizim müvəqqəti gərəyimiz 48 olmayan Bakı-

Batumi neft kəməri var. Onsuz da Qara dənizə almanlar üçün neft vurmayacağıq ki?.. 

Camaatımız neftsiz qalıb, əziyyət çəkir. Batumiyədək kəməri sökmək lazım gələcək. Sonra da 

Kuybışevədək təzədən çəkmək. Plan səninçün gözlənilməzdir, buna görə sənə elə gəlir ki, 

uzaqdır. Sənin yaşında oralara qaçaqaça getmək olar: istər Batumiyə, istərsə də Kuybışevə. 

 

Əzizbəyov hələ bir müddət çaşqın halda Bağırova baxır. Sonra buruğun beton özülü üzərinə 



çökür. Bağırov onunla yanaşı oturur. 

 

Adamlar uzaqdan onlara baxsalar da, heç kəs yaxınlaşmağa cəsarət etmir. 



 

– Ağrıyır? 

 

– Hə. 


 

– Dözə bilirsən? 




 

37

 



– Dözürəm... 

 

– Nahaq yerə. Ürək ağrısına dözmək ziyandır, gərək o saat dərman içəsən, – cibindən dərman 



qutusunu çıxarır, Əzizbəyova bir həb uzadır. – İndi keçər. Çətini birinci dəfədir. Sonra alışarsan. 

Sən sabahadək boruları, neft kəmərlərini yaddan çıxar. Dur gedək mənimlə. Bu gün əlahiddə 

müdafiə rayonu yaradırıq, onun da nəzdində qərargah. Qərargahın üzvü olacaqsan. 

 

– Bəs neft kəmərini nə qədər vaxta çəkmək lazımdır? 



 

– Vaxt sarıdan bəxtimiz gətirib, – Bağırov gümrah halda cavab verir və dərman qutusunu 

təzədən çıxarır. – Boruları tapmaqla müqayisədə nə qədər desən vaxtımız var. Dörd ay. 

 

– Dörd aya səkkiz yüz kilometrlik neft kəməri? 



 

– O birini sökmək, üstəlik də bu birini çəkmək, – Bağırov astadan təkrar edir. 

 

– Bu, mümkün deyil! 



 

Bağırov canıyananlıqla ona baxır, razılıq əlaməti olaraq, başını tərpədir. Ah çəkir, sonra təzədən 

başını tərpədir. 

 

– Eləyərik, – deyə o, astadan dillənir ki, Əzizbəyov hətta eşitmir. 



 

Əmiraslanovun kabineti. Polad söhbətini bitirib, Əmiraslanovla sağollaşır. 

 

– Bu, çox ciddi məsələdir, – deyə Əmiraslanov qayğılı halda dillənir. 



 

– Hətta sizi bu işə cəlb etdiyimə görə hərdən vicdan əzab çəkirəm. Səndən də çox o qızın 

qarşısında özümü xəcalətli sanıram. 

 

Ona mənim salamımı çatdır. Özün isə heç kəsdən heç nə soruşma. 



 

İnan ki, səni yaddan çıxartmayıblar. Çağırış vərəqi almısan? 

 

– Getmişdim, dedilər lazım olanda çağıracağıq. 



 

Əmiraslanov başını tərpədir: 

 

– Ən başlıcası budur ki, sənə nə öyrədirlərsə, yaxşı-yaxşı yaddaşına həkk elə. Bundan çoxlarının, 



o cümlədən sənin də həyatın asılı olacaq! Məni başa düşdün? 

 

Polad gedəndən sonra Əmiraslanov Bağırova zəng vurur. 



 

– Mən İranda qüvvələr düzümü barədə hesabat hazırlamışam. 

 

Almanlar daha altı ədəd sualtı qayıq və iki esminets əlavə ediblər. 



 

Təyyarələr, tanklar da müntəzəm gətirilir. Bunların hamısının hədəfi Bakıdır. Hesabatı sizə 

göstərib, sonra Moskvaya göndərmək istəyirəm... Çox sağ olun. Təcili qərargaha göndərirəm. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə