108
Stalin çiynini çəkir:
– Bu cür xəbərdarlıqlar, hər şeydən öncə, öz gücsüzlüyünü etiraf etməkdir. Ümid etmək
sadəlövhlükdür ki, eləcə də bizi dostlara teleqraf, poçt kimi vasitələrin köməyilə təsir göstərmək
olar. Mən əminəm ki, bizim dostumuz və müttəfiqimiz ser Uniston Çörçill yaxın günlərdə
Moskva hadisələrinin nə ilə nəticələnəcəyini bilməyinə, Bakını ələ keçirməyə cəhd
göstərməyəcək. Bizim İrandakı qoşunlarımızın komandanı təcrübəli komandirdir. Teleqramsız
da özü yaxşı bilir ki, dövlət sərhədini özbaşına keçən hər hansı silahlı dəstənin öhdəsindən necə
gəlmək lazımdır. Yeri gəlmişkən, yoldaş Poskrebışev, mənə deyə bilərsinzimi, nə üçün bu
əməliyyata “Velvet” parçasının adı verilib? Nədir, axı bu adın mənası?
Mənim adımdan Lavrov yoldaşa çatdırın ki, onun yerində olsaydım, bununla çoxdan
maraqlanardım.
Poskrebışev gedəndən sonra Stalin bir müddət dinməz-söyləməz qəlyanını tüstülədir, sonra
Jukova yaxınlaşır, düz onun gözlərinin içinə baxaraq deyir:
– Georgi Konstantinoviç, qalmağınızı ona görə xahiş etdim ki, son vaxtlar əhval-ruhiyyəniz məni
narahat edir. Moskvanın müdafiəsinin həlledici mərhələsində cəbhə komandanının əhval-
ruhiyyəsi heç də diviziyaların sayından az əhəmiyyətli amil deyil... Əyləşin, əyləşin.
– Mən bütün vəziyyət barədə ətraflı məruzə etmişəm. Yenə əvvəlkitək narahatam ki, bizim bütün
ehtiyatlarımızın cəlb edilmə- 135 sinə baxmayaraq, düşmənin canlı qüvvəsi, tank, təyyarələri
bizdən iki dəfə artıqdır. Volokolmamsk və Mojaysk istiqamətlərində isə bu üstünlük daha
böyükdür. Onları heç olmazsa... bir azca möhkəmləndirmək pis olmazdı... Ancaq çox təəssüf,
əldə bir şey yoxdur!
– Əminəm ki, sizinlə mənim kimi iki adam Şurada haqqında danışdığınız yaxşı və faydalı
cəhətlərdən daha diqqətəlayiq bir şey düşünüb tapa bilər. Gəlin, Volokolmask və Mojaysk
istiqamətləri barədə birlikdə düşünək. Bu məni də yaman narahat edir. Bir az baş işlət, Georgi
Konstantinoviç, bəlkə Rokossovski və Qovoruxin yoldaşlara necəsə kömək etmək imkanı tapa
bilərik? Əlbəttə, digər istiqamətlərə ziyan vurmadan?
Köln. Kənardan məktəbi xatırladan binaya bir maşın yaxınlaşır.
Əynində parad forması olan Şults qapıya yönəlir. Lakin giriş qapısının qarşısında dayanmış
keşikçi hərbi təzim edərək, tələsmədən və diqqətlə onun vəsiqəsini gözdən keçirir. İçəri
keçməzdən öncə, Şults daha iki dəfə bu proseduraya məruz qalır.
Polad tirdədir. Avtomat və tapançadan atəş açmaq üzrə təlimatçının nəzarəti altında məşq edir.
Nəzəri cəlb etmədən içəri girən Şults maraqla ona tamaşa etməyə başlayır.
– Müəllimlərin hamısı müsbət qiymət veriblər, – deyə Şults bir qədər sonra çamadanını
qablaşdıran Polada bildirir. – Partlayış işindən baş çıxarmaq hər vaxt karınıza gələ bilər. Elə
ratsiya da. Ancaq alman dilini öyrənmək sahəsindəki uğurlarınız məni xüsusən sevindirir, – o,
cibindən qatlanmış bir qəzet çıxarır. – Alın, ucadan bir şey oxuyun.
Qapıdan çıxmazdan əvvəl Polad spartalı qaydasınca çox sadə bəzənmiş kiçik otağını bir daha
gözdən keçirir.
109
– Güman edirəm, yazda mən heç olmasa uzaqdan dayınız Əbülfəzi
görə biləcəyəm, – deyə Şults
maşında sözə başlayır.
– Bəs onu necə tanıyacaqsınız?
Cavab vermək əvəzinə Şults gülümsəyir.
– Uzaqdan deyirsiz, özünüz də ümid edirsiz ki, onu sizə mən göstərəcəyəm. Bir-birinə zidd
fikirlərdir; axı məni orada dərhal tanıyarlar, – deyə Polad beynindən keçənləri ucadan bildirir.
– Düz deyirsiz. – Şults təqdiredici tərzdə dillənir. – Çalışarıq, bu istiqamətdə bir iş görək.
O, maşını hərbi hospitalın qarşısında saxlayır.
– Bu barədə qəzetlərdə yazmırlar. Ancaq nəzərinizə çatdırım ki, alman cərrahları üzdə plastik
əməliyyatlar aparmaq sahəsində heyrətamiz nailiyyətlər qazanıblar.
– Bizim üçün iki əsas şərt olduqca mühümdür, – deyə Şults cərraha izah edir. – Çalışmaq
lazımdır ki, o, tanınmaz olsun, eyni zamanda da üzünün yeni cizgiləri ətrafdakılarda rəğbət
oyatsın.
Cərrah razılıq əlaməti olaraq, dinməzcə başı ilə təsdiq edir.
– İcazənizlə, – deyə Polad cəsarətsiz halda dillənir. – Üçüncü bir cəhət də var, – müharibə
qurtarandan sonra mən öz normal, yəni indiki görünüşümə qayıtmaq istərdim...
– Mümkündür, – deyə cərrah cavab verir. – Bunun üçün sizin indiki üz cizgilərinizin müxtəlif
rakuslardan çəkilmiş şəkilləri saxlanılmalıdır.
Hə, bir də gips maska.
– Əlbəttə, qalacaq. Yoxsa siz elə bilirsiz, müharibə hələ çox uzun çəkəcək? – deyə Şults soruşur.
– Məni məhz bu qorxudur, – həkim baxışlarını yayındıraraq cavab verir.
Külək əssə də, bərk çovğundur. Axşamın ala-toranında qarğaların qarıltısı insanın qulağını dəlir.
Döyüş meydanında yanmış tankların, zirehli maşınların “skeletləri” gözə dəyir. Əsgərlərdən
ibarət meyityığan qruplar asta-asta buraları dolaşır, üstünü qar basmış meyitləri tapıb götürürlər.
Hansısa teleqramın mətnini ucadan oxuyan gümrah səs ətrafdakı bu mənzərə ilə tam təzad təşkil
edir. “U.Çörçill İ.V.Stalinə. Ümumi planlarımızı müzakirə etmək üçün prezident Ruzveltlə
görüşə yola düşürəm. Vaşinqtondan sizə teleqramla müfəssəl informasiya göndərəcəyəm.
İcazənizlə, fürsətdən istifadə edib sizə bildirim ki, bütün Britaniya xalqı Moskvanın mətin
müdafiəsini böyük heyranlıqla izləyir. Sizin parlaq zəfəriniz barədə xəbəri necə bir rahatlıq hissi
ilə qarşıladığımı təsvir etmək qeyri-mümkündür. Müharibənin kimin xeyrinə bitəcəyini heç vaxt
bu qədər inamla deyə bilməzdim. Sizə minnətdarlıq və təbriklərimi çatdırıram”.
“İ.V.Stalin U.Çörçillə. Sovet ordusunun uğurları ilə bağlı təbriklərinizə görə minnətdarlığımı
bildirirəm. Çətinliklərə baxmayaraq, bir an belə şübhə etmirəm ki, SSRİ, Böyük Britaniya və
ABŞ-ın qüdrətli ittifaqı düşməni məğlub edəcək və biz tam qələbə qazanacaq.
Qəti əmin olduğumu bildirirəm ki, 1942-ci il hitlerizmlə mübarizədə həlledici il olacaq!” Dəfn
qrupu “A” ordu qrupu qərargahının hələ də yerləşdiyi balaca kəndin kənarında nəhəng bir çala