Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə41/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   37   38   39   40   41   42   43   44   ...   231

 

100


Şults seyfdən əzik-üzük kağızlar çıxarıb, onları səliqə ilə hamarlayır. 

 

Şultsla Polad dəhlizdən keçib gedirlər. Qapıların çoxunun qarşısında keşikçilər durub. Gecədən 



xeyli keçməsinə baxmayaraq, binanın əməkdaşları hələ də işləyirlər. 

 

Şults zirzəminin pilləkənini yarıyadək enib ayaq saxlayır: 



 

– Ciddi məsələdə məsləhət verən şəxs, gözlənilən riskin müəyyən hissəsini qeyri-ixtiyari öz 

üzərinə götürmüş olur. Buna görə də, məndən hətta xahiş edəndə belə, məsləhət verməkdən 

çəkinirəm. 

 

İndi isə bunu etməyə məcburam. Ancaq sizə yazığım gəldiyinə görə yox; ona görə ki, mən 



həqiqəti bilmək istəyirəm, özü də kənardan kimlərinsə köməyinə müraciət etmədən. Kənar 

şəxslər vasitəsilə aşkara çıxarılan həqiqət bütün əməli əhəmiyyətini itirir. Buna görə də, bu 

fikirdən vaz keçirəm. İndi bax elə buradaca siz mənə danışmalısız ki, sizi nə vaxt və harada 

casusluğa cəlb ediblər, sizə həmin vaxt, yaxud da sonradan hansı tapşırığı veriblər? Sizin barədə 

ciddi məlumatın belə sızması – praktik əhəmiyyətinizi itirməyiniz deməkdir. Əslində, kim 

olmağınızın heç bir əhəmiyyəti yoxdur. 

 

Mən özüm heç nəyi aydınlaşdırmağa hazırlaşmıram. 



 

– Məgər dünyada elə bir adam varmı ki, kəşfiyyatçı ola, özü də bunu könüllü boynuna ala? – 

deyə Polad soruşur. 

 

– Axmaq adam boynuna almaz və gəbərər. Ağıllı isə hətta ən təhlükəli vəziyyətdən belə özü 



üçün fayda hasil edər, – Şults həmişəkitək saymazyana əda ilə danışır, lakin onun səsində zorla 

duyulan bir çalar var, həm də üzünün ifadəsi sözlərinə məşum bir məna verir. 

 

– Təkcə ona təəssüflənirəm ki, mən casus deyiləm, – Polad utancaq təbəssümlə dillənir. 



 

Şults laqeyd hərəkətlə başını tərpədib, onu özündən qabağa buraxır. 

 

Onlar, lap bu yaxınlaradək idman zalı olmuş böyük otağa girəndə bir neçə esesçi – unterşarfürer 



və esesman, başda zabit olmaqla yerlərindən sıçrayıb, Şultsu salamlayırlar. Şults zabitə 

müraciətlə: 

 

– Cənab oberşturmfürer, əmr edin, Arkadyevi gətirsinlər. 



 

– Şults boş zalda divara söykədilmiş stolun üstündə əyləşib, Poladı da özü ilə yanaşı oturmağa 

dəvət edir. Zalın bütün idman avadanlığı – paralel qollar, idman “keçisi” döşəklər, üzbəüz 

küncdə, İsveç nərdivanının yanında üst-üstə qalaqlanıb. 

 

– Qalın şüşəli eynək taxmış alçaqboy, arıq bir kişini stolun yanına gətirirlər. 



 

– Xoş gördük, cənab Arkadyev, – deyə Şults mehriban təbəssümlə ona müraciət edir. – 

Bağışlayın ki, sizi yuxudan oyatmağa məcbur oldum, əyləşin. 

 

Arkadyev dinməz-söyləməz, başının işarəsilə salama cavab verib stulda oturur. 



 

– Neçə gündür üzünüzü qırxmırsız? Təsəvvür edirəm, yanağınıza ülgüc dəyəndə necə 

rahatlanacaqsız. Bir cəhət məni həmişə sevindirir; hər dəfə əmin oluram ki, istənilən xoşagəlməz 

hadisədə təbii ki, təkcə ölümdən başqa, insan arzu eləsə, xoşa gələn cəhət tapa bilər. Beşgünlük 




 

101


fasilədən sonra isti hamam, təmiz köynək sizə ləzzət verəcək. Zarafat eləmirəm. Bu yalnız 

özünüzdən asılıdır. 

 

İstəsəniz yarım saatdan sonra, ya da səhər açılan kimi – sizinçün nə vaxt əlverişlidirsə, buradan 



çıxa bilərsiz. Təkrar edirəm, bu ancaq özünüzdən asılıdır. Yeri gəlmişkən, sizə deməliyəm ki, 

həbsinizdən şəhərdə heç kimin xəbəri yoxdur. Yoldaşlarınızın hamısı elə bilir ki, səfərdəsiniz. 

 

– Sizə ancaq qibtə edə bilərəm: özünüz burada otura-otura, tanımadığınız yoldaşlarımın 



fikirlərini oxuyursuz. 

 

Təəssüflər olsun ki, bu mənim əlimdən gələn iş deyil. Və təbii ki, burda otura-otura nəinki 



yoldaşlarınızın fikirlərini, heç onların adlarını da bilməzdim, əgər bir nəfər təzə yoldaş 

olmasaydı... 

 

O, yeni tanışlarından bir müddətlik ayrılıb, mənə baş çəkməyə vaxt tapır. İnanmırsınız? Bilirsiz 



kimi deyirəm? Bu yaxınlarda sizin əmioğlunuzla bir yerdə düşərgədən qaçmış mayoru. Yəni o, 

mayor-zad deyil, heç yerdən də qaçmayıb. Daha doğrusu, qaçmağına qaçıb, ancaq mənim 

xatirimə. Budur baxın, – Şults stolun daxılından “mayorun” şəkli yapışdırılımış vəsiqəni çıxarıb, 

Arkadyevə uzadır. – Tanış gəlir? 

 

Arkadyevin sifətinin bircə saniyə içində kətan kimi ağarması Poladı dəhşətə gətirir. Şults isə 



sözünə davam edir: 

 

– Ancaq sizin bu dostunuzun bütün məziyyətləri ilə yanaşı, bir qüsuru da var: o, çox kütdür, 



özünü oda-közə vurub öyrəndiklərini belə əməlli-başlı çatdıra bilmir. Buna görə də, mənə 

lazımdır ki, 126 keçmiş raykom katibi, cənab Arkadyevin bildiklərini zəhmət çəkib özüm 

öyrənim. 

 

– Keçmiş niyə, mən elə indi də raykom katibiyəm, – deyə Arkadyev düzəliş verir. 



 

– Qalacaqsınız da... Əgər əzabkeş qəhrəman rolunu oynamasanız, – deyə Şults dərhal dillənir. – 

Karyeranızın asılı olduğu adama inanmalısız. Nə qədər ki, burdasız, mayorun siyahısından iki-üç 

nəfəri həbs etməyim kifayətdir. Sonra da onlara işarə vurarıq ki, barələrindəki məlumatı sizdən 

almışıq... Görürsüz, necə xoşagəlməz vəziyyət alına bilər. 

 

– Bütün bu günlər ərzində görürdüm ki, əyinlərində hərbi geyim olan adamlar, yəni müasir 



dövlətin rəsmi nümayəndələri məhbuslara işgəncə verir. Ancaq ümid edirdim ki, bunlar 

təsadüfən gözdən yayınmış canilərdir və sizin hakimiyyət orqanları bu özbaşınalıqdan xəbər 

tutan kimi, onlar dərhal cəzalanıb mühakimə ediləcəklər. 

 

Çünki bu cür patoloji amansızlıq hətta canlılar aləminin özü üçün də norma sayıla bilməz. Ancaq 



indi sizinlə söhbətdən sonra mən anlamağa başlayıram ki, hər şey dəhşətli imiş. 

 

– Maraqlı təhlildir, – Şults təqdiredici tərzdə dillənir. – Sizin ixtisasınız nədir? Hüquqşünas? 



Psixoloq? 

 

– Xeyr. Mən raykom katibiyəm. Məni nə gözlədiyini yaxşı bilirəm, ancaq heç nə deyən deyiləm. 



 

– Baxarıq, – Şults özündən razı halda cavab verir. – Özünüzü sıxmayın. Sizə əzab, işgəncə 

verməyə hazırlaşmırıq. İşgəncələr əleyhinə olan təkcə siz deyilsiz. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə