Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə37/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   33   34   35   36   37   38   39   40   ...   231

 

92

 



Odur ki, Bakıda yerləşdikdən sonra mən sizin qocalığınızı təmin etmək üçün qanuni imkan 

axtarıb tapmağa çalışacam. 

 

– Zənnimcə, siz şirnikdirmə dərəcəsinə görə stimulları nömrələyərkən ən güclü və zəruri stimulu 



– borc hissini xatırlamağı unutdunuz. 

 

– deyə Şults dərhal soyuq və sərt qeyd edir. 



 

Şikelants diqqətlə Şultsa nəzər salıb, qəfildən gülməyə başlayır. 

 

Xeyli güldükdən sonra təəccüblə baxan Şultsa deyir: 



 

– Üzr istəyirəm, Şults, borc hissi barədə siz elə bir ehtiras və inamla danışdınız ki, guya onu 

təzəcə ixtira etmisiniz, mən isə 114 patent verməkdən boyun qaçırıram. Nəzərinizə çatdırım ki, 

borc dediyiniz hiss təşəbbüskar və enerjili insanların beyninə iblisanə bir məharətlə yeridilmiş 

əyləc mexanizmidir ki, onu müəyyən çərçivədə saxlamaq mümkün olsun! Siz uzun müddət 

burada olmamısız, Şults. Ətrafa nəzər salın: yəqin edəcəksiniz ki, minnətdar imperiya, rüşeymin 

yarandığı məqamda zərb edilmiş və dəyəri bir insan həyatına bərabər olan parlaq sikkələr 

şəklində ona borc vermiş igidlərin şərəfinə gurultulu mərasimlər keçirməklə kifayətlənir, sıra-

sıra düzülmüş adsız məzarlara sarı boylanmadan öz zəfər yürüşünü davam etdirir. Yenidən 

qalibiyyət cığırı ilə sürətlə irəliləməkdə davam edərək öz ardınca qalaq-qalaq təltiflər, dəfinələr 

səpələyir. Bunlar isə imperiyanın o övladlarına nəsib olur ki, onlar ağıllı tərpənib özlərini qələbə 

taclı ana ilə bir cərgəyə atmağa tələsməsələr də, təvazökarcasına onun kölgəsindən geri 

qalmamağa çalışırlar. Mənim sözlərimi yazırsızmı? – Şikelants siyahıdakı kağızlarda nəyi isə 

qeyd edən Şultsa baxıb, istehza ilə soruşur. 

 

– Təəssüf, gərək yazaydınız. Gələcəkdə lazım olardı! 



 

– İntuisiyam məni heç vaxt aldatmır, – deyə Şults çox sakit tərzdə cavab verir. – Nə üçünsə, 

mənə belə gəlir ki, nə vaxtsa gələcəkdə bu nöqteyi-nəzərinizi dəyişməli olacaqsınız. 

 

Otelə qayıdın Xasay bəy geniş qonaq otağına daxil olanda orada əyləşənlərin hamısı hörmətlə 



ayağa qalxır. Xasay bəy gəlişi üçün hazırlanmış süfrəyə dəvətdən imtina edib, ağır-ağır kresloya 

çökür. 


 

Sözə başlamazdan öncə sınayıcı nəzərlərlə sanki seçirmiş kimi, öz silahdaşlarının həyəcanlı 

simalarını bir-bir süzür. Otel nömrəsində hökm sürən bayram əhvali-ruhiyyəsi ilə kəskin təzad 

təşkil edən ölgün bir səslə sözə başlayır: 

 

– Hiss edirəm ki, məndən xoş xəbər gözləyirsiniz. Ancaq heyhat, mən sizi sevindirə 



bilməyəcəyəm. İki saat əvvəl eşitdiyim sözlər uzun illər mənim qürbətdə mənim qəlbimə təpər 

verən bütün ümidləri məhv etdi. Bu illər ərzində mən ölkəmin dirçələcəyi arzusu ilə yaşamışam. 

Mən Qafqazda yaşayan bütün türkdilli xalqları müstəqil Azərbaycanın himayəsi altında 

birləşdirməyi, onun ərazisini əvvəlki qanuni sərhədlərimizədək genişləndirməyi arzu etmişəm. 

 

Var qüvvəmlə can atmışam ki, o xoşbəxt günü yaxınlaşdırım, vətəndən didərgin düşmüş 



sahibkarlar öz torpaqlarına qayıtsınlar, 115 ölkəmizdə Allahın iradəsi ilə bərqərar olmuş qayda-

qanun yenidən bərpa edilsin. Dövlət nərdivanında hər kəs öz mənşəyindən, halal yola qazandığı 

var-dövlətdən, yaxud da Allaha inamla faydalı fəaliyyətə doğru yönəlmiş nihilizmdən və insan 

üçün zərərli digər naqis cəhətlərdən uzaq əqli qabiliyyətlərindən asılı olaraq, özünə uyğun pillə 

tutsun. Mən elə zənn edirdim ki, sizi Rumıniya ilə ittifaqa cəlb etməklə düzgün addım atıram. 



 

93

Vədlərə aldanıb. Belə qənaətə gəlmişdim ki, bu ittifaq mənim xalqıma müstəqillik və bütün 



dünya məmləkətləri ilə bərabər hüquqlar bəxş edəcək. Heç bir zəmanət-filan tələb etmədən, quru 

sözlərə inanırdım. Bu gün isə sizə deyirəm: mən səhv etmişəm! Qəzəbdən, ümidsizlikdən ürəyim 

partlayır. Çünki biz o qədər uzağa getmişik ki, daha geriyə qayıda bilmərik. Bu yolun sonucu 

dəhşətlidir, o bizi rüsvayçı qul həddinə çatdıracaq. Allahdan arzu edək, nicat yolunu tapmaqçün 

bizim fikir və qəlblərimizə qüvvət versin. 

 

Rəsulbəyli ayağa qalxıb yataq otağına keçir və qapını arxasınca bağlayır. Bircə dəqiqədən sonra 



oradan boğuq tapança atəşi eşidilir. 

 

Polad gecəyarısı lap yaxında eşidilən atışma səsinə yuxudan ayılır. Karserin qapısı açılır, 



kandarda əli avtomatlı iki alman əsgəri görünür. Dar zirzəmiyə göz gəzdirdikdən sonra onlar 

işarə ilə Polada dallarınca getməyi əmr edirlər. 

 

Sabiq kazarmanın otaqlarından birində yazı masası arxasında əyləşmiş eses zabiti nəyisə diqqətlə 



oxuyur. Tərcüməçinin müşayiətilə Polad içəri girəndə kağızlardan ayrılıb, başı ilə ona əyləşməyi 

təklif edir. 

 

– Almanca danışa bilirsiz? – deyə o, soruşur. Polad etiraz əlaməti olaraq başını buladıqdan sonra, 



o əlavə edir: – Şəxsi işinizdə göstərilir ki, məktəbdə alman dilini öyrənmisiz. 

 

Mən pis oxumuşam, – deyə Polad da tərcüməçi vasitəsiylə bildirir. – Bir-iki söz yadımda qalıb, 



bir də nədənsə bir cümlə: 

 

Anna und Marta baden – Anna ilə Marta çimirlər. 



 

Poladın cavabı zabitin qaşqabaqlı üzündə təbəssüm oyadır: 

 

– Bundan sonra nə etmək fikrindəsiniz? 



 

Polad köməksiz halda çiynini çəkir, divardan Hitlerin portreti asılmış kabineti gözdən keçirir: 

 

– Mənim arzularımdan çox az şey asılıdır. 



 

– Düz fikir deyil. Məhz sizin arzunuz qarşınızda geniş imkanlar açar. Hazırda biz mülki polis 

bölməsi yaradırıq. Həmin bölmə bu rayonun bütün ərazisində qayda-qanunun təmin olunmasında 

alman hakimiyyət orqanlarına kömək edəcək. Əgər polisdə işlərkən siz səy və qabiliyyətlərinizi 

göstərə bilsəz, bu, nəzərdən qaçmayacaq və lazımınca dəyərləndiriləcək. Bəzi cəhətlər nəzərə 

alınmaqla, istisna olaraq sizə məvacibinizin bir hissəsi reyxsmarka ilə ödəniləcək. 

 

– Çox sağ olun, ancaq mən polis olmağa hazırlaşmıram, – Polad qəti etirazını bildirir. – Belə 



yaramaz. Axı, necə olsa da, mən Qızıl Ordu komandiriyəm. 

 

– Sizin zabitlik karyeranıza hələ bir neçə gün bundan qabaq son qoyulub, – esesçi saymazyana 



əda ilə onun sözünə düzəliş verir. 

 

– Bəxtiniz gətirib ki, bizim qoşunlar qəfil hücuma keçib, yoxsa bəlkə də indi heç sağ 



qalmazdınız. Tribunal sizə ya güllələnmə kəsəcəkdi, ya da ən yaxşı halda, cərimə batalyonuna 

göndərəcəkdi. 

 

– O, istintaq materiallarını Polada uzadır. – Prokurorun rəyi ilə tanış ola bilərsiniz. İctimai yerdə 



atışma, milisə silahlı müqavimət, – daha sonra hərbi patrula müqavimət və onu antisovet 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə