Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə35/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   31   32   33   34   35   36   37   38   ...   231

 

87

 



– Burax! Doğru sözümdür, gecikirəm! 

 

Sonra çaşıb qalmış Semyonun yanından keçərək, Sıqana yaxınlaşır: 



 

– Siz əmr eləmisiz ki, bizə xidmət göstərməsinlər? – Araya çökmüş ölü sükut içərisində onun 

sualı aydın eşidilir. 

 

Sıqan ədalı-ədalı çiyinlərini çəkir: 



 

– Tutaq ki, mən demişəm. Hirslənmək nəyə lazım? 

 

– Hə-ə, yadıma düşdü sizi harada görmüşəm. Səhv eləmirəmsə, adınız Vasilidir. – Polad 



xatırlamağa çalışır. – Dörd il bundan qabaq “Volna” restoranında baş ofisiant işləyirdiz. 

Müştərini haqqhesabda aldatmaq və ona xidmət göstərməkdən boyun qaçırmaq üstündə sizi 

oradan qovdular. Düzdür? 

 

Sıqan bir neçə saniyə deməyə söz tapmır, qonşu stolun arxasındakı qızların pıqqıldaşmasına 



baxır. Sonra qəflətən əlini Mahirin sifətinə uzadıb dişlərini qıcıdır: 

 

– Qurumsaq köpəkoğlu! 



 

Onun yoldaşları bir himə bənd imiş kimi, Poladın üstünə atılırlar. 

 

Sıqan əmr edir: 



 

– Mitilini salın bu qanmazın! Elə bu saat, burda. 

 

Ətrafdakılar nə baş verdiyini anlamağa macal tapmamış, Polad sol əli ilə Sıqanın sağ biləyindən 



tutub, bir göz qırpımında “dəyirman” fəndini işlədir və rəqibi onun başı üstündən uçub, zərblə 

parket döşəməyə çırpılır. 

 

Sıqanın dostları gözlərini yumub-açınca, tapançanın onlara tuşlandığını görürlər. Əhvalat o qədər 



ildırım surətilə baş verir ki, Semyonla Teymur öz stollarından heç bir-iki addım aralanmağa 

macal tapmırlar. 

 

– Bıçağı da, beşbarmağı da qoy stolun üstünə! – deyə Polad əmr edir. – Birinci gülləni yerə 



atacam, ikincini düz... 

 

Qarşısındakılar ona nifrətqarışıq istehzalı təbəssümlə baxırlar. 



 

Bunu görən Polad döşəməyə atəş açır. Oblava başlanması da restoranda atəş səsinin eşidilməsi 

ilə az qala eyni vaxta düşür. Silahlı əməliyyatçılar restorana doluşurlar. 

 

Poladı qarnizon həbsxanasına aparırlar. 



 

– Restoranda dava. İctimai yerdə atışma, – deyə həbsxana rəisi əlindəki kağızdan oxuyur və 

açıq-aşkar, saymazyana tərzdə Poladı süzür. – Patronu restoranda atışmaq üçün vermirlər. Adını 

da komandir qoyub. Abır-həya yoxdur... Eybi yox, tribunaldan sonra ağıllanarsan. 

 

– Dava eləyib tribunala düşmək həbsxana nəzarətçisi olub arxada daldalanmaqdan yaxşıdır, – 



Polad da eynilə onun tələffüz tərzində cavab verir. 


 

88

 



Poladı müşayiət edən nəzarətçi əsgərlər həbsxana rəisinin sərt baxışları altında üzlərindəki 

təbəssümü gizlətməyə çalışırlar. Rəis, kağıza qol çəkib müşayiətçilərə qaytarır. Onlar gedəndən 

sonra yenə Polada sarı dönür: 

 

– Yaxşıdır, deyirsən? 



 

– Normal adam üçün, əlbəttə, yaxşıdır, – deyə Polad təsdiq edir. 

 

Özündən çıxan rəis düyməni basır. İçəri girən növbətçiyə əmr edir: 



 

– Karserə! Üç sutka! 

 

Milliyətçilər dəstəsi qızmar günəş altında yük maşınlarında İran sərhəddindən qərbə doğru 



irəliləyirlər. Qəm-qüssə içində dərin fikrə qərq olmuş Fərzani bu maşınlardan birindədir. Hətta 

təpəlikdən qəfil peyda olub maşın karvanını atəşə tutan süvarilərin görünməsi də onu fikrindən 

ayıra bilmir. 

 

– Kürdlər! – deyə qonşusu cəld özünü skamyanın altına atır. – Uzan! 



 

Bir müddət pərakəndə atəş açandan sonra, süvari dəstəsi qəfil peyda olduğu kimi, qəfil də 

gözdən itir. 

 

– Canından bezmisən? 



 

– Bezmişəm, – Fərzani laqeyd halda dillənir. – Ədalət günü yetişməyincə mən nə öləcəyəm, nə 

də rahatlıq tapacağam. 

 

– Bəyəm sən gənc müqəddəs-zadsan, – deyə gənc könüllü inamsızlıqla soruşur. 



 

Fərzani cavabında qaşqabaqlı halda başını bulayır: 

 

– Lənətlənmişəm mən, oğul lənətlənmişəm! 



 

Berlin. “Rist” otelinin qarşısında bir maşın dayanır. Əynində hərbi parad forması olan Şults 

düşüb, büllur kimi bərq vuran şəffaf liftlə üçüncü mərtəbəyə qalxır. Azərbaycan millətçilərinin 

rəhbəri, Azərbaycan “prezidenti” Xasay bəy Rəsulbəylinin iqamətgahına sarı yönəlir. Qapıda 

durmuş “Milli Qvardiya” əsgəri hörmətlə təzim edir. 

 

Mehmanxana dəbdəbəsi ilə bəzədilmiş böyük qonaq otağında Xasay bəyin əhatəsində olan 



zabitlər Şultsa hərbi təzim etdikdən sonra Rəsulbəyli onları buraxır. 

 

– Çox şadam ki, Berlinə köçməyin ağırlığı sizin görkəminizdə heç bir iz qoymayıb, – Şults 



səmimiyyətlə gülümsünərək soruşur: – Hazırsınızmı? 

 

– Tam qətiyyətlə deyə biləcəyim yeganə bir şey varsa, o da budur ki, alman xalqının böyük 



rəhbəri ilə görüşə mən çox ciddi hazırlaşmışam. Ümidvaram ki, həyəcanım mənə danışmaqda 

mane olmasa, proqramın bütün müddəalarının müzakirəsi məhsuldar keçəcək. 

 

– Lütfən, məni əfv edin: sizinlə telefon söhbəti zamanı xəbərdarlıq edə bilmədim ki, fürerlə 



bugünkü görüş ləğv olunub, – Şults pərt halda dillənir. – Sizi imperiya naziri Rozenberq qəbul 

edəcək. 



 

89

 



Görünür, eşitdiyi gözlənilməz xəbərdən sarsılmış Xasay bəy sükut içində kresloya çökür. Şults 

sükutdan istifadə edib sözünü davam etdirir:- Biz İranda olduğumuz müddətdə vəziyyət dəyişib. 

 

“Ost”adlanan baş plan qüvvəyə minib. Bu plan işğal edilmiş ərazilərdə hər bir xalqın məziyyət 



və qüsurlarını nəzərə almaqla, onların gələcəyini müəyyən edir. Misal üçün, hazırda Polşada 

yaşayan 20-24 milyon polyakın 20 milyondan çoxu Qərbi Sibirə köçürülməlidir. 

 

Biz buna nail olacağıq ki, Polşa məfhumunun özü tarixdən əbədilik silinsin. Çexlərin də 



əksəriyyəti Mərkəzi Avropadan Sibirə köçürülməlidir ki, sibirlilərə qaynayıb-qarışmaqla onlar 

Sibir əhalisinin ruslarla yadlaşmasına kömək etsinlər. Bu, əsas vəzifəni – 110 rusları bir xalq 

kimi ayırıb məhv etmək vəzifəsini sürətləndirər. 

 

Bütün bunları sizə ona görə xatırladıram ki, fürerin Qafqaz xalqlarına hüsn-rəğbətini və 



etimadını tam mənada qiymətləndirə biləsiniz. 

 

Və Rozenberqin yanındakı müşavirəyə sizin dəvət edilməyiniz – səlahiyyətlərinizin təsdiqi 



deməkdir. 

 

– Öz xalqımın həqiqi Milli hökumətinin mənə etibar etdiyi yüksək ad məni məcbur edir ki, 



Almaniyanın birinci şəxsi ilə görüşüm, – deyə Rəsulbəyli inadla etiraz edir. – Mənə belə görüşə 

təminat verilmişdi. Xatırlatmağa məcburam ki, elə Siz özünüz də dəfələrlə bunu vəd etmişdiniz. 

 

– İmperiya naziri yanında keçirilən müşavirə heç bir planımızı ləğv etmir, – Şults 



arxayınlaşdırıcı tərzdə gülümsəyir. 

 

– Lakin Rozenberqin yanına bu dəvətdən imtina etməyi məsləhət görməzdim, – onun səsində 



yenə də sərt notlar duyulur. – Bir daha təkrar edirəm: vəziyyət dəyişib. Elə sizin kimi, mənə də 

bəlli deyildi ki, işğal edilmiş vilayətlərin işləri üzrə imperiya nazirliyi yaradılıb və artıq 

Rozenberqin rəhbərliyi altında tam gücü ilə geniş fəaliyyətə başlayıb. Həqiqi siyasətçinin 

məharəti özünü məhz bunda göstərir ki, real şəraitdə ən müxtəlif və gözlənilməz dəyişikliklər 

zamanı çeviklik və səbat nümayiş etdirsin. 

 

Otelin qarşısına yeddiyerlik “Mersedes” yaxınlaşır. Şults maşının qabaq hissəsinə bərkidilmiş 



kiçik “prezident” bayrağına təəssüflə nəzər salıb, Rəsulbəylinin dalınca maşına əyləşir. Onları 

ötürmək üçün küçəyə çıxmış zabitlər avtomobil yerindən tərpənən zaman əsgəri salam verirlər. 

 

Dəvət olunanlar imperiya nazirinin geniş qəbul otağında ayrıayrı qruplara bölünüb, müşavirənin 



başlanmasını gözləyirlər. 

 

Divar boyu qoyulmuş dəri örtüklü divanda Rəsulbəyli ilə yanaşı oturmuş Şults oradakı adamlar 



barədə pıçıltı ilə məlumat verir: 

 

– Göy güldanın sol tərəfində oturub, xanımla söhbət edən şəxs “Folkişer Baobaxter”in 



redaktorudur. Qəzeti kimi özü də çox böyük nüfuz sahibidir. Bu xanım isə baronessadır. Şəxsi 

qəsrini qeyri- məhdud müddətə yaralı təyyarəçilər üçün pansionun ixtiyarına verib. Almaniyanın 

ən yaxşı ailələrindən olan otuz şəfqət bacısı baronessanın rəhbərliyi altında onlara xidmət 

göstərir. O tərəfdə, divanın yanında duran isə sizin yaxşı tanıdığınız Gürcüstan lideri, rumun 

yepiskopu ilə eston mühacirinin kompaniyasında deyəsən lap darıxır. 

 



 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə