Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə36/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   32   33   34   35   36   37   38   39   ...   231

 

90

 Qəbul otağının qapısı açılır, Rozenberqin yavəri görünür. 



 

Rəsulbəyli və Şults da ayağa qalxıb, hamı ilə birlikdə nazirin kabinetinə girirlər. 

 

Xasaybəy Rozenberqi gərgin bir vəziyyətdə, həm də çox diqqətlə dinləyir. 



 

– Rusiya ilə müharibə zəfərlə sona yaxınlaşır. Sovet İttifaqı artıq bu gün Avropa siyasəti 

subyektləri cərgəsindən çıxıb. Almaniya dünya siyasətinin obyektinə çevrilmişdir. İndi bizim 

rəhbər prinsipimiz ondan ibarətdir ki, həmin ölkənin ucsuz-bucaqsız ərazisində yaşayan xalqların 

mövcudiyyətlərinin yalnız bir bəraəti var: 

 

o da onların iqtisadi baxımdan bizim üçün faydalı olmalarıdır. Biz unutmamalıyıq ki, 



bolşevizmlə amansız mübarizə toplar susandan sonra da davam edəcək. Fürer bizi bu mübarizədə 

sentimentsiz hərəkət etməyə, sağ qalmış “bolşevik komissarları”nı və kommunist ziyalılarını 

məhv etməyə çağırır. Bizim mübarizəmizdəki amansızlıq – gələcək üçün rifah deməkdir. Mənim 

nazirliyimin imperiya baş təhlükəsizlik idarəsi və Almaniya silahlı qüvvələri komandanlığı ilə 

birgə işləyib hazırladığı konkret tədbirləri bu gün sizin diqqətinizə çatdırıram. Dünən Fürer bu 

planı icra üçün təsdiq etmişdir. Həmin tədbirlərin başlıca iqtisadi məqsədi Almaniya üçün 

mümkün olduqca daha tez və daha çox ərzaq və neft əldə etməkdir. Eyni zamanda, işğal edilmiş 

vilayətlərdə olan bütün digər xammal materialları da Almaniya hərbi sənayesi üçün 

gətirilməlidir. 

 

Belə güman etmək tam yanlış olar ki, işğal edilmiş vilayətlərdə sürətlə bərpa işləri həyata 



keçiriləcək. 

 

Şults çəpəki baxaraq, Xasay bəyin üzünün ifadəsini izləyir. 



 

– Məğlub edilmiş nəhəng dövlətin ərazisinin bir hissəsində biz dörd dövlət yaradacağıq. Çünki 

orada yaşayan əhali öz irqi və mədəni səviyyəsinə görə yerdə qalan əhaliyə nisbətən daha 

yumşaq münasibətə layiqdir. Bunlar Moskva, Ukrayna, Federativ Ostlandiya (oraya Latviya ilə 

Estoniya daxil olacaq) və Qafqazdır. 

 

Qafqaz isə Azərbaycanı, Gürcüstanı və nisbətən daha çox inkişaf etmiş dağlıları birləşdirəcək. 



Fürer bu dövlətlərin rəhbərlərini təsdiq edib. Henrix Loze Moskvaya təyin olunub, iqamətgahı 

Moskva şəhərində yerləşəcək. Hans Kox – iqamətgahı Kiyevdə olmaqla Ukraynaya, Gilbert 

Kaşe – Ostlandiyaya (iqamətgahı Riqada) 112 Konrad fon Şikelants Qafqaza (iqamətgahı Bakıda 

olmaqla) təyinat almışlar. Hans Koxla Gilbert Kaşe elə bu gün təyin olunduqları yerlərə yola 

düşməlidirlər. 

 

Müşavirə bitdikdən sonra üzlərindən sevinc yağan Loze, Kox, Kaşe və Şikelants təbriklərə 



təbəssümlə cavab verirlər. 

 

– Bu dəqiqə sizinlə mənim yaxşı bir nahara ehtiyacımız var, – deyə Şults gümrah səslə dillənir 



və özünü elə göstərir ki, guya indicə eşitdiklərindən sarsılmış Rəsulbəylinin pərtliyini duymur. 

 

– Gəlin Kurfürstendə gedək. Orada bir yaxşı restoran var, ləzzətli aysbayn yeyə bilərik. Ancaq 



əvvəlcə gəlin Şikelantsı təbrik edək. Sizi onunla tanış etmək üçün əsl məqamdır. Öz zəfərlərinin 

şahidlərini qaliblər həmişəlik yadda saxlayırlar. 

 

Yumrusifət, qırmızıyanaq, kök Şikelants iltifatlı bir təbəssümlə Rəsulbəylinin əlini sıxır. 



 


 

91

– Qafqaz general-qubernatoru, ştableyterfon Şikelants, – Şultsun kənara çəkilmək istədiyini 



görüb deyir: – Hələ getməyin, Herr Şults. Bəzi məsələləri müzakirə etməliyik. 

 

Şikelantsın kabinetinin pəncərəsindən Şults, Xasay bəyin öz avtomobilinə yaxınlaşaraq, maşının 



qabağına bərkidilmiş “prezident” bayrağını necə qoparıb kanalizasiya quyusunun dəmir 

barmaqlığının üstünə tulladığını görür. 

 

– Bizim üçün çox lazımlı adamdır, liderlik qabiliyyəti var. 



 

Ancaq təəssüf ki, həddindən artıq xudbindir. Onun ölkəsinin bel sütununu qıran bir zərbəni 

yalnız şəxsən özünə vurulan sillə kimi qəbul etdi. Gərək indi onu tək buraxmayaydım. 

 

Şikelants yazı masasının üstündəki kağızları yerbəyer edərək cavab verir: 



 

– Sizdəki bu cəhət – himayənizdə olanlara qayğı kimi zəmanəmiz üçün çox nadir sayıla bilən bir 

xüsusiyyət məni elə əvvəllər də heyrətləndirirdi. 

 

– Çünki mən həmişə belə hesab etmişəm ki, sağmaq istədiyin inəyi öldürmək olmaz. 



 

– Ən yeni tendensiyalara uyğun olaraq imperiya nəinki həmin inəyi sağmaq, həm də eyni 

zamanda dərhal onun dərisini, ətini və içalatını da əldə etmək arzusundadır. Həm də bu zaman 

istəyir ki, inək dünyanı tərk edərkən dırnaqları ilə quyruğunun ona qaldığına görə minnətdar 

olsun, – deyə Şikelants zarafat edir və içərisində 11 3kağızlar olan qovluğu Şultsa uzadır: – Siz 

burada olmayanda hazırlanmış bu siyahını diqqətlə gözdən keçirin. Fikrinizi iki gündən sonra 

mənə bildirərsiz. Siyahıya xidməti vəzifələr tutmaq üçün 800 namizədin adı daxildir. Bakı işğal 

edilən gün onlar öz vəzifələrinin icrasına başlayacaqlar. 

 

Şults başını tərpədir; bu hərəkətin heyrət, yoxsa inamsızlıq hərəkəti olduğunu anlamaq çətindir. 



O, əlini atıb, qovluqdakı vərəqlərdən birini çıxarır: 

 

– Sumqayıt sintetik kauçuk zavodunun direktoru Fridrix Eysler. 



 

1901-ci ildə Maklenburqda anadan olmuş... bu Eysler haqqında heç bir təsəvvürüm yoxdur. 

 

– Əqidəli nasistdir. Üstəlik də yarımçıq kimyaçı, deyə Şikelants izahat verir. – Partiya kassasına 



ilk üzvlük haqqını hələ Münxendən xeyli əvvəl verib. Bakı konsessiyalarına pul qoymaq istəməsi 

də olduqca təqdirəlayiqdir. 

 

– Rəhbər heyət cəhətdən çətinliyimiz olmayacaq. Hərçənd çox güman ki, bir-iki namizəd 



yoxlamadan keçməyəcək. Ümid edək ki, ixtisaslı fəhlə qüvvəsi seçməkdə də çox çətinlik 

çəkməyəcəksiniz. 

 

– Daha doğrusu, çəkməyəcəyik, – deyə Şikelants düzəliş verir. 



 

– Unutmayın ki, Bakı ilə bu və ya digər dərəcədə bağlı olan nə varsa, həmişə sizin maraq 

dairənizə daxil olub və mənim təyinatım da bu bağlılığı ləğv etmir. Yəqin bu məsələni də 

xatırlatmaq lüzumsuz olmaz ki, bizim yeni müəssisələrin uğurlu fəaliyyəti, təbii ki, bu 

müvəffəqiyyətin qazanılmasında rolu olan şəxslərin maddi rifah halına da öz təsirini göstərəcək. 

 

– Varlanmaq perspektivi karyeradan sonra ikinci stimuldur, – deyə fon Şikelants nəsihətamiz 



tərzdə sözünə davam edir və onun bu ədası Şultsu hiddətləndirir. Mənə bəlli olduğuna görə siz 

kasıbsınız. 




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə