Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə39/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   35   36   37   38   39   40   41   42   ...   231

 

96

 



Bu sözlərə heç bir etiraz etməyən Şults növbəti sualını verir: 

 

– Bəs siz niyə hamı ilə bir yerdə qaçmadız? Sizə etibar etmirdilər? 



 

Yoxsa Reyxə sadiq olduğunuzdan qaçmamısınız? Bəlkə 119 özünüzünkülərin yanına qayıtmaq 

istəməməyinizin bir səbəbi var?!. 

 

Ancaq “qorxdum” deməyin. Çünki qətiyyən qorxağa oxşamırsız. 



 

– Mənə qaçmağı təklif edən qonşumdan fərqli olaraq, hələ həmin gecədən bir ay əvvəl bilirdim 

ki, qaçış hazırlanır. Hətta bəzi təfsilatları da öyrənmişdim... hər şey yaxşı düşünülmüşdü, ancaq... 

 

– Polad əlini yellədir. – Çox tez bir zamanda onlarla qaçmaq fikrindən daşındım. Qaçış baş 



tutandan sonra bu barədə danışmaq mənə xoş olmasa da, deməliyəm ki, məsələni təşkil eləyən 

adam lap ilk gündən ürəyimə yatmadı. Yaxından tanış olandan sonra isə şübhələndim ki, 

deyəsən, bu provokatordur. 

 

– Yoldaşlarınıza niyə xəbərdarlıq etmədiniz? 



 

– Bu iki ayda hələ heç kəslə dostlaşmamışam. Əlimdə heç bir fakt yox ikən, yaşlı-başlı adamları 

ciddi işdən çəkindirmək isə düzgün olmazdı. Həm də təhlükəli idi. İndi məlum olur ki, mənim 

bütün şübhələrim əbəsmiş. 

 

Şults gülümsəyir: 



 

– Sizin şübhələriniz tamamilə əsaslıdır. Qvardiya mayoru Qolubenko... 

 

onu nəzərdə tutursuz eləmi? Həqiqətən, çox təhlükəli, hətta belə demək mümkünsə, peşəkar 



provokatordur. Bunu isə ancaq intuisiyası yüksək dərəcədə inkişaf etmiş adam təyin edə bilərdi. 

 

Şults ayağa qalxıb fikirli halda otaqda var-gəl edir. Sonra Poladın qarşısında dayanır. 



 

– Siz mənim heç xoşuma gəlmirsiniz. Qətiyyən, – deyib təzədən yazı masasının arxasına keçir. 

Ayırıb bir kənar qoyduğu qovluğu açır. Onun sözlərindən təəccüblənən Polad nə deyəcəyini 

bilmir. 


 

– Niyə gülümsəyirsiz? – deyə Şults başını kağızlardan qaldırmadan soruşur. 

 

Üzr istəyirəm, sizə dəxli olan məsələ deyil, – Polad bir az pərt cavab verir. 



 

– Yenə də olsun... 

 

– Mənim Bakıda Əbülfəz adında bir dayım var. Ümumiyyətlə, pis adam olmasa da, nədənsə heç 



kəsin ondan xoşu gəlmir. Özünə deyəndə söz altında qalmır: “Qızıl pul deyiləm ki, hamının 

xoşuna gəlim” – deyir. Sonra da başlayır söyməyə. Hər dəf də müsahibinə nifrətinin 

dərəcəsindən asılı olaraq söyüş seçir. 

 

– Siz bilən, həmin o dayınız məni hansı söyüşlərə qonaq edərdi? Utanmayın, deyin! 



 

– Pis söyüşlərə. Ancaq ürəyində, – deyə Polad qətiyyətsiz halda cavab verir. – Bərkdən söyməyə 

qorxardı. 



 

97

 



– Yəqin artıq başa düşmüsüz ki, mən müstəntiq deyiləm, elədir? 

 

Heç əvvəl də fikirləşmədim ki, müstəntiqsiz. – Barakda mənə heç almanca da bir şey izah 



etmədilər. – Avtomatı üzümə dirədilər – yerimdən qalxdım, kürəyimdən itələdilər – düşdüm 

qabaqlarına, bir də sizin qapının qarşısında qundaqla “dayan” dedilər, – mən də dayandım. Özü 

də məni gətirən sıravi əsgər deyildi, yefreytor Krauze idi. Məncə o, hələ də dəqiqləşdirə bilməyib 

ki, düşərgədə böyük kimdir – o, yoxsa komendant mayor Krake? Özünü burada necə 

aparmasından, lap elə kabinetinizdən də görünür ki, siz bu düşərgənin komendantından rütbəcə 

xeyli böyük adamsınız. 

 

– Məgər daha inandırıcı ehtimal bu ola bilməzmi ki, mən mülki şəxsəm? Neftçiləri seçməklə 



məşğul olan yüksək vəzifəli mülki şəxs? 

 

– İnandırıcı deyil, – Polad razılaşmır. – Siz iki dəfə kəmərinizi düzəltmək istədiniz, hər dəfə də 



çaşıb, kəməri pencəyin üstündə axtarırdınız, – yəni adətən tapança qayışının bağlandığı yerdə. 

 

Görünüşünüzdən də hərbçi qıvraqlığı yağır. 



 

– Çox ciddi məsələdir... bəs siz heç nə soruşmaq istəmirsiniz? 

 

– Şultsun tonundan görünür ki, bu söhbətdən məzələnir. 



 

– Mənim mövqeyimdə olan adam özünü pis vəziyyətdə qoymasa, daha yaxşıdır, – Polad kədərli 

təbəssümlə cavab verir. 

 

– Nəzakətli cavab vermək hüququ olmayan şəxsə artıq sual vermək lazım deyil. 



 

Necə bilirsiz, niyə çağırmışam sizi? 

 

– Çətin sualdır, – deyə Polad etiraf edir, – Qondarma qaçışın təfsilatı sizə məlumdur. Mənimlə 



bir barakda qalanların hamısını komendantın köməkçisi ötən həftə dindirib. Sizin yanınıza isə tək 

məni gətiriblər. Bütün bunların ciddi bir səbəbi olmamış deyil. 

 

Ancaq nədir – bilmirəm. 



 

– Elə bu? – Şults təəssüflə soruşur. 

 

– Stolun üstündə şəxsi işimi görürəm: qırıq bağından qovluğu o saat tanıdım... Çox güman ki, nə 



üçünsə sizə lazımam. Nəsə bir planınız var, indi fikirləşirsiz ki, mən yarayıram ya yox. 

 

Söz verirəm ki, cavabım son dərəcə nəzakətli olacaq. 



 

– Çox şey mənə aydın deyil, ancaq soruşmaq istəmirəm. Nə mənası. Bayaqdan biz söhbət 

elədikcə beynimə olduqca qəribə bir fikir gəldi: mənə elə gəldi ki, barəmdə nəsə bir planınız var, 

özü də hazırdır. Ancaq nədən ibarət olduğunu, deyəsən, hələlik mənə demək istəmirsiz. Sizə 

bircə sualım var. Adınızı, bir də kim olduğunuzu bilsəydim, pis olmazdı. 

 

– Şults. Konrad Şults qulluğunuzdadır! Düz tapdınız, mən peşəkar hərbçiyəm. Hərbi kəşfiyyatda 



xidmət edirəm. İşim çox ciddidir və ən başlıcası da, hərdən-hərdən yetərincə maraqlı olur. 

Xülasə, mən kəşfiyyatçıyam. Çoxdanın peşəkar kəşfiyyatçısı. Buna görə də mənim bütün 

planlarım, niyyətlərim, bir sözlə bütövlükdə maraq dairəm bu və ya digər dərəcədə peşəmlə 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə