Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə40/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   36   37   38   39   40   41   42   43   ...   231

 

98

bağlıdır. – Şults susub, sözlərinin Polada necə təsir etdiyini izləyir. – Yeri gəlmişkən deyin əsl 



kəşfiyyatçıların işi barədə bir təsəvvürünüz var? Bəlkə onlarla görüşübsüz, ya da bir şey 

oxuyubsuz kəşfiyyatçılara dair? 

 

– Oxumuşam, – Polad xatırlamağa çalışaraq cavab verir: 



 

– ... “Mata Xarinin son öpüşü”dür, nədir? Sonra “Lourens – səhra və vahələr şeyxi”... Bu o 

birindən daha maraqlı idi. 

 

– Mata Xari – iyrənc nimfoman qadın, üç kəşfiyyatın muzdlu agentidir. Lourens isə özünə 



vurğun çalmalı, əmmaməli, gicbəsər. 

 

Ərəb dilini, bir də Quranın bir iki surəsini əzbərlədiyindən özünü fövqəlinsan sayırdı. Az qala 



dəvələr də bilirdilər ki, o, ingilis casusudur. 

 

Ərəblər “öz casusları”na maraqlarını itirəndən sonra, xatirə olaraq onu sünnət edirlər və elə 



həmin günü də sürüşüb düşən sarğını birtəhər saxlaya-saxlaya İngiltərəyə yollanır. Orada onun 

döş qəfəsi nahiyəsindən “həyat üçün təhlükəli yara” aldığı bəyan edilir, özü isə milli qəhrəman 

elan olunur. Həmin bu Lourens bizim günlərdə hətta Ərəbistanda belə uzaqbaşı, üçcə saat duruş 

gətirərdi, o casus qadınsa bundan da az. İndi isə keçək mənim planıma. Bu plan tam şəkildə hələ 

mövcud deyil. İlk dəfə sizin barənizdə bir ay əvvəl eşitmişəm. 

 

Tanıdığınız həmin o “qaçaqlar” başçısından. Pravakatorlara xas bir vəcdlə, həm də böyük bir 



səmimiyyətlə o, sizi ən gözəl keyfiyyətlər sahibi kimi səciyyələndirmişdi. Kiçik bir münaqişə 

ona xüsusilə güclü təsir göstərmişdi. Deyirdi ki, siz ağlagəlməz cəldliklə iki pəzəvəng canini – 

bıçaqla silahlanmış Şuleri təkbaşına barakdan çölə atmısınız. Təbii ki, pulsuz-filansız. “Bizim 

adamın” xoşuna gəlməyən yeganə şey bu idi ki, o binəva sizdə azadlıq həvəsi oyatmağa 122 hər 

dəfə cəhd göstərəndə özünüzü yuxuluğa, hətta karlığa vururdunuz. 

 

Tapança məsələsi isə onu lap karıxdırmışdı. 



 

– Qəribədir, – deyə Polad çiynini çəkir, – mən çox təəccübləndim, ancaq üzə vurmadım. Elə 

həmin cinayətkarlardan tapança, daha doğrusu, revolver tapdım. Darağında dörd patron vardı. 

Hər nə isə, ona ki, havayı başa gəldi. Yoxladı, əlimi də sıxdı! Bəs nədən narazıdır? 

 

– Necə yəni nədən? O ümid edirmiş ki, silahı niyə istədiyini mütləq soruşacaqsız. Yerinizdə kim 



olsaydı soruşardı. Siz isə qətiyyən maraqlanmamısız. Elə bilirsiz, onun yaşında iki funtluq 

revolveri qoltuğunda gizlədib, hasardan aşmaq, ya da torpağın üstü ilə sürünmək xoşdur? Bunu 

mənə danışanda az qala ağlayırdı. 

 

– Mən yenə başa düşmürəm: axı, onun provokasiyada məqsədi nə imiş? Qaçanları ki, 



tapmayıblar... Üzr istəyirəm, – Polad qəfil susur. – Yəqin ki, mən bu barədə danışmalı deyiləm. 

 

Eybi yox, boş şeydir. Arada sirr nə qədər az olsa, işləmək bir o qədər asandır: – kəşfiyyatın 



devizi belədir, – deyə Şults zarafat edir. – Qaçanların ikisi yerli sakinlərdir, hörmətli adamlardır. 

Bizim “şücaətli mayor” isə indi gizli cəmiyyətin ürəyidir. Orada şöhrət çələnginə sahib olmaqla 

yanaşı, işi də yaddan çıxarmır: bəzi familiya və ünvanları öyrənməyə macal tapıb. Üç gün əvvəl 

isə xəbər verdi ki, hamımızın axtardığı adamı harda tuta bilərik. Həmin şəxsə yerli gizli təşkilatın 

işini təşkil etmək həvalə olunub. O adamı indi görəcəksiniz, təxminən bir iyirmi dəqiqədən sonra 

ona baş çəkəcəyəm. 

 



 

99

Nə isə, deyəsən, mətləbdən uzaqlaşdım, – deyə Şults masanın üstündəki qovluğa işarət edir. – 



Əvvəlcə sizin işinizi gətirdim, ağlıma gələn, imkan olan hər yerdən barənizdə arayışlar topladım. 

Hətta sizə polisay karyerası təklif edən zabiti də axtarıb tapdım... tədricən portretiniz gözüm 

önündə canlanmağa başladı. Özünüzü görəndə isə portret tamamlandı: qüsursuz keçmişi olan 

gənc, enerjisi aşıb-daşan bir şəxs. Ancaq portretiniz gözlərim önündə tam formalaşandan sonra 

sizə dedim: “Siz mənim xoşuma gəlmirsiniz!”. Ona görə ki, portretiniz həddən artıq kamil alınıb: 

cüzi bir nöqsan da tapmaq mümkün deyil. Əgər mən qarşımda duran başlıca məqsədi 

gerçəkləşdirməyə yarayan ideal obraz yaratmalı olsaydım, onu eynilə sizin kimi, sizə bənzər 

yaradardım. Bax elə buna görə də düşündüm: bəlkə bu gənci özləri məxsusən hazırlayıb sənin 

yanına göndəriblər? 

 

Özü də elə adamlar göndərib ki, sənin məqsədindən xəbərdardılar? 



 

Bilirəm indi nə düşünürsüz:ya siz heç nə anlamayıb məni dəli hesab edəcəksiz (əlbəttə, əgər 

bütünlüklə bunun içindəsizsə). – Şults bunu deyib, şəxsi iş qovluğunu döyəcləyir, – ya da başa 

düşdünüz ki, mən də çox hiyləgər bir iblisəm, ancaq əlimdə heç bir dəlil-sübutum yoxdur. 

 

Polad başını bulayır: 



 

– Təkcə onu başa düşdüm ki, siz şübhələnirsiz, guya kim isə bütün halları qabaqcadan nəzərə 

almaqla bizim görüşümüzü təşkil edib. Məncə, bu, ağlagəlməz bir şeydir. 

 

– Ağlagəlməzdir! Ancaq... – Şults qovluğu açıb onun içərisindən qəzet materialları çıxarır. – 



Sərbəst güləş üzrə idman ustası olduğunuzu öyrənəndən sonra xahiş elədim ki, son üç ildə 

“Vışka” və “Bakinski raboçi” qəzetlərində sərbəst güləşə dair irili-xırdalı bütün yazıları mənə 

çatdırsınlar. Həmin dövrdə sizin adınız beş dəfə “Vışka”da çəkilir, üç dəfə də “Bakinski 

raboçi”də. Ancaq bircə yerdə də göstərilmir ki, peşəniz nədir, məşğuliyyətiniz nədir... Bir baxın, 

idman ustası, dinamoçu və i. a... hər yerdə də beləcə. O biri idmançılardan söhbət gedəndə isə 

mütləq peşəsi də, vəzifəsi də başqa məşğuliyyəti də göstərilir. Təəssüf ki, bu xırda şeydir, cüzi 

bir anlaşılmazlıqdır, ancaq işin içində başqa heç nə tapa bilməmişəm. Əlbəttə, qatil və valyutaçı 

Sıqanı güllələsəydilər, mən çox şad olardım, ancaq sizin sayənizdə o, bizim əlimizə keçib və 

mənə təsdiq edib ki, sizi birinci özü təhqir edib, özü də aşnası ilə onun rəfiqəsinin gözü 

qarşısında. Elə həmin bu oğru-quldur yuvasına gəlməyinizin səbəbkarı da bu qadınlar imiş. 

 

– Bəs niyə elə hesab edirsiz ki, Sıqan sizin əlinizə məhz mənim sayəmdə keçib? – Polad 



həqiqətən təəccüblənir. 

 

– Sıqan özü də bu fikirdədir. Biz onu hospitalda tapdıq. Restorandan birbaşa milis maşınında 



gətiriblərmiş. Beyin sarsıntısı və körpücük sümüyü sınığı ilə... Hə, deyəsən, qəzet məqalələri ilə 

bağlı nəsə demək istəyirdiniz. 

 

– Uzun həngamədir, – Polad könülsüz dillənir. Güləşlə 14 yaşımdan məşğul olmağa başlamışam. 



Dinamoda məşqçim Məmmədbəyov idi. Sabiq respublika çempionu, əməkdar idman ustası, həm 

də qonşumuzdu. 

 

Dörd ildən sonra instituta girəndə, qaydaya görə, mən “Fırtına quşu” tələbə idman cəmiyyətinə 



keçməli idim. Ancaq Məmməd- bəyovun xatirinə, ondan ayrılmamaq üçün “Dinamo”da qaldım. 

Bax, elə buna görə də, mənim tələbə olduğumu qəzetlərdə heç vaxt göstərmirdilər. 

 

– Polad bir anlığa fikrə gedir. – Maraqlıdır. İlk baxışdan boş şeydir. Ancaq bu qədər vaxt 



keçəndən sonra hər halda yada düşdü. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə