112
Zəruri təchizat yollarını rəqib
daim kəsirdi, ən gözlənilməz yerlərdə yolumuzun üstündə
minalanmış sahələrə rast gəlirdik. Biz hər dəfə manevr sayəsində uğur qazanırdıq, lakin döyüşün
özündə qalib çıxa bilmədik. Mühasirəyə aldığımız qoşunlar sağlam düşüncəyə və müharibə
qanunlarına zidd olaraq heç vaxt qətiyyən könüllü əsir düşmürlər.
Mülki əhali bütün çətinliklərə qeyri-insani bir mətanətlə dözür. Bizim kəşfiyyat xidməti dəqiq
məlumata
malikdir ki, Uralda və digər bölgələrdəki zavodlar indi ayda 600-700 tank istehsal
edirlər.
– Uydurmadır! – Hitler nifrətlə üzünü turşudur. – Müharibə dövründə belə sürət qeyri-
mümkündür! Siz özünüz inanmaq istəmədiyiniz şeyə inanmırsız! Siz qətiyyən inanmağa qadir
deyilsiz ki, yanacaq ehtiyatlarına malik olmadan Almaniya bu savaşda – motorlar müharibəsində
qalib gələ bilməz. Mütləq Qafqaz nefti əldə edilməlidir!
Siz və Brauxiç bunu anlamırsız!
– General-feldmarşal! Fon Brauxiç heç vaxt inkar etməmişdir ki,..
– deyə Qalder sözə başlayır, lakin kəlməsini bitirməyə macal tapmır.
– Keçmiş general-feldmarşal! Və Almaniya quru qoşunlarının keçmiş komandanı, – deyə Hitler
onun sözünü kəsir. – Ali komandanlığın əmrlərinə laqeyd yanaşmağa görə Brauxiç vəzifəsindən
kənarlaşdırılmışdır və bu gündən təqaüdə göndərilmişdir. Bu gündən etibarən quru qoşunlarına
şəxsən özüm rəhbərlik edəcəyəm.
Klyauzevistsayağı boşboğazlıq vaxtı keçib. İndi mənim başlıca vəzifəm Moskva rayonundakı
qoşunları darmadağın edilməkdən, üstəlik də çaxnaşmaya düşməkdən qorumaqdır. Ən qısa
məsafəyə bəzi yerlərdə geri çəkilmələr istisna olunmaqla, mən yazadək qoşunların hər hansı
şəkildə öz mövqelərindən çəkilməsini qadağan edirəm, – bu anda Hitler qəflətən ayağa qalxmış
Brauxiçə təəccüblə baxıb deyir; – mən sizə hələ söz verməmişəm, niyə qalxdınız?
– Bu qərar ön mövqelərdəki qoşunları dəhşətli məhrumiyyətlərə məruz qoyacaq. Əsgərlərin
Rusiyada qış kampaniyası keçirmək üçün nə geyimi, nə də sursatı var, – deyə Brauxiç izahat
verir.
– Çoxları həlak olacaq.
– Əgər Qalderlə Siz Baş qərargaha ildırım sürətli işğal planını sırımasaydınız, bundan qaçmaq
mümkün olardı. Ya da heç olmasa, bu planı yerinə yetirməyə qadir olsaydınız...
Sizin barənizdə
yanılmışam, Brauxiç. Doğrudanmı, siz anlamırsız ki, ümumi hücum labüd olaraq ümidsizliyə
qapılmış, döyüşlərdə yorulub əldən düşmüş qoşunların tam məğlubiyyəti ilə nəticələnəcək?
Bəlkə siz də mənimlə razı deyilsiniz, Qalder? – Qalderin reaksiyasını gözləmədən, Brauxiçə üz
tutur. – Bir daha sözümü kəsməyin! Yay kampaniyasının aparılması üçün Qafqaza əsas zərbəni
endirmək məqsədilə “A” ordu qrupu ayrılır. Ona komandanlığı feldmarşal Listə həvalə edirəm.
“B” ordu qrupu Şərqə – Volqaboyunun iri şəhərlərinə doğru irəliləyəcək. Yay ərzində biz
həmçinin Leninqradı da tutmalıyıq.
Cəbhənin qalan istiqamətlərində qoşunlarımız müdafiədə qalmalı 141 və yalnız əldə edilmiş
mövqeləri yaxşılaşdırılmalıdırlar.
Bir sözlə, gələn il hücum cəmi iki cinahla
məhdudlaşdırılmalıdır. Mən başa düşürəm ki, – deyə Hitler Brauxiçə kinayəli bir nəzər salıb,
sözünə davam edir, – düşmənin paytaxtına təzyiq göstərmədən, konkret bir istiqamətdə cəbhəni
yarmaq fikri alman generallarının cavanlıqda öyrəndikləri strategiya qanunlarına ziddir. Məncə,
113
Cənuba Hücum planının
mühüm qüsuru budur ki, bizim qoşunlar Qara dənizdə rəqibin əsas
qüvvələri arasında qalacaq. Lakin bu gün bizim başqa çıxış yolumuz yoxdur. Almaniyanın
ehtiyatlarının məhdudluğunu etiraf etməmək çox böyük və bağışlanmaz səhv olar. Bir daha
təkrar edirəm:
yalnız Bakı neft mədənləri ələ keçiriləcəyi təqdirdə müharibəni uda bilərik. Qafqazın işğalına ən
yaxşı qüvvələr yönəldiləcək.
“A” ordu qrupuna əlavə olaraq, təxirə salınmadan Rixtqodenin eskadrilyası, “Ebelveys” dağ-atıcı
diviziyası, Klebstin 4-cü tank ordusu göndərilməlidir... Aydındırmı, Qalder? Təxirə salınmadan!
Dağ yolu ilə maşın irəliləyir.
– Əgər nəsə fövqəladə bir hadisə baş verməsə, uzağı bir aydan sonra Bakı işğal ediləcək. Lakin
elə də ola bilər ki, bu müharibənin bu ən böyük mükafatı qalibi yalnız məyus edə bilər, – deyə
Şults fikirli-fikirli deyir. – Sizinlə bizim vəzifəmiz də məhz buna yol verməməkdən ibarətdir.
Üzləri maskalayıcı torla örtülmüş kiçik hərbi aerodrom görünür.
– Maykopa uçuruq. Fikrimcə, oraya səfər sizinçün faydasız olmaz!
Maykop. Yerə enən təyyarədən Şultsla Polad düşür. Onları qarşılayan esesçi zabitlə salamlaşıb,
maşına əyləşirlər.
– Neft mədənlərindən sürün! – deyə Şults əmr edir.
Yolun hər iki tərəfində neft hopmuş qapqara torpaq üstündə partlayışın aşırıb-qırdığı budaqlar,
mancanaq, avadanlıq hissələri atılıb qalıb.
– Çox pis vəziyyətdir, – deyə Şults dişlərini qıcırdaraq dillənir.
Zabit başı ilə təsdiq edir.
– Mədənlərin hamısı sıradan çıxarılıb. Avadanlıqlar, neft kəmərləri, anbarlar partladılıb. Bütün
quyuları torpaqlayıblar.
Mütəxəssislərin dediyinə görə, neft hasilatını yarım ildən tez bərpa etmək olmaz.
– Peşəkarcasına dağıdıblar, – deyə Şults onunla razılaşır. Bu anda onun diqqətini salamat qalmış
yeganə buruq cəlb edir. – Görəsən, bu nə əcəb salamatdır?
– Natural ölçüdə modeldir. Bunun üzərində neft institutunun tələbələri təcrübə keçirmişlər.
– Eşitdiyimə görə sabotajçıları həbs etmisiz?
– Maykoplulara kömək üçün Bakıdan göndərilmiş bir qrup təcrübəli neftçi aerodromda lap
uçuşqabağı yaxalanıb.
Şults fikirli halda keçmiş neft mədənini seyr edir:
– O adamların görkəmləri necədir?