42
Qızbəyənmə haqqında H.Sarabskinin məlumatlarından da bəlli olan
məsələ vardır. Burada əks olunan mərasim həm də orta əsrlərlə
səsləşir. Orta əsrlərdə olduğu kimi XX əsrin əvvəllərində də qız bə-
yənmə eyni qaydada oğlan anasının qayğısı ilə həll edilirdi. Sarab-
ski göstərir ki, belə işlərdə xüsusi qadınların rolu olurdu. Belə qa-
dınlar oğlan və qız evi arasında vasitəçi rolu oynayırdılar. Yeri gəl-
mişkən qeyd edək ki, qız evinə çağrılmadan qəfil qonaq gedib səli-
qə-sahmana nəzarət etmək də oğlan anasının qayəsi olurdu. (24, 90-
91) Müəllif oğlan anasının diliylə belə qeyd edir: «əsl mənim evi-
min adamıdır. Dilsiz-ağızsız, sərri-sahmanlı, hər şeyin yerini bilən,
yırtıqlı-yamaqlı, şirəli-şəftəli, bir dəqiqədə ələyər, yoğurar, yapar.
Qız döyü balam yıxılmış evin dirəyidir. Belə tikəni əldən vermək
olmaz…Hələ günü bugün dur mənilən qəfildən gedək evlərinə.»
(24, 85) Bu o məqsədlə edilirdi ki, qızın bəzəyi-düzəyi olmasın.
Həm də evdə təmizliyə riayət olunmasına, geyimin səliqəliliyinə
xüsusilə diqqət verilirdi.
Nəmçilər, ay nəmçilər,
Qapını kəsib elçilər.
Anam
deyir vermərəm,
Atam deyir dur görək. (24, 91)
Sarabskinin qeydlərindən aydın olur ki, qız evi də «hə» cavabı
verməzdən əvvəl dayısını çağırırdılar, yaxın qohumlarla məsləhət-
ləşirdilər.
Azərbaycanda «günün vaxtları (dan, ajım, övnə, ikindi, yaxud
günbatan) içərisində ikindidən yaxud alaqaralıqdan, alatoranlıqdan
sonra cəşt (axşam saat 8-10 arası) elçilik üçün münasib vaxt sa-
yılırdı.» (20, 356)
Müsəlmanlarda «İslam elçilik və nişanı xitbə adı altında tanıyır.
Xitbə odur ki, kişi qadına, yaxud onun vəlisinə-himayəçisinə (hima-
yəçi ata, baba, əmi, qardaş, yaxud digər yaxın qohumlar ola bilər)
evlənmək təklif etsin. Qadının, yaxud onun himayəçisinin razı
olduğu təqdirdə xitbə bitir, baş tutur. Xitbə elə bir ilkin razılaşmadır
43
ki, ona əsasən qız oğlanın olur, oğlan da qızın.» (30, 89) Tatarlarda
elçilik surat adlanır.
Oruc bəy Bayatın məlumatlarından aydın olur ki, qız bəyənən
oğlanlar bəzən istəklilərinə bəzəkli məktublar göndərirlər. Hətta öz
məhəbbətlərinin böyük gücünü göstərmək üçün bədənlərinin bəzi
yerlərini yandırırlar və sonra isə qızın qarşısına çıxıb göstərirlər.
Qız isə oğlana dəsmal, yaranı bağlamağa ipək şal və geyim göndə-
rir. Daha çox yanıq yeri göstərən gənc qadının ürəyini qazanaraq
onunla daha tez nikaha girə bilir. (36, 36) Naxçıvanda oğlan evi qı-
zın «hə»sini almazdan əvvəl, onların həyətindən bir daş oğurlayıb
gətirdikdən sonra bir həftə gözləyər. Əgər oğlan evi xeyir çəksə, qı-
zın ayağının «düşümlü» olduğunu sınayar və elçi gedərlər. (37, 54)
Yuxarıda deyilənlərə belə bir xulasə vermək olar ki, qızbə-
yənmə və elçilik kimi adətlər ailə daxili qəti formalaşmış qərarın
yekunlaşmış nəticəsidir. Bu adətlər xeyirli vəsilə ilə bir ailənin
digərinə xoş münasibətini əks etdirən bir vasitədir, bir başlanğıcdır.
Eyni zamanda bu adətlər ailə həyatını istiqamətləndirir və evlənəcək
insanın həyat tərzinə müəyyən mənada möhür vurur. Həmçinin
nəzərə almaq lazımdır ki, bu adətlər öz növbəsində hər
iki ailənin də
maraqlarının əsasını təşkil edir. Ailə məhz elçiliklə başlanan bir
bünövrə üzərində qurulur. Uzun əsrlər gəlib keçsə də, zaman bu
adətlərin məzmununu və mahiyyətini əsla dəyişməmişdir. Belə ki,
«keçmişdə olduğu kimi əvvəlcə qız evinə ana, xala, bibi gedir. Bu,
«ağız bilmək», «ağız aramaq», «öyrənmək» adlanır (16, 182).
Beləliklə də, orta əsrlər dövrünün ailə münasibətlərində mühüm
rola malik olan qızbəyənmə və elçiliklə yanaşı, digər adət və ənənə-
lərin də öyrənilməsi vacib məsələdir. Qızbəyənmə və elçilik adətləri
orta əsrlər dövründə olduğu kimi, müasir dövrümüzdə də eyni əhə-
miyyət daşımaqda davam edir.