ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   8   9   10   11   12   13   14   15   ...   118

 
37 
 
məqsədi başqa olan şair demək istəyir ki, eşqə bu dünyada əngəl ol-
maq mümkün ola bilər, lakin o biri dünyada əsla. Çünki bu dünyada 
birləşə  bilməyən  əsərin  qəhrəmanları  öz  məhəbbətlərini  cənnətdə 
yaşadırlar. Belə ki, əsərin sonunda Leyli ilə Məcnun öldükdən sonra 
dostlarının  onları  yuxuda  cənnətdə  görməsi  dediklərimizi  bir  daha 
təsdiqləyir.  Bu  onu  göstərir  ki,  Füzuli  «axirətə  sığınmağı  üstün 
tutub» (8, 181). Əsər boyu saf və təmiz bir eşqin təntənəsi və zəfər 
çalmasının labüdlüyü təsdiq edilir. Şairin orijinallığı da məhz bun-
dadır. Füzulinin özünəməxsus dünyasında mühüm yer tutan məhəb-
bət  məsələsinə  müxtəlif  alimlərin  də  münasibəti  maraq  doğurur. 
Məsələn, Z.Cöyüşov  «Həzz və iztirab» kitabında Füzuli yaradıcılı-
ğına əsaslanaraq şairin eşq fəlsəfəsini belə açıqlayır: «Eşqi, məhəb-
bəti çox geniş və çox əhatəli şəkildə başa düşən Füzulinin şərhində 
məhəbbət çox böyük mənəvi qüdrətə malik olan ülvi və müqəddəs 
bir hissdir. Onun fikrincə məhəbbət aşiqlərin həyat  yolunu işıqlan-
dıran bir qüvvədir. Həqiqət yolunun  yolçuları məhəbbətdən qüvvət 
almalıdır.  Məhəbbət  elə  bir  kamil  nəşədir  ki,    şərab  öz  hərarətini, 
musiqi  sədası  təsir  qidasını  ondan  almışdır.  Məhəbbət  aləmi  bəra-
bərlik, birlik aləmidir.»  (9, 287) Bu şərh  Füzuli yaradıcılığında tə-
rənnüm  olunan  məhəbbət  hissini  dolğunluğu  ilə  əks  etdirir.  Şairin 
«Leyli və Məcnun» əsərində elçilik adəti haqqında bəhs edilir. Hər-
çənd  ki,  Leylinin  atası  elçiləri  xoş  qarşılayır.  Lakin  Leylinin  atası 
qızını  o  zaman  Qeysə  verə  biləcəyini  söyləyir  ki,  atası  oğlunun 
divanəliyinə  əlac  qılsın,  bir  çarə  etsin.  Məcnunun  atası  eşitdik-
lərindən məyus şəkildə yaxın adamları ilə bərabər evinə qayıdır. (7, 
74) Bəhs etdiyimiz mövzu ilə bağlı Marağalı Əvhədi yazır: 
 
Evlənmək istəsən naçar qalaraq 
Bakir bir nigarla həyat qur ancaq. 
Əsilli-nəsəbli elə bir qız al, 
Ancaq səni görüb çevsin o maral. 
Yaşamış olarsa qeyr ilə fəqət, 
Çətindir bağlasın sənə məhəbbət. 
Pulu və hüsnü də olarsa əgər, 


 
38 
 
Belə bir xoşbəxtlik az ələ düşər. 
Qadında əsas şey həya, ismətdir, 
Bunlar qadın üçün böyük sərvətdir. (2, 218) 
 
Adətən elçiliyin cümə gününə salınması əhəmiyyət kəsb edirdi. 
(24, 94)  
Etnoqrafik müşahidələrlə müəyyən olunmuşdur  ki,  «elçilər qız 
evinin  rəsmi  razılığını  aldıqdan  və  həmin  gündən  bir  cümə  axşamı 
keçdikdən  sonra  yenə  də  qız  evinə  «kəsi-biçi»yə  gedirlər.  «Kəsi  - 
biçi» qız evinin tələbləri və oğlan evinin tələb olunan xərclərlə razı-
laşması söhbətinə deyilir» (27, 161). Bu mərasim tez toy etmək istə-
yəndə elçilikdən sonra başlayır. Ailəsi qızı tez vermək istəmədikdə, 
nişan mərasimi keçirilir. 
Elçilik  zamanı  qız  evinin  də  münasibəti  mühüm  məsələlərdən 
biridir.  Bu  məsələyə  də  orta  əsr  müəllifləri  öz  əsərlərində  yer  ver-
mişlər.  Belə  ki,  «Dastani-Əhməd  Hərami»də  elçilik  edənə  qızın 
atası tərəfindən bildirilən münasibət əsərdə belə təsvir olunur: 
 
Bu dənli ki kərəmlər qıldı bana  
Qızımı verirəm şükranə ona. 
Bana bir qol - qanad olsun otursun 
Elinə getməsin, bənimlə dursun. (2, 118-119) 
 
Burada maraqlı bir məqam nəzəri cəlb edir. Belə ki, hər bir va-
lideyn kimi, atanın da qızının uzaq ellərə qismət olmasını istəməmə-
si bəllidir. Gözündən uzaq olmasına könlü dayanmayan ata qızının 
və  kürəkəninin  onunla  bərabər  qalmasını  arzulayır.  Əsərdən  aydın 
olur ki, ata öz qızını ərə verməyə razı olsa belə, yenə də yeganə öv-
ladının  rəyini  nəzərə  almağı  vacib  sayır.  Elə  bu  məqsədlə  də  o 
qızının yanına gedib öz fikrini belə bəyan edir: 
 
Ana söylən, nədir fikri biləyin. 
Mübarək dügün edib başlayavuz. 
Ana görə işimiz işləyəvuz. 
Hələ bir qıza dəxi söyləyəlim 
Nə dürlüdür anın könlüm görəlim. (2,  119) 


 
39 
 
Əsərdə marağa səbəb olan bir şey vardır ki, bu da atanın qızı ilə 
söhbətində  gözlədiyi  həddir.  Atanın  necə  mehribançılıqla,  xoş 
sözlərlə övladına müraciət etməsini gətirdiyimiz nümunədə izləyək: 
 
Əyalımsan bənim sən, həm canımsan, 
Cigərimsən, damarım, həm qanımsan. 
Qərəz bir boşluq isə bu zamanda 
Neçün istəməyəsən anı sən də?! 
İraq yerə səni verir olursam. 
Bənə (bir) dərddürür sənsiz olursam. 
Səni bu yigidə kəbin edəm bən, 
Yüzünü görə durum dəmbədəm bən. 
Sözüm yanlış olur isə utanam. 
Əyalımsan, sənə yavuzmu sanam. 
 
Atanın qızı ilə necə şəfqətlə danışdığını, öz müraciətlərilə onun 
fikrinə necə hörmət etdiyini və övlad fikrinin onun üçün  nə qədər 
əhəmiyyət kəsb etdiyini bu şeir parçasında görməmək mümkün de-
yildir. Əsərdən atanın övladına münasibətində təbii bir nigarançılıq 
aydın  sezilir.  Burada  təsvir  olunan  bu  müraciət  qızını  yad  ellərə 
vermək  istəməyən,  gözündən  uzaq  olmasına  dözməyib  daim  öz 
yanında  saxlamağa  çalışan  narahat  bir  atanın  ürək  sözləridir.  Eyni 
şəfqət qızın cavabında da sezilməyə bilməz. Misal üçün: 
 
Atasın dinlədi ol mehribanı, 
Qızardı gül kibi bənzi, utanı. 
Təri dür kibi yüzündə düzüldü, 
Gözü nərgizlərin ol dəm süzüldü. 
Yanağı gül kibi öylə qızardı 
Atasından utanır, həm qızardı. 
Ədəb birlə der: ey dövlətli ata 
Səxavət kanı, ey mürvətli ata. 
Sizə biz qarşı söyləmək eyibdir
Ulular bu sözü böylə deyibdir. 


 
40 
 
Bizə söz söyləmək düşməz qatında, 
Həmin qulluq gərəkdir həzrətində. 
Nə deyəyən, ata, fərman sənindir, 
Əgər dərdli isəm dərman sənindir. (2, 122) 
 
Övladın da ataya eyni hörmətlə yanaşması, ədəbli davranışı diq-
qətdən  yayınmır. Qızından belə sözlər eşitdikdən sonra ata el  adə-
tincə toy tədarükünə başlayır.  
Orta  əsrlərdə  qıza  atanın  müraciət  etməsi  maraq  doğurur.  Bu 
qəbildən elçiliklə bağlı ananın deyil, birbaşa atanın qızına müraciət 
etməsi Suli Fəqih tərəfindən də qeyd edilmişdir:  
 
Çəvrə bənlərədən kişilər gəldilər, 
Hər birisi səni oğlinə dirlər. 
Elçilər şəhrim içi tolmuşdur, 
Qamusi sənün çün gəlmişdür.  
Bən bunlarə nə cavab eyləyəlim
Ay qızum, bunlarə nə söyləyəlim.  
Bunca ərməğan bəna gətürdilər, 
Məğsudi sənsən, bulər səni dilər. 
Neyliyəlüm imdi tədbir eyləgil, 
Bənə nə ögüt verirsin, söyləgil! (34, 61-62) 
 
Orta əsr müəlliflərinin əsərlərində rast gəldiyimiz bir məsələ də 
ailə məişətində əhəmiyyət verilməsi gərəkli hesab olunan əsl-nəca-
bətə  münasibətdir.  Belə  ki,  bu  xüsusən  qız  bəyənilərkən  diqqət 
yetirilməsi vacib olan məsələ kimi ortaya çıxır. Lakin nəzərə almaq 
lazımdır ki, xalq arasında elə indi də oğlan tərəfə də qiymət verilər-
kən  onun  da  hansı  nəslin  nümayəndəsi  olduğuna  diqqət  verilir  və 
namizədliyinin  məqsədəuyğun  görülüb-görülməməsində  ailə  tərə-
findən  mühüm  şərt  kimi  qəbul  edilir.  Bu  baxımdan  XIV  əsrin 
tanınmış şairlərindən biri olan Arif Ərdəbili yaradıcılığında ötəri də 
olsa, qeyd olunan məlumatlara diqqət yetirək. Onun «Fərhadnamə» 
əsərində bu məsələ  aşağıdakı şəkildə vurğulanır: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə