ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   6   7   8   9   10   11   12   13   ...   118

 
30 
 
elçiliyə  getməsidir.  Lakin  hər  bir  ailədə  elçiliyə  getməzdən  əvvəl 
oğlan  evində  ağsaqqallar  məsləhətləşir  və  razılıq  əldə  olunur.  Bu 
məsələyə  geniş  yer  verən  Nizami  elçiliklə  bağlı  şərtlərdən  ətraflı 
bəhs  etmişdir  (3,  72–73).  Məsələn  o,  el  arasında  «ağız  aramaq» 
adlanan adətə toxunaraq  yazır:         
 
O xəzinədən inci istəyənlər tərəfindən  
Min elçi qadın gedib gəlirdi» (7, 131). 
 
Burada şairin demək istədiyi odur ki, qız başqası ilə sözlü olma-
dığına  görə,  onda  müxtəlif  ailələrin  istəyi  əsasında  qız  evinə  ağız 
aramaq bəhanəsilə qadınlar göndərilirdi. Çünki adətdir ki, başqasına 
verilmiş qızı istəməzlər. 
Kişilər elçiliyə getməzdən əvvəl qız ailəsinin münasibətini öy-
rənmək  məqsədi  ilə  ilk  növbədə  onun  evinə  oğlan  evi  tərəfindən 
yalnız  qadınlar  gedir.  Bu  xüsusiyyət  həm  orta  əsrlərdə,  həm  də 
müasir dövrümüzdə icra olunan dəyişməz adət olaraq qalır. Müasir 
dövrdə  də  məhz  yaşlı  qadınlar  elçi  gedirlər.  Elçiliyin  nəticəsi  isə 
müxtəlif ola bilər. Bu baxımdan da ilk olaraq qadınların getməsi qız 
evinin razı olub-olmayacağını öyrənmək məqsədi daşıyır. Qəti ola-
raq «yox» cavabı alınarsa, kişilər elçi sifətilə o evə gedə bilməzlər. 
Elçi  getməzdən  əvvəl  kişilərin  məsləhətləşməsi  haqqında  «Kitabi-
Dədə  Qorqud»da  belə  deyilir:  «Baybörə  bəy  dedi:  «Oğul,  Qalın 
Oğuz  bəylərini  evimizə  dəvət  edək,  necə  məsləhət  görərlərsə,  ona 
uyğun  da  iş  görək.»  Bütün  Qalın  Oğuz  bəylərini  çağırıb  evlərinə 
yığdılar. Zəngin qonaqlıq verdilər. Qalın Oğuz bəyləri dedilər: «Bu 
qızı istəməyə kim gedə bilər?» Məsləhət gördülər ki, Dədə Qorqud 
getsin.» (31, 153) 
Elçilik zamanı kişilər gedirsə, qız yiyəsinə əsasən hansı sözlərlə 
müraciət edildiyi «Kitabi-Dədə Qorqud»da şərh olunmuşdur: 
 
Qarşı yatan uca dağını aşmağa gəlmişəm. 
Coşub daşan təmiz suyunu keçməyə gəlmişəm. 
Gen ətəyinə, dar qoltuğuna qısılmağa gəlmişəm. 


 
31 
 
Tanrının əmriylə, peyğəmbərin rəyi ilə 
Aydan arı, gündən duru bacın Banıçiçəyi 
Bamsı Beyrəyə diləməyə gəlmişəm! (31, 154) 
  
Nizami  yaradıcılığında  baş  tutan  və  baş  tutmayan  elçilik  haq-
qında ətraflı məlumat vardır. Şair «Leyli və Məcnun» əsərində bu-
nun  hər  ikisini  incəliklərinə  qədər  təsvir  etmişdir.  Məsələn,  oğlan 
evinin ağsaqqallarla məsləhətləşməsi, elçi gedərkən qız evinə müəy-
yən hədiyyələr təqdim etməsi və qız evinin də yox cavabı verməsinə 
baxmayaraq,  gələn  elçiləri  bir  qonaq  kimi  ləyaqətlə  qarşılaması 
kimi məsələlər öz əksini tapmışdır.  
El adətinə görə elçi də bir qonaq hesab olunduğundan onu təh-
qir etmək, qovmaq ədəbsizlik sayılır. Çünki «hələ qədim dövrlərdən 
başlayaraq indiyədək davam edən qonaqpərvərlik adətinin, xüsusilə 
elçilik, nişan və toy mərasimləri zamanı icrası daha diqqətəlayiqdir. 
Belə ki, burada qonaqpərvərlik özünəməxsus tərzdə icra olunur. Qız 
evinə oğlan evi hədiyyələr təqdim edir. Ev sahibi də gələn qonaqları 
lazımi qaydada qarşılayıb yola salmağa ciddi riayət etməyə çalışır» 
(17, 94). Qeyd etməliyik ki, elçilikdə mahiyyət  etibarilə qonaqpər-
vərliyə  xas  olan  əlamətlər  özünü  büruzə  verir.  Əsərdən  aydın  olur 
ki,  «elçilik zamanı valideynlər arasında aparılan danışıqlar da söv-
dələşməyə bənzəyir» (10, 45).  
Məhəmməd Füzulinin «Leyli və Məcnun» əsərində toya qədərki 
el adətlərindən biri olan elçilik haqqında bəhs edilir. Füzuli Məcnu-
nun atasının öz yaxın adamlarını cəm edib Leylini atasından istəmə-
yə getdiyini qeyd etmişdir. Danışıq əsnasında Məcnunun atası əsli-
nəsəbi  barədə  qız  evinin  məlumatı  olduğunu  söyləyir.  Sonra  belə 
deyir:  
 
Bir ləlin eşitmişəm sənin var 
Kim, lölöümə odur səzavar. 
Lütf eylə, inayətü kərəm qıl! 
Ol ləl ilə dürrü möhtərəm qıl! 
Qılsın gülü sərv sayəpərvər, 


 
32 
 
Olsun gülə sərv sayəgüstər. 
Fəhm et sözümü, təğafül etmə, 
Bir xeyr işidir, təəllul etmə! 
Gər hasil olur bu kam səndən
Hər nə ki, dilərsən, istə məndən (26, 89–90). 
 
Leylinin atası qızını o zaman Qeysə verə biləcəyini söyləyir ki, 
atası  oğlunun  divanəliyinə  əlac  qılsın,  çarə  etsin.  Məcnunun  atası 
eşitdiklərindən məyus şəkildə evinə qayıdır. Bu xüsusda M.O.Kos-
ven  yazır  ki,  elçi  tacirə,  gəlin  isə  mala  çevrilir.  (10,  214)  Nizami 
Gəncəvi  «Leyli  və  Məcnun»  əsərində  atasının  oğlu  üçün  elçiliyə 
getməsi məqamını belə təsvir etmişdir: 
 
Əhvalatı eşidib bu qərara gəldi ki, 
Gülünün (oğlunun) üzündən o tozu silsin 
Dünyanı işıqlandıran o incini 
Öz murad tacına tiksin. 
Qəbilənin o ziynətini yüz təmtəraqla 
Öz gülünün işığına (oğluna) istəsin. 
Qəbilə ağsaqqallarının hamısı da 
Haman murad üçün razılıq verdilər ki,  
O qəbilədəki bakirə incini (Leylini - Ş.B) 
Öz tək gövhəri ilə (yeganə oğlu ilə) qoşalaşdırsın (7, 71–72). 
 
Şair  bu  təsvirilə  Azərbaycan  xalqının  elçilik  adətində  mövcud 
olan ağsaqqallarla məsləhətləşməni misal göstərmişdir. O, eyni za-
manda razılıq hasil olduqdan sonra elçiliyə gedənlərin müəyyən tə-
darük gördüklərini də sözlərinə əlavə etmişdir: 
 
O tayfanın fikri onunla nəticələndi ki, 
Oradan səfərə hazırlaşsınlar. 
Əgər bacarsalar, kəbin yolu ilə 
O ağlını itirmişi aya çatdırsınlar. 
Amirilər ağası (işi) belə gördükdə, 


 
33 
 
Ağlamağı buraxıb yenə gülməyə başladı. 
Böyük bir dəstə ilə qalxaraq, 
Hər cəhətdən yol tədarükünü gördü. 
Elə bir dəstə ilə bəzənmiş halda
Böyük cah-cəlalla yol gedirdi. (7, 72) 
 
Əsərdən də göründüyü kimi, oğlan evi qız evinə əliboş getmir-
di. Əlbəttə, burada aparılan şeylərin mahiyyəti açıqlanmasa da, şai-
rin böyük cah-cəlalla yol getmələri – deməsi qız evinə müəyyən hə-
diyyələr təqdim edilməsinə bir işarədir. Nizami qarşı tərəfin də oğ-
lan  evindən  gələn  elçilərə  münasibətdə  özünü  nə  cür  aparmasını 
təsvir etmişdir: 
 
Xəbər tutduqda böyüklü-kiçikli 
Vəfa və mehribanlıq yolu (niyyəti) ilə 
Qonaqpərvərliklə pişvaza (qarşıya) çıxdılar. 
Hörmət mənzilində möhkəm dayandılar. 
Nə ki, varlarıydı, ortaya qoydular. 
Sonra amirilər ağasına (başçısına) dedilər: 
İstəyin nədir, aç, söylə?! 
Məqsədini de! (dinləməyə) hazırıq, 
Onu verməkdə (yerinə yetirməkdə) müzayiqə etmərik. 
Dedi: muradım (məqsədim) dostluqdur, 
O da iki işığın (övladın) xatirinədir. 
Sonra gəlinin (qızın) atasına dedi: 
(Qoy) tay tayı ilə zinətlənsin. 
Mən məhəbbət və qohumluq qaydası ilə 
Sənin qızını öz oğluma istəyirəm (7, 72).  
 
Lakin qız evi tərəfindən rədd cavabı alan oğlan evinin adamları 
pərt  və  naümid  vəziyyətdə,  incik  halda  geri  qayıtmalı  olurlar.  Bir 
sözlə,  burada  baş  tutmayan  elçilik  haqqında  söhbət  gedir.  Baş  tut-
mayan elçiliklə yanaşı, elə həmin əsərdə Nizami baş tutan elçilikdən 
xəbər  verərək  göstərir  ki,  «İbn  Səlam  Leylini  görüb  bəyəndikdən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə