ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   16   17   18   19   20   21   22   23   ...   118

 
65 
 
adam oğlanın sağ əlinin içinə və çeçələ barmağına xına sürtür, sonra 
əli təzə parça tikəsi ilə bağlayır ki, buna  «seçəş» mərasimi deyilir. 
Həmin mərasim eynilə gəlin üçün də icra olunur. Mərasimdən sonra 
evlənənlərin evi yaxındırsa, oğlanı qız evinin həyətinə salıb çıxarır 
və geri evinə qaytarırlar. (26, 117)  
Xına ilə bağlı xalq arasında deyimlər də mövcuddur. Məsələn, 
ayağına  xına  yaxıb  əncir  və  yaxud  tənək  yarpağı  ilə  onu  bağlayıb 
quruyanadək qadınlar iş görmədən uzanıb dincəlirdilər. Ona görə də 
bir  səbəb  olmadan  iş  görməyi  rədd  edən  tənbəl  adamlar  haqqında 
«ayağı  yarpaq  xınada  deyil  ki?»  -  deyirlər.  Bununla  yanaşı,  başqa 
bir  deyim  isə  bundan  ibarətdir  ki,  müxtəlif  mərasimlərlə  əlaqədar 
olaraq  qadınlar  əl-ayaqlarına  xına  sürtüb  öz  sevinclərini  beləcə 
bildirirdilər.  Lakin  ağır  vəziyyətə  düşənin  düşməni  sevinər  deyə 
«qoy,  ayağına  xına  yaxsın»  məsəli  də  başqasının  mətləbə  çatması 
kimi  mənalandırılaraq  el  arasında  yayılmışdır.  (20,  19;66)  Bundan 
əlavə xına yaxmaqla bağlı tapmacada deyilir: 
 
             Yaşıl əkdim, 
             Al çıxdı. (28, 211)  
 
Beləliklə,  müxtəlif  mənbələr  əsasında  xınayaxdı  adətinin  ailə 
məişətindəki əhəmiyyətli yeri, mahiyyəti və zamanımıza qədər gəlib 
çatması barədə məlumat verərək araşdırma aparıldı.   
 
                                    


 
66 
 
TOY  ADƏTLƏRİ 
Azərbaycan xalqının ailə məişətində ən zəngin adət və ənənələr 
toy mərasimində icra edilirdi. Bütün dünya xalqlarında olduğu kimi, 
Azərbaycanda da uzun əsrlər boyu özünəməxsus şəkildə toy mərasi-
mi keçirilmişdir. Bildiyimiz kimi, toya qədərki adətlər əsasən qızbə-
yənmə, elçilik və nişanlanmadır. Yalnız bu mərhələlər ardıcıl olaraq 
icra edildikdən sonra toy günü dəqiqləşdirilir və hər iki tərəfdə (qız 
və oğlan evi) toy mərasiminə hazırlıq işləri başlanır. Toy artıq tam 
razılıq  əldə  olunmasını  təsdiqləyən  sonuncu  mərhələdir  və  nikahın 
qəti olaraq rəsmiləşdirilməsini göstərir. Bütün  dövrlərdə toy büsatı 
eyni mahiyyət və məzmun kəsb etmişdir. 
Orta  əsrlərdə  toy  mərasiminin  necə  keçirilməsi  barədə  ərtaflı 
məlumat almaq üçün müxtəlif mənbələrdə onun necə təsvir olunma-
sına diqqət yetirmək lazım gəlir. Xüsusən həmin dövrlərdə yaşayıb 
yaradan şairlərimizin və alimlərimizin yaradıcılığında bu məsələ ilə 
bağlı  yer  alan  məlumatları  bir  yerə  toplayıb  diqqətə  çatdırmaq 
zəruridir. Çünki bu məlumatlar səpələnmiş şəkildədir, bəzən isə bir 
müəllifin  yaradıcılığında  olan  məlumat  digərində  yoxdur.  Nəzərə 
almalıyıq  ki,  ailə  məsələləri  ilə  əlaqədar  olaraq  orta  əsrlərin  digər 
mənbə müəlliflərinin verdikləri məlumatlarla müqayisədə mütəfək-
kirlərimizin və şairlərimizin əsərlərindəki təsvirlər daha dolğun əks 
olunmuş və real  gerçəkliyi olduğu kimi əks etdirir. Onların əsərlə-
rində təsvir olunan ailə məsələləri ilə bağlı canlı löhvələr daha dol-
ğun və dəqiqdir. Buradaca qeyd etməliyik ki, şairlərimizin yaradıcı-
lığında  təsvir  olunan  mühit  feodal  cəmiyyətinin  mövcud  adət  və 
ənənələrini özündə ehtiva edir. Bu məlumatlar həm də ona görə əhə-
miyyətlidir ki,  ailə məişəti ilə bağlı  adət  və  ənənələrin  daha qədim 
köklərə malik olduğunu söyləməyə imkan yaradır. 
Feodalizm  cəmiyyətində ailə birliyi daha möhkəm idi. Belə ki, 
o,  əhalinin  əmək  fəaliyyəti  ilə  daha  da  sıx  birləşdiyi  bir  cəmiyyət 
olmuşdur.  Feodal  ailəsinin  xüsusiyyəti  ondan  ibarət  idi  ki,  iqtisadi 
amil, qapalı təsərrüfatın mövcudluğu, torpağa bağlılıq istər-istəməz 
ailə dayağının möhkəmliyini təmin edirdi. Dövrün bu reallığı ümu-


 
67 
 
mi  ailə  həyatının  göstəricisi  idi.  Bu  geniş  əhali  kütləsinin  demək 
olar ki, bütün dairələrini əhatə edirdi. İlk növbədə ailənin öz marağı 
gəlirdi.  Bu  xüsusiyyət  nikahın  daha  da  möhkəmlənməsini  zəruri 
edirdi.  Lakin  bütövlükdə  bütün  sinifli  cəmiyyətlərə  şamil  edilərək 
(orta  əsrlər  dövrü  də  daxil  olmaqla)  «Ailə»  kitabında  belə  deyilir: 
«istismarın  hökm  sürdüyü  cəmiyyətlərdəki  ictimai  bərabərsizlik, 
hüquqsuzluq,  sinfi  ziddiyyət  monoqam  ailədə  ər-arvad  arasındakı 
münasibətdə  öz  inikasını  tapır.  Monoqamiya  ailənin  inkişafında 
şəksiz  böyük  rol  oynamışdır.  Lakin  o,  həqiqi  məhəbbətin  inkişaf 
edə  biləcəyi  bir  ailə  forması  sayılsa  da,  əslində  fərdi  məhəbbətin 
məhsulu olaraq meydana gəlmişdir. Bu ailənin yaranmasında maddi 
mülahizələr mühüm əhəmiyyət daşımışdır. Monoqamiya istismarın 
hökm sürdüyü cəmiyyətlərdə həm qadının iqtisadi, mədəni və siyasi 
cəhətdən  hüquqsuzluğuna  səbəb  olmuş,  həm  də  ər  və  arvadın  bir-
birinə vəfasızlığı ilə səciyyələnmişdir.» (23, 137) Müəllifin bu fikri-
ni  hansı  əsaslar  üzərində  qurduğu  söyləmək  mümkün  deyildir. 
Çünki belə bir əsas da yoxdur. Əksinə, bütün bu hüquqsuzluqlar qa-
dının kişidən iqtisadi cəhətdən asılılığını zəruri edirdi. Uşaqları ol-
duqdan  sonra  isə  qadın  ilk  olaraq  onlara  olan  vəfasını  düşünürdü. 
Müəllifin  son  fikrini  heç  cür  qəbul  etmək  olmaz.  Çünki  o  özü  də 
əlavə şərh vermədən ötəri söz kimi  yalnış fikir ifadə etmişdir. Bu-
rada onu qeyd etməliyik ki, hər bir dövrün inkişaf səviyyəsinə uy-
ğun olaraq adət ənənələri, əxlaq qaydaları mövcud olmuş, müəyyən 
düşüncə  tərzi  qərarlaşmış  və  bu  da  insanların  məişətinə  sirayət 
etmişdir. Təbiidir ki, bu günlə müqayisədə savadsızlığın olduğu bir 
zamanda, inkişafın xeyli aşağı olduğu orta əsr cəmiyyətində ictimai 
rəyin bəzən mənfi müdaxiləsi bir sıra xoşagəlməyən hallarla müşa-
hidə  oluna  bilərdi.  Lakin  bunu  bütün  sinifli  cəmiyyətlərə  qeyri-
şərtsiz şamil etmək doğru deyil.  
Toy  barədə  məlumat  verməzdən  əvvəl  onu  qeyd  edək  ki,  toy 
özü nikaha girmə vasitəsidir. Nikaha girmə isə ya toy, yaxud da na-
dir hallarda olduğu kimi qızqaçırma yolu ilə həyata keçirilirdi. Ni-
kaha  girmə  zamanı  albanlarda  bir  sıra  şərtlər  qoyulurdu.  Məsələn, 
«heç  kəs  öz  qohumu  olan  əmi  və  bibi  nəvəsi  ilə  evlənə  bilməz  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə