ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   24   25   26   27   28   29   30   31   ...   118

 
90 
 
İkisi iki gövhərdən ki ari, 
Dayələr əmzirdi bir yil bunları. 
Çünki bunlar bir yaşına irdilər 
Ayü günəş, tanrı sünin ökdülər. 
Dedilər, ey verən bizə sübhü şam
Nitqindən qıldın günəş, bədri təmam. 
Sününə əhsən deyər nəqqaşi-xoş
Qətrə sudan qıldın ayilə günəş. 
Ata, ana bunlarınla oldu şad, 
Qıldılar bir-birinə namizad (1, 149). 
 
Göründüyü kimi, Yusif Məddah ailə məişətində rast gəlinən bir 
sıra  adətlərimizin  mövcudluğunu  təsdiq  etmişdir.  Yəni,  təzə  doğu-
lan uşaqların bir-birinə valideynləri tərəfindən deyikli edilməsi mə-
sələsi nəzərdə tutulur. Müəllifin yaradıcılığında ailə və nikah barədə 
verilən məlumatlar öz növbəsində bir sıra el adətlərinin daha qədim 
tarixə  malik  olduğunu  söyləməyə  əsas  verir.  Bununla  yanaşı,  şair 
elə buradaca fikrinə aydınlıq gətirərək əmi qızı ilə əmi oğlu arasında 
bağlanan nikah növu haqqında belə deyir: 
                                     
Bən qızımı namizəd eyləmişəm 
Kim, qardaşım oğliçün söyləmişəm. (1, 178) 
 
Buradan aydın  olur ki,  orta əsrlərdə əmiuşağı  arasında nikahın 
bağlanması faktı mövcud olmuşdur. Belə ki, xalq arasında da hətta 
bu cür ifadə də geniş yayılmışdır ki, əmi qızı ilə əmi oğlu arasındakı 
nikahı göydə mələklər bağlayar. Əmi oğlu ilə əmi qızı arasında kə-
bin əlaqəsi müasir dövrümüzdə də rast gəlinən hal olduğunu nəzərə 
alsaq, onun orta əsrlərdən indiyədək davam  edən nikah növü oldu-
ğunu təsdiqləyə bilərik. Bu nikah növü elmi ədəbiyyatda həmçinin 
ortokuzen  nikah  adlanır  və  hətta  xala  oğlu  ilə  xala  qızı  arasındakı 
nikaha  da  şamil  edilir.  Qeyd  edək  ki,  «keçmişdə  azərbaycanlılarda 
endoqamiya üstünlük təşkil edirdi. Adətən kəndlər bir neçə toxum, 
nəsil adlanan ailə qohum qrupları  yaşayan kvartaldan (məhəllədən, 


 
91 
 
oymaqdan)  ibarət  idi.  Məhəllə  daxili  nikahlar  geniş  yayılmışdı, 
xüsusən  qohumlar  arası-krosskuzen  və  ortokuzen  kəbinə  üstünlük 
verilirdi.» (33, 73) Yuxarıda deyilənlər XX əsrin etnoqrafik müşahi-
dələrilə də təsdiq olunur.  Lakin  bu o qədər də  geniş  kütləyə şamil 
edilə bilməz. Ailələrin baxış dairəsindən asılı olaraq indi də kəndlə-
rimizdə elələri vardır ki, yalnız öz yaxın qohumları ilə övladlarının 
evlənməsini müvafiq hesab edirlər.  
XVII əsr şairi Məsihi deyikli məsələsinə əsərində yer vermişdir.  
 
Şərt eylədi ol iki bəradər
Gər eyləsə ömr o ləlü gövhər. 
Həm bəxt ola o liki mükərrəm
Təzvic ilə bir-birinə məhrəm. 
Əvvəl gün olar bulub məzadi
Bir-birin olundu namzadi (59, 50-51). 
 
Azərbaycanda  «qız-qıza»,  «əvəz-əvəz»  və  ya  «al  dəyişik»  adı 
altında  nikah  forması  da  mövcud  olmuşdur.  Bu  o  deməkdir  ki, 
qızını o biri ailəyə verən valideyn həmin ailədən də öz oğluna qız 
alır və ikitərəfli qohuma çevrilirlər. Hətta yüksək zümrələrdə haki-
miyyətin  parçalanmaması  üçün  orta  əsrlərdə  bu  nikah  növünün 
mövcud olduğu da tarixi faktlarla öz təsdiqini tapır. Misal üçün orta 
əsr  müəllifi  Yaqut  Həməvi  göstərir  ki,  «Hakimiyyət  Ənuşirvanın 
əlinə keçərkən o, onların (xəzərlər nəzərdə tutulur. – Ş.B.) şahlarına, 
əvəzində  öz  qızını  vermək  şərtilə,  onun  qızını  almaq  üçün  elçi 
göndərdi.»  (26,  139)  S.Hacıyeva  göstərir  ki,  dəyişik  nikah  tabasa-
ranlılarda  «başa  baş»,  kumıklarda  «birge  bir»  və  ya  «başqa  baş» 
adlanırdı (51, 182). Bu adət indi də qalmaqdadır və görünür, ailələr 
arasında münasibətlərin müsbət olması ilə əlaqədardır.  
Yeri  gəlmişkən  qeyd  edək  ki,  bu  nikah  növü  ilə  bağlı  xalq 
arasında məzəli rəvayət mövcuddur. Kənddə bir evə qonaq gəlir və 
ev yiyəsi olan kişi qapıdan girən kimi arvadını təhqir edir və qonağı 
evə buraxdığına görə onu döyür. Qonaq səhəri bir başqa evə gedən-
də burada isə  əksinə acıdil bir qadın  onu qarşılayır, lakin onun əri 


 
92 
 
çox mehriban adam olur və qonağı mehribancasına dindirir. Qonaq 
dünənki evdə gördükləri münasibət ilə bu evdə gördüklərinin səbə-
bini ev yiyəsindən soruşanda o cavab verir ki, burada təəccüblü bir 
şey  yoxdur  «o  evdə  gördüyün  qadın  mənim  bacımdır,  bu  evdə 
gördüyün qadın isə həmin kişinin bacısıdır.» (49, 148)        
Orta əsr müəllifləri qarşılıqlı məhəbbət əsasında qurulan ailəyə 
üstünlük  verirdilər  və  bunu  əsərlərində  təbliğ  edirdilər.  Qətran 
Təbrizinin aşağıdakı fikri maraq doğurur: 
 
Kimin sevgilisi mehriban, məhəbbətli olsa
Onun bütün günləri novruz və mehriqan bayramları  
    kimi  olar. (39, 283) 
 
Burada  müəllif  insani  münasibətlərin  özülündə  məhəbbətin 
dayandığını və mehriban qadının böyük qüvvə olduğunu təsdiqləyir. 
El  arasında  belə  bir  məsəl  var  deyirlər  ki,  «arvadı  yaxşı  olan  gec 
qocalar».  Lakin bildiyimiz kimi, kəbin heç də hər zaman qarşılıqlı 
istəklə  həyata  keçirilmirdi.  Ümumiyyətlə,  orta  əsrlər  dövrünün 
qayda-qanunlarına boyun əyən qadınlar öz talelərinin ağası deyildi-
lər.  Onlar  ailə  böyüklərinin  rəyinə  tabe  olmaq  məcburiyyətində 
qalırdılar.  Bu  «Leyli  və  Məcnun»  hekayətinə  müraciət  edən  bütün 
orta əsr müəlliflərinin əsərlərindən də açıq-aydın görünür.              
Toy  mərasimi  zamanı  xalqımızın  əsrlər  boyu  yaşatdığı  qonaq-
pərvərlik  adətinə  riayət  olunur.  Belə  ki,  «Hələ  qədim  dövrlərdən 
başlayaraq indiyədək davam edən qonaqpərvərlik adətinin, xüsusilə 
elçilik, nişan və toy mərasimləri zamanı icrası daha diqqətəlayiqdir. 
Belə  ki,  burada  qonaqpərvərlik    özünəməxsus  tərzdə  icra  olunur. 
Qız  evinə  oğlan  evi  hədiyyələr  təqdim  edir.  Ev  sahibi  də  gələn 
qonaqları lazımi qaydada qarşılayıb yola salmağa ciddi riayət etmə-
yə çalışır.» (13,  94) Bu onu göstərir ki, toy mərasimi özündə həm-
çinin qonaqpərvərliyi də ehtiva edir. 
Toyla  bağlı  demək  olar  ki,  əksər  adətlər  indi  də  xüsusən  kənd 
yerlərində  mövcuddur.  (12,  180–220)  Azərbaycan  xalqının  toyları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə