ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   26   27   28   29   30   31   32   33   ...   118

 
96 
 
toyda çalıb-oynayan mütrüblərdən də bəhs etmişdir. Təbrizdə gəlini 
evdən çıxaranda «qızın atası, ya da qardaşı onun otağına girib şalın 
arasına qoyulmuş pendir-çörəyi gəlinin belinə bağlayırlar. Bu adətin 
mənası odur ki, gəlin oğlan evinə ayağı çörəkli gedir, özü ilə xeyir-
bərəkət  aparır» (37, 17). Düzdür, mənbələrdə bu adətin icrası haq-
qında məlumata rast gəlməsək də, onların orta əsrlərdə də icra olun-
duğu  və  həmin  dövrlərin  yadigarı  olduğu  şübhə  doğurmur.  Çünki 
belə adətlər qədim zamanlardan bəri formalaşaraq xalqın çoxəsrlik 
təfəkküründə  mühafizə  olunaraq  yaddaşa  çevrilmişdir.  Etnoqrafik 
müşahidələr təsdiq edir ki,  Lənkəran bölgəsində bəy gəlinin alnına 
sürtülmüş  balı  barmağı  ilə  götürüb  dilinə  sürtür.  Bu  gəlinin  şirin 
dilli olmasına bir işarə kimi qəbul edilir. 
B.Abdulla  qeyd  edir  ki,  «İstisna  hallar  nəzərə  alınmazsa,  qız 
evində toy oğlankından əvvəl başlanır və ehtimal ki, bu da ana xət-
tinin  üstünlüyünü  ifadə  edən  əlamət  kimi  bu  çağacan  yaşamaq-
dadır.» (45, 129) 
Azərbaycanda  toy  zamanı  mövcud  olan  «belbağlama»ya  görə 
ata evindən çıxarkən qızın belini oğlanın qardaşı və ya qardaşı yox-
dursa,  qohumlarından  biri  bağlayır.  Azərbaycanda  duvaqqapma 
adəti də mövcud olmuşdur. Oğlan evinə  gəldikdən sonra qızın  ba-
şından bir uşaq duvağını alıb barlı ağacın başına atırdı. 
Aşıq  Misgin  Abdalın  yaradıcılığında  ailə  məsələləri  də  yer  al-
mışdır.  El-obanın  toy  mərasimi  (7  və  40  gün  keçən),  elçilik,  qara 
zurnanın çalınması, aşıqların orada olması və s. öz əksini tapmışdır. 
Bundan  əlavə  Miskin  Abdal  maraqlı  bir  el  adətinə  toxunmuşdur. 
Burada  qeyd  olunur  ki,  qədim  zamanlarda  toy  mərasimi  zamanı 
pəhlivanla  güləşmə  baş  verirdi.  Gəlinə  layiq  olduğunu  göstərmək 
üçün bəy güləşməni qazanmalı idi. “Miskin Abdal və Sənubər” das-
tanında  deyilir:  “-Hardadı  bəy?  Çıxsın  ortalığa.  Bəynən  güləşmək 
istəyən var. El var, adəti var” (1, 108). Qeyd edək ki, bu adət sonra-
lar da davam etmişdir. Məsələn, XX əsrdə Qax bölgəsində pəhlivan 
güləşdirmək adəti var idi. Sadəcə burada güləşmə şəxsən bəyin özü 
ilə yox, bəy evi tərəfindən seçilmiş güclü bir adamla keçirilirdi (48). 


 
97 
 
Qazax  bölgəsinin  Şıxlı  kəndində  toy  mərasimləri  zamanı  güləş 
nümayiş etdirildiyini etnoqraf  T.Bünyadov da təsdiq edir (68). 
Qax bölgəsinin Almalı kəndində XX əsrin ortalarına kimi qalan 
belə bir toy adəti mövcud idi ki, məhəllənin ortasına xalça sərirdilər 
və onun ustünə qız tərəfi güclü birisini uzadırdı. Həmin adamı bəy 
tərəfindən gəlmiş güclü bir nəfər çiyninə qaldırmalı idi, əks təqdirdə 
qaldıra bilmədikdə qızı verməzdilər. Oğlan evinin adamları çalışırdı 
ki, güclü bir nəfəri ortaya çıxarsınlar ki, pərt olmasınlar. Ümumiy-
yətlə,  qızı  almaq  çox  çətinliklə  başa  gəlirdi.  Bundan  əlavə,  Qaxın 
Qorağan  kəndində  isə  toy  günü  artıq  gəlin  bəy  evinə  gətirildikdən 
sonra  bəyi  papaqlı  ortaya  çıxarıb  hər  gələn  papağının  altına  pul 
qoyardılar. (66) Bu qeyd olunanlar onu göstərir ki, bəy tərəfi bir sıra 
əngəlləri aşmalı olurdu. Orta əsrlərdə güclü birisi ilə bəyin özü gülə-
şirdisə,  sonrakı  dövrlərdə  bu  adətin  şəkli  dəyişir,  hər  iki  tərəfdən 
daha güclü adamlardan istifadə olunurdu.  
Arif Ərdəbilinin «Fərhadnamə» əsərinin məzmununu şərh edən 
N.Araslı  yazır:  «Fərhadın  atası  ölür.  Onun  əmisi  təxtə  sahib  olub, 
ölən qardaşının arvadı,  yəni Fərhadın analığı ilə evlənir. Bu hadisə 
Fərhadı çox mütəəssir edir.» (19, 62) Göründüyü kimi, burada şair 
nəinki  orta  əsrlərə,  eləcə  də  sonrakı  dövrlərdə  xalqımızın  mənəvi 
dəyərlərinə  xarakterik  olmayan  və  nadir  rast  gəlinən  nikah  növü 
kimi levirat haqqında söz açmışdır. 
Bu  nikah  növünü  qayına  getmə  kimi  də  izah  etmək  olar.  Belə 
ki, bu nikah əri ölmüş qadının subay qaynı ilə evlənməsinə deyilir. 
Şairin də münasibətindən bəlli olur ki, əsərdə bu məsələ təqdir olun-
mayan bir hal kimi yer almışdır. Burada nəzəri cəlb edən isə sadəcə 
levirat  kimi  nikah  növünün  mövcud  olduğunu  qeyd  etməsidir. 
Cavan vaxtı əri ölüb dul qalmış qadınların başqa evə yenidən gəlin 
getməsini  qəbul  edə  bilməyən  və  bunu  istəməyən  nadir  ailələrdə 
onu evlənməmiş qaynına almaq kimi az-az rastlanan hallar da möv-
cud olumuşdur. Burada əsas məsələ həmçinin dul qalanın uşaqı ol-
duğu  təqdirdə  onun  ata  ocağından  ayrılmasına  razılıq  verilməməsi  
ilə bağlıdır. Təqdirəlayiq hal olmadığı onun nadir görüldüyü ilə də 
əlaqədardır və keçmişin ən pis, geridəqalmış nikah növü kimi  əhali 


 
98 
 
arasında  da  müsbət  qarşılanmadığı  və  geniş  yayılmadığı  bəllidir. 
Əslində belə bir nikah növünün olması zənnimizcə ailədaxili iqtisa-
di durumun, maddi məsələlərlə bağlı düşüncələrin rolu ilə izah olu-
na bilər. Belə ki, burada əsas amil kimi təzə gəlin üçün təzədən xərc 
sərf edərək  yenidən toyla bağlı adətlərlə  əlaqədar olaraq (məsələn, 
başlıq pulu və s.) əlavə xərclərə girmək istəməmək kimi niyyət özü-
nü göstərir. Levirat nikah növünü köhnəliyin qalığı kimi qiymətlən-
dirmək olar. Çox təəssüf ki,  bəzi  müəlliflər bu nikah növünün ma-
hiyyətini  başqa  cür  də  izah  etməyə  çalışırlar.  Məsələn,  Bahaəddin 
Ögəl özünün «Böyük hun imperiyası» kitabında belə yazır: «Levirat 
– oğulların dul ögey analarla və ya ölən qardaşların arvadları ilə ev-
lənmə adətidir. Əslində, hunlarda və sonrakı türklərdə bu adət inki-
şaf etmiş bir adət kimi müşahidə edilirdi. Məqsədi isə ailələrin da-
ğılmaması, ərləri ölən qadınların və yetim uşaqların səfalətə düşmə-
mələri  idi...  Ölən  qardaşın  arvadı  ilə  evlənib,  onun  yetim  qalan 
uşaqlarını öz ailəsi və himayəsi altına almaq tipik və sosial bir həm-
rəylik nümunəsidir» (20, 193–194). Burada belə bir fikir səslənir ki, 
guya  bu  nikahda  məqsəd  ailənin  dağılmaması  və  səfalətə  düşmə-
məsidir. Bu xüsusda etnoqraf alim Q.Qeybullayevin də fikri belədir: 
«Levirat nikah adətinin icra edilməsinin iki səbəbi vardı. Varlı züm-
rədə  mərhumun  varidatına  sahib  olmaq  meyli  əsas  rol  oynayırdı. 
Geniş əhali içərisində isə maddi mülahizələrdən başqa (qız əvəzinə 
başlıq verildiyinə görə), həm də mərhumun uşaqlarını saxlamaq və 
böyütmək  zərurəti  nəzərə  alınırdı  və  ona  görə  xalq  içərisində  bu 
adət «yaraya yarpaq», yəni baş vermiş bədbəxtlikdən çıxış yolu ad-
lanırdı. Xalq arasında bunu «çörək parçalanmasın»  -  ifadəsi ilə də 
izah edirdilər» (10, 150–151).  
Etnoqraf  Həsən  Quliyev  etnoqafik  müşahidələrə  əsaslanaraq 
Azərbaycanın  keçmiş  ailə  məişətində  monoqam  nikah  forması  ilə 
yanaşı,  leviratın  da  qeydə  alındığını  söyləyir  (11,  15).  Hacı  Qadir 
Qədirzadə isə bu xüsusda belə  yazır:  «Araşdırmalar göstərir ki, bu 
forma nikahlar daha  çox ailədə (yəni ölmüş qardaşın və  ya bacının 
yetim  uşaqları)  bağlanırdı.  Xalq  arasında  «Yaraya  yarpaq»  adlan-
maqla «qardaş qardaşın balasına öz balası kimi baxar», «anası yox-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə